Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə dad şıltaqlığı
Hamiləlikdə dad şıltaqlığı
Göndərən: Qlamurr
Şərhlər: 10
Baxılıb: 667
Səs ver:
Hamiləlikdə elə şıltaqlıqlar, qəribəliklər olur ki, məsələn, qışın oğlan çağında birdən xanımlar çiyələk istəyir. İndiki vaxtda bu çətin ol­masa da bu halda hər kişi həmin arzunu ye­rinə yetirmək üçün mağaza və bazarlara qaçmalı olur.
"Dad şıltaqlığı" necə yaranır? Bu məsələyə bir neçə təklif vardır. Sözsüz ki, bir sıra şıltaqlıqların yaranmasına hormonlar səbəb olur. Dünyada tanınmış həkim Mişel Qlismanın demişdir: "hamiləliyin ilk üç ayında orqanizmdə baş verən bu qeyri-adi, ekssentrik hormonlar dad qəribəlikləri əmələ gətirir". Amma bu qəribəliklərin hamısının hormonların təsirindən yaranmasını fikirləşmək sadəlövhlük olardı.
hamilə qadının dad şıltaqlığıBir çox alimlər belə hesab edirlər ki, hamilə qadınların bu kimi qəribəliklərində orqanizmin "müdrikliyi" təzahür edir. Məsələn, qəflətən südə qarşı yaranan tələbat onu bildirir ki, sizdə kalsium çatışmır və orqanizm С vitamini tələb edir. Şokolada qarşı həvəs əsasən hamiləliyin ikinci yarısında başlayır ki, bu da orqanizmin çoxlu miqdarda kaloriyə ehtiyacını bildirir. Yeri gəlmişkən, südə, meyvəyə, şoko­lada və turşuya qoyulmuş ərzaqlara həvəs əsasən "dad şıltaqlığı" olan hamilə qadınlar arasında daha geniş yayılmışdır. - Turş qidaya həvəs hamiləliyin ikinci və üçüncü üçaylıqlarında baş verir. Şirin şeylərə həvəs olduğu kimi "turşməzə" yemək həvəsi də qadınlara öz rasionunu formalaşdırmağa kömək edir ki, bu da daha çox müxtəlif xeyirli maddələrin və kalorilərin alınması deməkdir. Meyvələr özündə həm turş, həm də şirin dadları əks etdirdiyindən hamilə xanımlar arasın­da daha çox sevilir.
- Duzlu qidaya daha çox üstünlük vermə, əsasən də marinadlaşdırılmış xiyar və kələmə qarşı olan həvəs və həssaslıq da tibbi cəhətdən öz izahını tapmışdır. Hamiləlik vaxtı əhəmiyyətli dərəcədə qan artır ki, bu da natriuma tələbata gətirib çıxarır.
- Birinci üçaylıqda əksər vaxtlar acı tərkibli yeməklərə qarşı nifrət hissi əmələ gəlir. Alimlər hesab edirlər ki, bir sıra meyvələr və zəhərli bitkilər acı dada malik olduğundan bu təkamül müdafiəsidir. Acı dada qarşı belə yüksək həssaslıq rüşeymin əsas inkişaf dövrü olduğundan hamilə qadınları zəhərli və zərərli meyvələrin, alkoqolun, kofenin qəbul edilməsindən qoruyur.
Bir qrup alimlər isə hesab edirlər ki, hamiləlikdə dadın dəyişilməsi heç də müəyyən mad­dələrin çatışmamazlığından asılı deyil; müstəsna psixoloji xarakter daşıyır. Bu nəzəriyyənin öz məntiqi mənası var - hamilə qadın bütün qida qrupuna deyil, hansısa spesifik meyvəyə meyl göstərir. Məsələn, onlar yalnız apelsin istəyirsə, deməli onu nə kivi, nə də qreypfrutla əvəzləmək mümkün deyil. Daha doğrusu, dad qəribəliklərində hər iki - fiziolojil və psixoloji faktor günahkardır.


Şərhlər: 10
Baxılıb: 667
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nergizz
hamilelikde insan orqanizmi daha hessaslawir,ona gore dadbilmede bunlardan biridir,qiwda erik istedi bizimkilerden,kecen il,nesimi bazarindan klosu 80 manat idi,25 manat verib 6 eded aldiq 08 ALLAH herkese hamilelik qismet elesin
24 mart 2015 20:56
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Qlamurr
Hamilə qadın ümumiyyətlə şıltaq olur,hər an,hər dəqiqə nəysə bir şey istəyə bilər,ona görədə hazır olmaq lazımdı.
24 mart 2015 20:43
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Yusif Ulker
bacim hamile olanda birinci sirin bir sey isdemisdi sonrada qarpuz ALLAH herkese qismet elesin amin 02
21 mart 2015 01:04
# 8
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
emis
hamilelerin erlerine sebr dileyirem 23 hamile xanimlar cox sirin olurlar xosum gelir insallah yasayib gorerik
20 mart 2015 23:34
# 7
vipbetul
hamilelik qerdibe prasesdihamile xanim birdeqde fikrini dad siltaqliqini deyise bilir
20 mart 2015 21:10
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
qismet olsun yawayaq bu hissi
20 mart 2015 19:47
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Hamilelik cox qeribe prosesdir insan ozunu qeribe hiss edir bu hissi yasamaq isterdim.
20 mart 2015 19:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lelos
Allah hamiya qismet etsin bu hissi
20 mart 2015 18:43
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
bu deq ele.ureyim alca istedi122 sehv basa dusmuyunee 16 yasim var 122.prosta nece ki biz qisda alca erik isteyirikse hamileler de bele edir
20 mart 2015 18:11
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Çox maraqlı gəlir mənə o dövr necə olur ürəkləri nəsə istəyir yazıq kişilərdə (yalansa) əl ayağa düşüb xanımlarının istəklərini reallaşdırırlar))...
20 mart 2015 18:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz