Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə necə qidalanmaq lazımdır?
Hamiləlikdə necə qidalanmaq lazımdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2460
Səs ver:
Adətən hamiləyə belə deyirlər: "sən iki nəfərin əvəzinə yeməlisən!”

Amma elə deyil. Həkim məsləhət görməyibsə, çox yeməyin mənası yoxdur. Hamilə qadın yeməyin kəmiyyətinə deyil, keyfiyyətinə nəzarət etməlidir. Ancaq hamilənin iştahası barədə yəqin çox şey eşitmisiniz. Kimi hamiləliyin ilk ayları qatıqdan, ya da, məsələn, şirniyyatdan başqa bir şey yeyə bilmədiyini deyir. Kimi də nəinki ekzotik şeylərə meyl edir, üstəlik gecənin bir aləmində durub divarın gəcini, təbaşiri, karandaşı, ya da diş pastasını yeməkdən özünü güclə saxlayır. Bəs həkimlər nə deyir? Hamilə qadının qışın oğlan çağında qarpız arzusuna düşməsinin səbəbi nədir? Qadın nazlanır, yoxsa doğrudan da ehtiyacı var?
Həkimlərin cavabı birmənalı deyil. Hamilənin iştahasını dəyişən faktorlar çoxdur; orqanizmdə gedən yeni proses, harmonal dəyişikliklər, psixoloji və hətta milli xüsusiyyətlərdən irəli gələn faktorlar var.
Əvvəla hamilə qadının bədənində köklü dəyişiklik gedir. Nəticədə bəzi minerallara, vitaminlərə ehtiyac yaranır. Qadın özü isə konkret hansı vitaminə ehtiyacı olduğunu anlamır, yaranan tələbatı hansısa dadla uyğunlaşdırır və "qəribə yeməklər”, hətta yeməli olmayan şeyləri yemək istəyir.
Həkimlər hamilənin nəyəsə həddən artıq meyl göstərməsini bədəndə yaranan çatışmazlıqla izah edirlər. Məsələn, gələcək ana bütün gün pendir yeyirsə, deməli natrium çatışmazlığı var. Dondurmaya meyl kalsium çatışmazlığının göstəricisidir. Kələmə meyl yoda ehtiyacın olduğundan xəbər verir. Belə hallarda həkimə müraciət etmək, qan analizi vermək, lazım olan vitaminləri lazım olduğu qədər qəbul etmək vacibdir.
Hamilənin iştahası bəzən yaşadığı regionla bağlı olur. Azərbaycanda hamilələrin tez-tez turşu yediyini müşahidə edirik. Rusiyada da hamilə qadınlar turşuya meyl edir. Amma Avropada qadınlar hamilə olanda çox vaxt şirin və yağlı şeylər istəyirlər. İstənilən halda nəzərə alın ki, mədənizi (xüsusilə hamiləlik dövründə) qorumalısınız. Həkimlə məsləhətləşin, iştahanıza uyğun, amma zərəri olmayan şeylər yeməyə çalışın.

Hamilənin menyusu
Hamilə qadının qidalanması dölün inkişafına birbaşa təsir edir. Gələcək körpənizin çəkisi, uzunluğu, sağlamlığı sizin hamiləlik dövründə qidalanmağınızdan asılıdır. II Dünya müharibəsi zamanı Leninqrad mühasirədə qaldığından, hamilə qadınlar aclıqla üzləşdiyindən uşaqlar yarımçıq doğulur, çəkiləri həddən artıq aşağı olur, yeni doğulanların çoxu vəfat edirdi. Odur ki, qidalanmanıza nəzarət edin.
Düzdür, normal qidalanma qısa müddətə pozularsa, bunun dölün inkişafına güclü təsiri olmur, döl ananın bədənindəki ehtiyatlar hesabına inkişaf edir. Amma davamlı pozuntu, həddən az, ya həddən çox qidalanma hamiləliyə mənfi təsir edər.

Qadağandır...

Hamiləsinizsə, körpənizin sağlamlığı naminə bəzi şeylərdən imtina etməlisiniz!
Kofe və çaxır qan təzyiqini artırır. Bu isə hamilələr üşün arzuolunmazdır.
Pivə və şoraba böyrəyin yükünü artırır. Nəzərə alın ki, hamilə olduğunuz üçün böyrəkləriniz normadan artıq fəaliyyət göstərir. onlara əlavə yük lazım deyil.
Alkoqol gələcək körpənin formalaşmaqda olan orqan və sistemlərinə mənfi təsir göstərər.
Qızartma, acı, hisə verilmiş və yağlı yeməklər isə qaraciyəri və öd kisəsini həddən artıq yükləyir. Onsuz da hamiləlik dövründə uşaqlıq böyüdüyündən bəzi orqanların yeri daralır, fəaliyyətində çətinlik yaranır.
Allergiyali, ya da yaxınları allergiyalı olan qadınlara şokolad, sitrus bitkiləri, ekzotik meyvələr, dəniz məhsulları, qoz yemək məsləhət görülmür. Hər bir adamin müxtəlif şeylərə allergiyası ola bilər və hər bir qadın onda allergiyaya səbəb olan ərzaq məhsullarını tanıyır. Ola bilər ki, kimdəsə allergiyaya səbəb olan şokolad başqa birinə təsir etmir. Şokolada allergiyası olmayan adamın isə, məsələn, dəniz bitkilərinə allergiyası ola bilər. Hamilə qadın allergiyaya səbəb ola biləcək ərzaq məhsullarından çəkinməli, ya da onlarin istifadəsini minimuma endirməlidir.

Vacibdir…
Meyvə-tərəvəz: istənilən meyvə-tərəvəz (allergiyaya səbəb olanları çıxmaqla) hamilə qadına xeyirdir. Onları həm bişmiş, həm də çiy şəkildə yemək olar. Meyvə-tərəvəzi yeməkdən əvvəl yaxşıca yumalısınız.

Giləmeyvələr—qarağat, qaragilə, quşüzümü, itburnu həm C vitamini mənbəyi, həm də hamilə qadinin böyrəyinin əsil köməkçiləridir. Bunları dəmləmək, kompot, kisel hazırlamaq, şəkər tozuyla qarışdırıb yemək olar.

Sıyıq gələcək ana üçün ideal səhər yeməyidir. Yarma, qarabaşaq, qarğıdalı və yulaf yarmasından hazırlanmış sıyıqlar çox xeyirlidir. Onların tərkibində vitaminlər, dəmir, karbohidratlar var. Belə yarmaları suda qaynadıb, süd və azacıq yağ əlavə etmək olar. Sıyığa şəkər tozu, quru meyvələr də atsanız iştahanız artar. (Quru meyvələrdən albuxara, üzüm, əncir və ərik qurusunu yuyub, qurudun. Sonra ət maşınından keçirib, qatın. Soyuducuya qoyun, hər dəfə yeməkdən əvvəl bir qaşıq yemək məsləhətdir.)

Süd məhsulları kalsium mənbəyidir. Demək olar ki, bütün süd məhsullarından—süd, qatıq, şor, pendir, kəsmik, yoqurtdan istifadə etmək məsləhətdir.

Ət zulal, dəmir və B vitamininin əsas mənbəyidir. Təzə ət almaq məsləhətdir. Döndurulmuş ət bəzi kəyfiyyətlərini itirir. Amma konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa və sosiskadan imtina edin. Onlarin tərkibində hamiləyə lazım olmayan yağ və konservantlar var.

Balıq: D vitamini və fosforla zəngindir. Bu isə gələcək körpənizin sinir sisteminin formalaşması uçün vacibdir. Amma balığın yağsız növləri məsləhət görülür.


Şərhlər:
Baxılıb: 2460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz