Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı dəri problemləri sizi narahat edirmi?
Hamiləlik zamanı dəri problemləri sizi narahat edirmi?
Göndərən: ruzgargulum
Şərhlər: 11
Baxılıb: 996
Səs ver:
Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər qadının dərisinin vəziyyətinə də təsir edir.

Ən xoşagəlməz hal dəridə gərilmələrin əmələ gəlməsi. Döl böyüdükcə dəri çox güclü dartılır. Bir çox qadınlarda dərinin alt qatı bu gərginliyə tab gətirmir və cırılır. Dəri özünü tez bərpa etsə də, dəridə çapıqlar qalır. Bu çapıqlar dərinin üzərində qırmızı-göy zolaqlar kimi görünür. Müəyyən vaxt keçdikdən sonra çapıqlar ağarır. Bu ağ parıldayan çapıqlar dərinin üzərində əksər hallarda həmişəlik qalır. Bu məhz gərilmələrdir (onları həmçinin "striya"lar adalndırırlar). Gərilmələr əsasən qadınların qarın nahiyəsində və bir çox hallarda döşlərin və budların üzərində əmələ gəlir.

Bəzi sadə vasitələrin köməyi ilə gərilmələrin əmələ gəlməsini azaltmaq mümkündür. Bu vasitələrin arasında:

- Düzgün və sağlam qidalanma. Meyvə-tərəvəz, süd məhsulları, balıq dərinin vəziyyətinə müsbət təsir edir, onun elastikliyini artırır.

- Xüsusi krem ya yağlar. Bu krem və yağları hamiləliyin əvvəlindən sonuna kimi istifadə etmək olar. Bu vasitələrin tərkibinə təbii yağlar, vitaminlər, kollagen daxildir. Gərilmələr əleyhinə vasitələr dərinin elastikliyini artırır, dərini möhkəmləndirir ki, bunun nəticəsində gərilmələr daha az-az əmələ gəlir. Bu vasitələr gündə bir neçə dəfə dərinin problemli zonalarına çəkilməlidir.

- Ev şəraitində çox təsirli gərilmələr əleyhinə vasitələri hazırlamaq olar. Misal üçün, zeytun yağı və badam yağı qarışığı, zeytun yağı ilə ərik yağı qarışığı. Adi uşaq yağları (tərkibində çobanyastığı, aloe olan) da çox yaxşı kömək edir.

- Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərinin vəziyyətinə çox müsbət təsir edir, dəridə gərilmələrin əmələ gəlməsinə mane olur. (Kontrast duş istifadə etdikdən əvvəl ginekoloqla məsləhətləşin). Duşdan sonra dərini yüngülcə massaj edin.

- Hamilə qadınlar üçün olan xüsusi bandajlardan (həkimlə məsləhətləşdikdən sonra) və büstqalterlərdən istifadə edin. Onlar dərinin dartılmasına mane olur.

Hamiləlik zamanı növbəti dəri problemi - dəridə piqment ləkələrin əmələ gəlməsidir. Onlara "meazma" və ya "xloazma" deyilir. Əksəh hallarda tünd ləkələr alın və yanaq nahiyələrində əmələ gəlir. Bunun səbəbi hamilə qadının orqanizmində hormonal fonun dəyişilməsidir. Bu ləkələr doğuşdan sonra adətən yox olur.

Ləkələrin əmələ gəlməsinin qarşısını almaq üçün hamilə qadın özünü gün şüalarından qorumalı, gündən qoruyan kremlərdən, iri gün eynəklərdən, şlyapalardan, çətirlərdən  istifadə etməlidir.

Hamiləlik zamanı qadının dərisinin yağlılığı artır. Bunun səbəbi hamilə qadının orqanizmində hormonların artmasıdır. Hormonlar piy vəzilərin fəliyyətini stimullaşdırır və nəticədə dəri daha yağlı olur. Məhz bu səbəbdən hamilə qadınların bir çox hissəsi  sızanaqlar, səpgilər və s. problemlərdən əziyyət çəkir. Dərini yaxşı təmizləyin, həftədə 1-2 dəfə skrabdan istifadə edin, dərinin məsamələrini kiçildən xüsusi vasitələrdən, losyonlardan, təmizləyici maskalardan istifadə edin.

Əgər dəri çox pis vəziyyətdədirsə, dermatoloqa müraciət edin. Lazım olduqda həkim müalicə təyin edəcək.

Hamiləlikdən sonra əksər hallarda dəri öz normal yağlılığına qayıdır.

Hamiləlik zamanı üz dərisində kapilyarlar bəzən daha aydın görünməyə başlayır. Bu da təhlükəli deyil və hamiləlikdən sonra keçir.

Hamiləliyin sonuna yaxın qadınların əksəriyyətini qarının nahiyəsində dərinin quruluğu və qaşınması çox narahat edir. Qaşınmasını azaltmaq üçün dəriyə yağlı krem çəkin, duş qəbul etdikdə xüsusi duş kremlərindən (sabundan yox!) istifadə edin.

Hamiləliyin 4-cü-5-ci aylarında qarının dərisində tünd zolaq (göbəkdən qasıq nahiyəsinə kimi) əmələ gəlir. Bu zolaq hamiləlik üçün xarakterlidir. Zolaq hamiləlikdən sonra adətən yox olur.


Şərhlər: 11
Baxılıb: 996
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zoya
seçilmişlər nece atirsiiz
31 mart 2015 13:44
# 11
Tomris Müslümova
atdim secilmislere..derimin ne vaxtsa cirilmagini heccccccccccc istemiremd deli olaram
30 mart 2015 18:27
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
RamiLya )))
vayy vay men hamileyi bele cetin olacagini dushunmemishdim kahve
30 mart 2015 11:49
# 9
Qlamurr
Hamilələr üçün lazımlı tövsiyələrdi,ancaq dəridə çatların yaranması hamıda olmur,dəridən asılıdır.
29 mart 2015 22:10
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
arzum-aysum
hamilelik catlari hamile qadin cox kokelende olur. men cemi 4-5 kilo kokelmisdim deye hec bir hamilelikde bedenimde cat olmadi. ancaq baldizim birden bire 12 kokelmisdi deye her yeri ciriq ciriq olmusdu
29 mart 2015 21:50
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
vipbetul
men tanidiqim hamilele qadinlarda bu cur problem olmuyub
29 mart 2015 21:45
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergizz
deriden asilidi adam var cox pis gorunur adamda var az maz gorunur,mende cox az bilinir,deri ag olanda cox bilinmir
29 mart 2015 21:30
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Bunlar ne qeder etsende itmir usaginnan yadigar olaraq qalir
29 mart 2015 21:26
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Bunlarin hamisini etmisem ancaq hec bir netice olmadi bedenimin her yeri lekeler (siramlar)oldu .cunki coox ariq idim hamilelikde coox kokeldim .her sey deriden asilidi menim derim cooox hessasdi
29 mart 2015 19:12
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Melissa
ela xeberdi men cox qulluq edirdim derime
29 mart 2015 18:41
# 2
Fialka
Çox faydalı məlumatlardı , müalicə üsulu kimi qeyd olunan yağlar haqqında məlumatım vardı, biridə qeyd edilmiyib , gül yağıda istifadə edilir..
29 mart 2015 18:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz