Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıqdan kənar hamiləlik haqqında
Uşaqlıqdan kənar hamiləlik haqqında
Göndərən: Qlamurr
Şərhlər: 12
Baxılıb: 1998
Səs ver:
Bəzi hallarda mayalanmış döl yumurtasının hərəkət etdiyi yolda müxtəlif maneələr meydana çıxır və döl yumurtası uşaqlıq divarına deyil, başqa yerə bərkiyir. Buna uşaqlıqdan kənar hamiləlik deyilir.

Statistik məlumatlara əsasən uşaqlıqdan kənar hamiləlik 95% hallarda uşaqlıq borusunda, nadir hallarda uşaqlıq boynu, qarın boşluğu və ya yumurtalıqda inkişaf edə bilər. Uşaqlıqdan kənar hamiləliyin saxlanılmasına heç bir ümid yoxdur. Qadın çox təcili olaraq cərrahi əməliyyata götürülməli və "yerini azmış” embrion çıxarılmalıdır. Çox nadir hallarda eyni zamanda iki yumurta hüceyrəsi mayalanaraq biri uşaqlıq daxilində, digəri isə başqa yerdə inkisaf etməyə başlayır.

Uşaqlıq borusu divarına daxil olan döl yumurtası onu tədricən parçalayır. Bundan əlavə, böyüməkdə olan döl yumurtası borunun dartılmasına səbəb olur. Bu da son nəticədə borunun partlamasına və güclü qanaxmaya gətirib çıxarır. Belə boru mütləq cərrahi yolla xaric edilməlidir. Uşaqlıq boynu hamiləliyi zamanı baş verən qanaxma isə daha təhlükəli hesab edilir. Bu zaman qanaxmanı yalnız bir yolla - uşaqlığın xaric edilməsi yolu ilə dayandırmaq olar.

Beləliklə, hamilə qadın ən erkən dövrdə USM müayinəsi keçməlidir ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun.

Əgər uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyularsa, qanaxma başlamamış cərrahi əməliyyat aparılmalıdır! Vaxtında aparılan cərrahi əməliyyat qadına uşaqlıq borusunu və uşaqlığı qoruyub saxlamağa imkan yaradır.

Uşaqlıqdan kənar hamiləlik niyə baş verir? Uşaqlığın inkisaf qüsurları, uşaqlıq boruları və qarın boşluğunun iltihabi xəstəlikləri, öncədən edilmiş abortlar, uşaqlıq borularında aparılan cərrahi əməliyyatlar, usaqlıqdaxili spirallardan istifadə edilməsi, süni mayalanma, mayalanmanın medikamentoz yolla stimullaşdırılması və s. kimi faktorlar uşaqlıqdan kənar hamiləliyə zəmin yarada bilər.


Şərhlər: 12
Baxılıb: 1998
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sima
allah uzag elesinnnn
10 yanvar 2016 19:06
# 12
23.09 25.09 melek melek melek
emis
bu hallar haqqinda az cox melumatim var. yaxinlarimda bele hallar cox olub allah uzaq elesin tez hekime getmeknlazimdi ananin heyati tehlukeli ola biler
10 aprel 2015 13:31
# 11
liza
Bu menim basima gelmisdi heyatimin en pis gunu idi Allahim o gunu birde mene gosderme teze evlenmisdim ilk usaqimi ele itirdim omrumde ilk defe emeliyata onda girdim Allah hec kese gosdermesin amin
10 aprel 2015 01:18
# 10
".......Dua Rehmetin... Destemaz Namazin... Namaz da Cennetin acaridir ........".
Marta
Allah hec bir xanima yasatmasin
9 aprel 2015 21:39
# 9
Немного терпения, и у тебя все получится..
vipbetul
Allah gostermesin,bu cur hallar eshitmishem olub bezi insanlarda
9 aprel 2015 20:49
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
allah uzaq etsin
9 aprel 2015 20:44
# 7
Melissa
allah uzaq elesin bele seylerden
9 aprel 2015 20:41
# 6
lelos
Beli bunu esitmisdim hetta mendede bele probleme oxsar olmusdu cox qorxmusdum gecikmem var idi hekim meni qorxutdu dedi usaqliqdan kenar hamileikdi ama cox sukur olmadi
9 aprel 2015 19:55
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Luna-90
Heleki bele hal yasamamisam
9 aprel 2015 19:52
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Menim balam
Uşaqlıqdan kenar hamilelik ciddi problemidir . Ele olanda qadının uşaqlıq borularını götürürler
9 aprel 2015 18:33
# 3
Fialka
Bu haqda bu qədər məlumatlı deyildim düzü yəni yaranma səbəbləri haqqında təşəkkür)
9 aprel 2015 18:21
# 2
BARBI
Bu cix ciddi problemdir bunun abortu dehsetli derecede agri verir
9 aprel 2015 18:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz