Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni mayalanma günahdırmı?
Süni mayalanma günahdırmı?
Göndərən: emis
Şərhlər: 25
Baxılıb: 2835
Səs ver:
Hər kəsə məlumdur ki, süni mayalanmadan adətən təbii yolla valideyn ola bilməyən cütlüklərin müalicəsində istifadə edilir. Adətən deyirəm, çünki son zamanlar bu yolla valideyn olmağa sadəcə cinsiyyət və say seçimi üçün də "varlığa nə darlıq" deyərək üz tutulur. Kimisi əkiz, üçüz, kimisi qız və ya oğlan "sifariş edir".

Bu xəbərdə süni mayalanmaya dini tərəfdən nəzər salmağımızı istəyirəm. Cəmiyyətimizdəki fikirlər təbliğat nəticəsində müəyyən qədər dəyişsə də, hələ də süni mayalanmaya "xor" baxanlar var. Sanki süni mayalanma demək, dünyaya qeyri-qanuni uşaq gətirmək deməkdir. Bir tərəfdən doğruluq payı da var...

Gəlin görək, süni mayalanmada hansı proseslər baş verir.

1. Qadında və ya kişidə olan səbəbdən normal yolla hamiləlik baş verə bilməyəndə, ər və arvadın cinsi hüceyrələri ekstrakorparal-yəni bədəndən xaricdə laboratoriya şəraitində mayalandırılaraq qadının rəhminə (uşaqlığına) yerləşdirilir. Burada haram heç nə yoxdur. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.

2. Qadında mayalanmağa yararlı yumurta hüceyrəsi olmayanda donor qadının yumurta hüceyrəsi ilə ərin sperma hüceyrəsi mayalandırılaraq ana olmaq istəyən qadının rəhminə yerləşdirilir. Bu bir halda halal ola bilər ki, donor qadın kişi ilə kəbinlidir. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.

3. Qadının rəhmi uşaq böyütmək üçün yararsızdırsa, ərlə arvadın cinsi hüceyrələri mayalandırılaraq başqa qadının-surroqat ananın rəhminə köçürülür. Yəni surroqat anadan inkubator kimi istifadə edilir. Bu halda da surroqat ana kişi ilə kəbinlidirsə halaldır.  Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.

4. Kişinin sperma hüceyrəsi yumurta hüceyrəni mayalandırmağa qadir deyil. Bu zaman donor kişinin cinsi hüceyrəsindən istifadə edilir. Burada isə qətiyyən halallıq yoxdur.

Yuxarıda sadaladığım halların halal olması bir çox din alimlərinin fikirləridir. Lakin gəlin bir də insanlığın, mənəviyyatın pəncərəsindən baxaq. İllər sonra baş verəcəklərə nəzər salaq...

2-ci və 3-cü bəndlərdə halal deyilən hallara nəzər salaq. Heç kimə gizli deyil ki, müasir zamanda heç də hər qadın yoldaşı üçün ikinci, üçüncü arvad almağa hazır deyil. Ana olmaq üçünsə qadın, qadınlıq prinsipindən keçməli olur. Ərinə kəbinli arvad almağa razı olur və o qadını öz analığına "şərik" edir. Bəli, bunlar doğulacaq körpənin şərikli anaları olur. İllərlə bu ailədə baş verənləri təsəvvür edin... Qadınlığı ilə analığının seçimi arasında qalmaq elə özü dərin psixoloji travmadır. Daha sonra uşağın gələcəkdə nə üçün iki analı olduğunun açıqlamaq çətinliyi. Və ya bu hal gizlədiləcəksə, ikinci ananın gözü qarşısındakı övladından "ana" kəlməsini duymamağın iztirabı və bunların ailəyə əks olunmaları... Zəncirvari davam edən proseslər bir körpə üçün verilən qurbanların sayını artırmayacaqmı?

Süni mayalanma ilə bağlı yenilikləri araşdırarkən bir həqiqət də mənə aydın oldu. Abort, yəni süni uşaqsalmanın günah olduğu hər kəsə bəllidir. Düzdür, bəzi din alimləri bunu 3 aya qədər etməyin mümkün olduğunu desələr də, çoxluq, ümumiyyətlə döllənmə baş verdikdən sonra abortun günah sayılmasının tərəfdarıdır. Süni mayalanma nəticəsində çox vaxt əkizlər və üçüzlər dünyaya gəlir. Buna səbəb isə odur ki, süni mayalanma üçün götürülən yumurta hüceyrələrin ən azı 7-8 ədəd olmasına çalışılır. Çünki bu hüceyrələri əldə etmək həm ağrılıdır, həm də əlavə zaman və maddiyat tələb edir. Bunun üçün xüsusi dərman terapiyasından istifadə edilir. Harama rast gəldiyim ilk məqam bu etapdadır. Belə ki, bu dərmanlar çox vaxt heyvan mənşəli olur və haramdır.

Götürülən yumurta hüceyrələrin içindən adətən 1-2 dənəsi (bəzən isə hamısı yararlı olur) qeyri-funksional sayılaraq atılır. Qalan 5-6 dənəsi isə süni yolla mayalandırılır. Çox vaxt usta əllərdə hamısı da döllənərək "probirkada hamiləlik" yaranır. Lakin uşaqlığa bunlardan yalnız iki və ya üçü köçürülür. Qalan "bəbələrin" taleyi necə olur? Avropa ölkələrində donorların rəsmi icazəsi ilə bu bir neçə günlük " bəbələr" dondurularaq gələcəkdə başqa pasientlərə donor olaraq köçürülür. Təsəvvür edirsiniz-belə davam edərsə, öz bacı və ya qardaşı ilə evlənmək ehtimalı artacaq... Digər ölkələrdə isə "gərəksiz artıq bəbələr" sadəcə atılır, yəni ekstrakorparal abort baş verir. Bu da ikinci haram.

Başda qeyd etdiyim cinsiyyət seçiminin özü də xoşagələn hal deyil.

Bəzən günah əməllər bizə o qədər məsum şəkildə təqdim edilir ki, özümüz də hiss etmədən nəfsimizin qurbanına çevrilirik.

Valideyn olmaq arzusunda olan, amma ola bilməyənlərə isə səbr diləyirəm. Mümkün qədər Allahın əmrləri çərçivəsində müalicələrinizə davam edin və ümidlərinizi itirməyin. Olmayacaqsa da, deməli sizin boynunuza valideyn olmaq görəvi verilməyib. Siz axirətdə valideyn olaraq sorğulanmayacaqsınız. Övladından cavabdehlik isə ağır yükdür. Demək Yaradan sizə başqa bir vəzifə vermişdir. Çalışın "özünüzü" tapasınız, yoxluq içində itməyin, var olanı görməyə çalışın... Ən önəmli vəzifəmiz isə Allaha qul olmaqdır. Əgər hansısa dünyəvi istək bizi bu vəzifədən uzaqlaşdırırsa, bir düşünək - dəyərmi?! Allaha qəlbən təslim olmağı diləyənlərə bütün çətinliklər daha asan gəlir.

Şura 49/ Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.

Şura 50/ Yaxud hər ikisindən -həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!


Şərhlər: 25
Baxılıb: 2835
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aynuray
bu nedi aaaaaaaaaaa bawa duwmediyimde oldu bunlar hallal sayilmir mence lazim olsaydi Allah isdediyi bendesine ovlad nesib ederdi her weye el uzadirdainsanlar
25 aprel 2015 00:32
# 25
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
lelos
Allahim hamimiza kömek ol
24 aprel 2015 17:40
# 24
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Qlamurr
Əgər öz yoldaşındandırsa burda günah heç nə yoxdu))qaldı cəmiyyətə süni mayalanmanı birmənalı qarşılamırlar,hətta qınayanlarda olur,ancaq çıxış yolu budursa öz halaından etmək heç fə günah deyil))surruqot ana idə heç bir halda mənimçün qəbuledilməzdir,doğulacaq uşağın,yardımçı ananın vəziyyətini təsəvvür edirəm))Günay demişkən,məndə həmişə deyirəm ki,uşağım olmazsa,yəni problem məndə olarsa ,ayrılaram,problemini bilə-bilə yoldaşını atalıqdan məhrum etmək ən azından haqsızlıqdır.
24 aprel 2015 16:43
# 23
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Menim balam
Orda ne var ki, öz erinen hamile qalirsan da, basqa kişiden hamile qalmırsan ki! Bizim qohum eletdirib ama uşaq tutmayıb oda qısmetdır.
24 aprel 2015 15:27
# 22
Luna-90
[quote=krisa][quote=Luna-90]Ay millet bu gunah bir sey deyil oz erinden hamile qalirsan .baci qardas meselesine geldikde 1defe mayalandin hamile qaldiq dondurulmus mayani qoyma saxlasinlar denen lazim olsa yene ederik.dehsetsiz e valla .GUNAH DEYIL VESSELAM.[/quotBACI MEN SENI BASA DUSUREM,SEN DUZ DEYIRSEN,OZ ERINDEN OLUR.SADECE BUNUN GUNAH OLDUGUNU DEYIRLER.BAX MENIM TURBALIQLARIMDA PROBLEM VAR.YENI TEZ-TEZ TUTULUR.ONA GORE MENE HEKIMLER DEDILER KI,GEL BERI BASDAN SUNI MAYALANMA ELE,YASIN KECIR.YOLDASIMDA PROBLEM YOXDUR,MENDE OVULYASIYA GEDIR,SADECE TURBALIQ PROBLEMDIR.YANI BIRDENE MAYALANDIRIB,QOYACAQLAR USAQLIGA.BIZE HEC NE LAZIM DEYIL,YANI DONUR BAXIMINDAN.BUNUN QIYMETI DE UCUZ OLUR.TEBII BIZ MUSELMAN ALAEMINDE YASAYIRIQ,ONA GORE BIZ DONURA MURACIET ETMERIK.YANI YAZIDAN MEN BELE BASA DUSDUM KI, OZ ERINDEN DE OLURSA OLSUN,BU GUNAHDIR.MENIM YOLDASIM DA BUNUN GUNAH OLDUGUNU DUSUNUR VE RAZILIQ VERMIR.ONA GORE MEN YALNIZ ALLAHIMA SIGINIB ONDAN XEYIRLISINI ISTEYIREM.[/quote]
Gunah deyil halal erinden olur .hec neye baxma merkezi klinikada 5min azne kimi get eletdir .mende eletdirecem insallah bizim yasimiza var hele 24yasim var heleki 6yasinda 1oglum var 1de suni mayalanma edeciyik sende eletdir
23 aprel 2015 20:54
# 21
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
krisa
[quote=Luna-90]Ay millet bu gunah bir sey deyil oz erinden hamile qalirsan .baci qardas meselesine geldikde 1defe mayalandin hamile qaldiq dondurulmus mayani qoyma saxlasinlar denen lazim olsa yene ederik.dehsetsiz e valla .GUNAH DEYIL VESSELAM.[/quotBACI MEN SENI BASA DUSUREM,SEN DUZ DEYIRSEN,OZ ERINDEN OLUR.SADECE BUNUN GUNAH OLDUGUNU DEYIRLER.BAX MENIM TURBALIQLARIMDA PROBLEM VAR.YENI TEZ-TEZ TUTULUR.ONA GORE MENE HEKIMLER DEDILER KI,GEL BERI BASDAN SUNI MAYALANMA ELE,YASIN KECIR.YOLDASIMDA PROBLEM YOXDUR,MENDE OVULYASIYA GEDIR,SADECE TURBALIQ PROBLEMDIR.YANI BIRDENE MAYALANDIRIB,QOYACAQLAR USAQLIGA.BIZE HEC NE LAZIM DEYIL,YANI DONUR BAXIMINDAN.BUNUN QIYMETI DE UCUZ OLUR.TEBII BIZ MUSELMAN ALAEMINDE YASAYIRIQ,ONA GORE BIZ DONURA MURACIET ETMERIK.YANI YAZIDAN MEN BELE BASA DUSDUM KI, OZ ERINDEN DE OLURSA OLSUN,BU GUNAHDIR.MENIM YOLDASIM DA BUNUN GUNAH OLDUGUNU DUSUNUR VE RAZILIQ VERMIR.ONA GORE MEN YALNIZ ALLAHIMA SIGINIB ONDAN XEYIRLISINI ISTEYIREM.
23 aprel 2015 19:42
# 20
Luna-90
Ay millet bu gunah bir sey deyil oz erinden hamile qalirsan .baci qardas meselesine geldikde 1defe mayalandin hamile qaldiq dondurulmus mayani qoyma saxlasinlar denen lazim olsa yene ederik.dehsetsiz e valla .GUNAH DEYIL VESSELAM.
23 aprel 2015 18:49
# 19
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
ovlad hesreti ceken cox adam bu yola el atir menim de xalamgil getmisdi ekiz etmisdiler ama bura gelennen sora xalam qorxu hissi kecirdi ve olmadi.ne qederde pullari cixmisdi. demeli onlarin qismetinde yox imis olsaydi allahim vererdi.
bu sokrat ananin prablemi usaq ucun esas iki ana arasinda olan secimdir.burdada yazildigi kimi gelecekde usaga aciqlama vermek ve ikinci donor ananin usaginin ona ana demememesi cetin haldi her iki ana ucun. ikinci donor ananin kisi ile kebinli olmasi lazim oldugunu bilmirdim mende burda oyrendim.mene catmadiki niye kebinli olmalidrilar axi ikinci ana ile bu kisi yaxinliq etmeyecek axi. halalliq deyende ki bu kisi oz arvadi ile halal ola biler, nolsun ki bunlarin usagini basqasi yetisdirir.nese donor ananin kisi ile kebinli olmasi mene catmadi. daha dogrusu tam deqiq anlamdim yeni din terefden
23 aprel 2015 18:18
# 18
krisa
Menim artiq 9ildir ovladim yoxdur.Her defe hekime gedim,mualice goturub,netice vermeyen de,hekimlerim suni mayalanmani meslehet gorurduler.Amma yoldasim her defesinde razi olmurdu ve deyirdi gunahdir,biz Allahin isine qarismali oluruq.Allah isteseydi vererdi.Hemise mene deyir sebr ele,insaallah olacaq.Men ise onu hemise gunahlandirirdim ki,sen basqa sey fikirlesirsen.Hec deme gunah imis.
23 aprel 2015 18:03
# 17
Rakella
Men bele seyi qebul eleye bilmerem gunah olmasa bele
23 aprel 2015 16:56
# 16
Impossible is not a word,it's just a reason for someone not to try
Fialka
Dini tərəfdən halal olub olmadığı barədə məlumatlı deyildim, o da düzdür ki, süni mayalanma cəmiyyət tərəfindən bir mənalı qarşılanmır əsas nə olursa halallıqla olsun bu zaman kənardan deyilən fikirlərdə əhəmiyyətsiz olar əsas övlad sahibi olmaqdır.
23 aprel 2015 16:16
# 15
Nergizz
eger oz heyat yoldawindan suni mayalanma olursa pis baxmiram,coxda duzgun olan birweydi,,ama bawqa tanimadgin bir sperma ile suni mayalanma gunahdi,duzgun de deyil, indi wukur olumden bawqa her drde care var,
23 aprel 2015 15:53
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Catwoman666
Indi anlamadim gunahdi ypxsa yox? Yeni tekce kebinlilerinki gunah deyil
23 aprel 2015 15:52
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
Madina
Metnde qeyd olunan ince meqamlari nezere almaq lazimdir. Cunki,gelecekde baci-qardas munasibetlerini aydinlasdirmaq ucun her sey halalliqla olmalidir. Yoxsa hec xeberleri olmadan baci qardaslar nigaha gire bilerler. Allaha siginib,ondan en xeyirlisini dilemelisen. Tanidigim aileler var ki,nigahdan 4 il ve 13 il sonra usaqlari olub yeni ozlerininki normal qaydada. Allaha siginib dua edin.
23 aprel 2015 15:20
# 12
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aliceWOnDer
Məncə gunah deyil niyə olsun ki , gunah?
23 aprel 2015 14:55
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
Allah her bir eve ovlad payi nesib etsin insallah
23 aprel 2015 14:41
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Allah hec kimin bawina getirmesin tebii yolla ana ata olsunlar
23 aprel 2015 13:49
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Miss_Oxatan
Men adeten heyatda hecvaxt hecvaxt deme prinsipiyle yawasam da ancaq bir bu meselede hecvaxt deyirem.ancaq oz erimden qebul ederem iraq iraq bele situasiya bawima gelse.hec arzu olunmaz hal ise bawqa qadindan inqibator kimi istifade etmekdir.bunu qetiyyen qebul etmirem.bes o qadin,axi 9ay canindan can verib?men ozumu bir anliq inqibator qadinin yerine qoyub yaziram bunu,diger qadinin yox.men 9ay canimdan can besliyim ve o bawqasina ana desin.evvela buna raziliq veren qadinda bir weyler normal deyil ki,dogsun ve bawqasina versin,ya tebii yolla dogub atdin ya da bele.indiki zamanda gunahlara ele don geyindirirler ki,adini da elmi irelileyiw qoyurlar.elmin inkiwafi iyi guzel de ama serheddi kecmemek wertile.tebii ki,her qoyunu oz ayagindan asirlar.kiwilerin "kiwiliyini" itirdikleri meqam budur yeqin,oz "men"ini satmaq,qarwiliginda pullar qazanmaq.haramin en pik noqtesidir,heqiqetende en boyuk gunaha yol acmaq ehtimal belke de 100de 70dir ki,sabah baci qardaw evlilikleri olacaq.men ozumu o uwagin yerine qoyuram ki,oz dedemdende olsam suni yolla dunyaya gelmiwem,bax bunu duwunende ilk cumlemde qeyd etdiyim fikrimede hecvaxt deyirem.Allah her kese oz kasasindan qismet elesin ve biz insanlardaki menasiz yere "direnmek" fikrinden elcekmek ucun nefsimize hakim olsun.olmursa qebul etmek lazimdir,men bunu deyirem mene inanmirlar,eger Allah uzaq etsin ovladimiz olmasa ve qeti olaraq ya prablem mende olsa ya da qanlarimizda uygunsuzluq var deseler "uzu sulu" sivil yolla ayrilaram.yoldawimi her ne qeder oldurucu olsa da ata olmaq haqqindan mehrum etmek kimi gunaha batmaram.eger Erebistan rejimi olsa deyerdim bawqasini da alsin)))malum,o Erebistanda yawasamda o rejim mende iwlemezdi)))en yaxwisi sivil yollardir.Allahin qismetile razilawmaqdir.
23 aprel 2015 12:46
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Luna-90
Ay allah bu helede bizim savadsiz millete catmiyibe suni mayalanma nedi .kime deyirsen suni mayanlama deyir oz yoldasindan olur ?yox basqa kisiden olur bunada er razi olur .bu qeder savadsizliq hec olmasaa internet deyilen sistem var girin oxuyun maraqlanin.suni mayalanma erin spermasi arvadin falekul mayasindan hazirlanir birbasa matkaya qoyulur i vso.meselen mende falekul yetisir partlamir yani tebii yolla hamile qala bilmirem 2defe emeliyyat olmusam yumurtaligimdan 5ildi mualice aldim olmadi ancaq cixis yolu suni mayalanmadiki menim falekulumu iyleyle hekim ozu desib gotursun mayalandirsin hazir usagi matkaya qoysun ivso.

Gunah o vaxt olarki er ve ya arvadin her hansininsa hec bir halda qeyri mumkun olan halda ovladi ola bilmerse(yani ona suni mayalanmada tesir etmerse)onda onlarin 2den 1inin raziligi ile basqa qadin ve ya kisiden mayalanma olunsun .bu gunahdi dinde .buda yene hemin ailenin oz isidi neyi nece etmek istese.
23 aprel 2015 12:01
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
ovlad ele bir seydi ki dusmenede bas eydirer.onun dogulmasi ucun insanlar neler edir..mence gunah deyil
23 aprel 2015 11:47
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Günahlıq bir şey yoxdu amma day "sifariş"etmək günahdı
23 aprel 2015 11:45
# 5
İçimi görsən mənə aptek alarsan.
Nezka
Günahlıq bir şey yoxdu amma day "sifariş"etmək günahdı
23 aprel 2015 11:45
# 4
İçimi görsən mənə aptek alarsan.
Zeynep_Fatih
Gunah deyil mence de
23 aprel 2015 11:45
# 3
BARBI
Mence de gunah deyil ovlad istemek her bir xanimin arzusudur
23 aprel 2015 11:29
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Günahliq wey yoxdur burda mence
23 aprel 2015 11:23
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz