Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə xanımların qidası
Hamilə xanımların qidası
Şərhlər: 10
Baxılıb: 1544
Səs ver:
Hamiləlik dövründə qidalanmanın keyfiyyəti körpənin sağlam doğulmasına, onun beyin hüceyrələrinin sağlam inkişafına müsbət təsir göstərir. Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınların bir çoxunda qan hüceyrələrinin yaranmasında lazım olan folikasit, körpənin fiziki, zehni inkişafında təsirli olan yod və sümüklərin inkişafında zəruri olan kalsiumlu qidalara üstülük vermək lazımdır.

Hər il dünyada doğulan altı körpədən birinin 2500 qramdan az və yaxud vaxtından əvvəl doğulduğu bilinir. Bunun əsas səbəbi hamiləlik dövründə ananın yaxşı qidalanmamasıdır.

Hamiləlik dövründə qidaların enerjisi və qidaya olan tələbat artır. Bu ehtiyac ödənilmədikdə körpənin inkişafı üçün lazım olan qida maddələri ananın bədənində olan vitamin və protienlərlə əvəz olunur. Yəni döl özünə lazım olan maddələri anadan alır. Bunun nəticəsində anada müxtəlif xəstəliklər yaranır və bədənin infeksiyalara qarşı müqaviməti azalır. Belə hallar doğum riskini artrar, hamiləlik zəhərlənməsi və ana ölümü kimi hallara səbəb ola bilər. Körpələrdə isə  ölü doğulma və yaxud fiziki, zehni inkişafın geriləməsi, xəstəliklərə qarşı bədənin müqavimətinin azalmasına gətirib çıxarır.

Qidalanma həm ana, həm də körpə üçün əhəmiyyətli məsələdir. Hamiləliyin hansı ayında olmağından aslı olmayaraq qidalanmaya diqqət etmək gec deyil. Hətta axır aylarda olsa belə, ana öz qidalanmasına diqqət yetirər, vitaminlərdən, dəmir və kalsiumlardan istifadə edərsə, bu yenə də körpənin gələcək inkişafı üçün çox önəmli olar. Buna görə də ana olmağa hazırlaşanlar bunlara diqqət etməlidirlər.

Gündəlik yediklərinizə hər gün ən azı 2 stəkan süd və ya qatıq əlavə etməlisiniz. Südün tərkibində B və D vitaminləri, kalsium, protein və bir çox faydalı maddələr mövcuddur. Hamilə qadın körpəsinin sağlamlığı, sümük və sinir sisteminin düzgün formalaşmasını təmi etmək üçün süddən çox istifadə etməlidir. Bundan əlavə bir və ya iki kibrit qutusu ölçüsündə pendir yeməyiniz məsləhətdir. Çiy süd və ondan hazrlanmış pendirlərdə zərərli mikroblar mövcud olduğundan pasterizə edilmiş süd və pendirlərdən istifadə edin. Gündəlik yeməkdən əlavə bir ədəd yumurta, ət, balıq, noxud və əncir suplarından istifadə etmək məsləhətlidir.

Vitaminlərlə zəngin olan təzə göy-göyərti və meyvədən hər gün mütəmadi olaraq istifadə etməyin. Çalışın az-az, amma tez-tez yeyəsiniz. Belə olduqda yemək tez həzm olunur və bağırsaqda tıxanma yaranmır.

Dinimizdə bu məsələyə diqqət yetirilmişdir. Hətta oruc tutmaq vacib buyrulduğundan Ramazan ayında hamilə və süd verən analara zərər verə biləcəyi təqdirdə onlara oruc tutmaq vacib buyrulmamışdır, sonrakı aylarda isə qəzaları vacib buyrulmuşdur.

Balın faydaları hamıya məlumdur. Balın tərkibində çoxlu vitaminlər, duz və minerallar mövcuddur. Hamilə qadın yaxşı olar ki, balı süd ilə qarışdırıb içsin. Bunun həm anaya, həm də körpəyə faydası var.

Xurma Allah-taalanın Qurani-kərimdə adını çəkdiyi meyvələrdəndir. Hər gün bir neçə xurmanı süd ilə bərabər yeməkdə də fayda var.

İnnab yemək də çox faydalıdır. Hamilə qadınlara faydalı olan meyvələrdən biridə ənciridr. Qış aylarında hamiləlik keçirən xanımlar onun qurusundan istifadə edə bilərlər.

Yumurta çoxlu vitaminlərlə zəngin olan qida əhsuludur. Onda B6, E və D vitaminləri mövcuddur ki, bu da inkişaf etməkdə olan körpə üçün zəruridir. Heyva körpənin zhni inkişafı üçün çox faydalıdır. Ona görə də hamiləli zamanı heyvadan da faydalanmaq lazımdır. Hamilə qadınlar hamiləlik dönəmində vitaminlərlə zəngin olan armuddan da faydalana bilər.

Allah Təalanın yaratdığı bütün nemətlər gözəldir. Yaradılmış qidaların hər birində körpəyə lazım olan vitaminlər, zülallar mövcuddur. Hər bir qidanın özünəməxsus olan vitaminləri var. Buna görə də hamiləlik dövründə hər kəs yediklərinə diqqət etməlidir.


Şərhlər: 10
Baxılıb: 1544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Anuka
Qatig,sud bele weyleri az az isdifade edirem.Amma caliwiram uwaga gore ne xeyirlidise onu edim.Allah ozu qorusun butun uwag gozluyen analara sag salim ovlad nesib etsin menede inwAllah.
17 aprel 2015 09:29
# 10
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
kespixo
Ilk hamileliyimde oglumda diqqet edirdim her yediyime fikir verirdim.ama indi ikincide elede fikir vermirem ne olsa yeyirem.ziyanlilari cixmaq wertiyle
2 aprel 2015 22:29
# 9
vipbetul
hamile xanimlarin ureyi ne isdedise onuda yeyerler
2 aprel 2015 22:20
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ay.dan
qatig cox yeyirem
2 aprel 2015 21:39
# 7
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Qlamurr
Hamilə qadınlar qidalanmasına xüsusi diqqət yetirməlidi,çünki körpənin doğru inkişafı bundan asılıdır, həmçinin ətrafda olanlar da,çalışmalıdırlar ki, həm qidalanması yaxşı olsun,həm də ruhi vəziyyəti.
2 aprel 2015 21:03
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Hamilə qadınlar sağlam bəslənməlidi
2 aprel 2015 20:29
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
hamile xanimlar her zaman yediyine icdiyine diqqe yetirmelidir
2 aprel 2015 20:19
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
ama organizmaya dusub dusmemeyi vareee.yumurtani menim bacim hamile olanda yeyirdi butun beden qasinirdi sepirdi...ama faydali xeberdi
2 aprel 2015 19:47
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
arzum-aysum
ilk hamileliyimde daha cox diqqət edirdim. ikincide artiq arzuya basim qarışdığından ozume ele de fikir vere bilmirdim. belke de onun nəticəsidir ki, aysu 2,5 kilo oldu.
2 aprel 2015 18:19
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Fialka
Hamilə qadınlar həm özlərinin həmdə körpələrinin sağlamlığı üçün qidalanmalarına diqqət etməlidi, qeyd olunan məsləhətlərdə faydalıdı gələcək üçün öyrənmiş oluruq.
2 aprel 2015 18:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz