Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğum sonrası psixoz: ana körpəsini öldürə bilər!
Doğum sonrası psixoz: ana körpəsini öldürə bilər!
Göndərən: Qlamurr
Şərhlər: 14
Baxılıb: 847
Səs ver:
Doğum sonrası psixoz – psixi pozuntu olub, nadir rast gəlinən xəstəliklərdəndir.
Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir.
Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır — doğum sonrası psixoz.
Doğum sonrası psixoz – psixi pozuntu olub, nadir rast gəlinən xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxardır. Doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə — ana və uşağın ölümünə gətirib çıxara bilər.
Səbəbləri:
Hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması;
Doğuşdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə;
Narkotik maddələrdən istifadə (həşiş, marixuana);
Doğumla bağlı stress.
Doğum sonrası psixozun əsas simptomları:
Maniakal əlamət: Oyanıqlığın artması, sayrışan və ya yüksək qiymətli fikirlərlə xarakteriza olunur;
Hallüsinasiya: ən çox eşitmə hallüsinasiyasına rast gəlinir;
Şəxsiyyət dəyişikliyi və anormal təfəkkür;
Özünü qiymətləndirmənin adekvat olmaması;
İştahanın pozulması;
Ölüm fikri – bu prosesin ağırlığını göstərir.
Görülən tədbirlər:
Əgər qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir. Belə hallarda antipsixotik dərman maddələri — neyroleptik və antidepressant dərman maddələri verilməlidir.
Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir.
Yaxınlarının dəstəyi: Qadının evdə yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır.


Şərhlər: 14
Baxılıb: 847
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
mence ola biler
24 mart 2015 22:57
# 14
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Qlamurr
Bu hallar müşahidə olunan ananı uşaqdan aralı tutmaq və təcili psixoloqa müraciət etmək lazımdı.
23 mart 2015 19:23
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
bele seyler olur he psixi xestelerde allah uzaq elesin ana neter oz usagini oldurur eyyy
23 mart 2015 15:30
# 12
lili)
bele biir amerika filmine baxmisdim usaqi anadan ne qeder qorudularsa axirda oldurdu usaqini heyatda gormemisem ama filmde gormusdum xesdelik imis hekime aparmaq lazimdi ele insani
23 mart 2015 09:37
# 11
Luna-90
Allah uzaq elesin
22 mart 2015 22:35
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nergizz
ewitmiwdim bu hakda,bu yaxnlarda qohumlardan biri dogum evinde,deyr ana uwagi olmuwdur,ana agliyrdi ki,men ona qarwi analiq hiss etmirem
22 mart 2015 21:43
# 9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
SENSİZ
bu xestelik haqda melumatim yox idi
22 mart 2015 21:36
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
bu xestelik barede eshitmishim,Allah hec kime gorsetmesin
22 mart 2015 20:09
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sima
bele bir xesdelik oldugnu bilmirdimmm
22 mart 2015 19:57
# 6
23.09 25.09 melek melek melek
BARBI
Mende bir yaxinimda bu halla rastlasmisam cox cetin veziyyetdir ana korpesine nifret edir oldurmek isteyir bele insana derhal psixi mualice edilmelidir
22 mart 2015 19:19
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu xəstəliklə bağlı məlumatım yox idi, yaxşı olar ki, bu cür əlamətlər yarananda vaxt itirmədən psixiatra müraciət etsinlər.
22 mart 2015 18:36
# 4
my_angel
Heç bilmirdim...ilk defedir bildim...Allah uzaq etsin..
22 mart 2015 18:20
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
Men bilirdim azdan coxdan. Bu psixoloji xestelik kimidir
22 mart 2015 18:17
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
vay vayyy bele seyleri bilmirdim nc nc allah uzaq elesin
22 mart 2015 18:10
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz