Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyə hazırlıq – çox vacib mərhələdir
Hamiləliyə hazırlıq – çox vacib mərhələdir
Göndərən: Wiyinka
Şərhlər: 10
Baxılıb: 2279
Səs ver:
Hamiləlik zamanı baş verə biləcək fəsadların və müxtəlif inkişaf qüsurları ilə doğula biləcək uşaqların sayını mümkün qədər azaltmaq üçün hamiləliyə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu hər 2 iştirakçı tərəfə, yəni qadın və kişiyə aiddir.

Tərəflər ilk növbədə qan qrupu və rezus-faktorlarını müəyyən etməlidirlər.

Belə ki, qadının qanı rezus-mənfi, kişinin qanı rezus-müsbət olarsa, hamiləlik zamanı rezus-konflikt baş verməsi müayinəsi ilə müəyyən etmək tələb olunur. Belə ki, əgər qadin hamiləiyə qədər süni uşaqsalma, cərrahi əməliyyatına məruz qalıbsa, ona qan köçürülübsə və ya hamiləlik 1-ci deyilsə, onun qanında xüsusi rezus-anticisimlərin (əks-cisimciklərin) əmələ gəlmə ehtimalı olur.

Hamiləlikdən qabaq qadın və kişinin QİÇS, hepatit B və C, sifilis, xlamidioz, toksoplazmoz, mikoplazmoz, sitomeqalovirus, herpes (I və II tip sadə herpes virusları), məxmərək və digər infeksion və virus xəstəliklərinin laborator müayinəsindən keçmələri də məsləhət görulur. Müayinələrin nəticələri həkimə təqdim edildikdən sonra, tələbat olduğu halda, hamiləliyə qədər olan müddət ərzində müalicə kursu almaq və peyvəndlərin (missal üçün, məxmərəyə, B hepatitə qarşı) olunması lazım ola bilər.

Son zamanlar yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da həkim-genetikin baxışı məsləhətdir.

Nəzərdə tutulan hamiləlikdən 2-3 ay əvvəl gələcək ana və ata tərəfindən tərkibində fol turşusu olmaqla polivitaminlər qəbul edilməsi məsləhətdir. Hamiləlik baş verdikdən sonra ana tərkibində fol turşusu olan polivitaminlərin qəbul edilməsini davam edir. B qrup vitaminləri və fol turşusu dölün normal inkişafına kömək edir.

Hamiləlikdən qabaq hamiləlik və doğuş zamanı üzərinə daha çox ağırlıq düşən orqanların (ürək, böyrəklər, qara ciyər, sinir və endokrin sistemi) tam müayinəsini keçmək, qanın müvafiq müayinələrini etmək lazımdır. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa, nəzərdə tutulan hamiləlikdən əvvəl bu haqda mütləq müalicə həkiminizə məlumat verin (lazım gəldikdə hamiləlikdən qabaq müvafiq müalicə kursu alın!).

Hamiləliyə hazırlaşarkən gələcək ana həkim mama-ginekoloqda müayinədən keçməli, kiçik çanaq orqanlarının USM-ni etməli, hormonal sistemini yoxlamalıdır. Gələcək ata isə həkim-androloq və uroloq (kəskin və ya xroniki prostatitə görə) tərəfindən müayinə olunmalıdır.


Şərhlər: 10
Baxılıb: 2279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
helelik tezdir.
16 mart 2015 16:09
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Luna-90
kaski bir gun mende sekildeki qiz kimi testi elime alanda onun kimi sevinerdim ancaq neeeer edeeeee .
13 mart 2015 14:40
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
KRALİCEM
Eh bizderde hardadi ancaq 3-4 ayliqda aparata dusulur guya uzaqa ziyaniymisda nem eyy bekar arvatdardida
12 mart 2015 21:33
# 8
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
guler19
Hamileliye hazir olan qadinlar dungun qidalanmali və saglam stressiz problemsiz heyat terzi kecirmelidir. hekimlerden kecib saglam olduqlarina emin olmalidirlar. Bu usaq üçün de qadının ozu üçünde çox vacibdir
12 mart 2015 20:28
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Qlamurr
Həqiqətən hamiləlikdən əvvəl müayinə və müalicə olunmaq lazımdı,yoxsa problemlər hamilə qaldıqdan sonra özünü biruzə verir,nəticədə ana çətin vəziyyətdə qalır.Ancaq təəssüf ki,əməl eliyən azdı,axı bizim millət can ağrımamış həkimə getməz.
12 mart 2015 19:57
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
inanmiramki her kes hamileliye hazirliqi onceden gorsun yoxlanishlara getsun
12 mart 2015 19:01
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Teesufki hamileliye hazirlugi tekce xanimlar gorur kisiler deyirki bizde problem yoxdur
12 mart 2015 18:47
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məlumatlardı, yaxşı olar cütlüklər əvvəl həkimə müraciət eləsinlər, beləcə yaranmış xoşa gəlməz vəziyyətlərin qarşısı alınmış olar
12 mart 2015 18:41
# 3
AYKA-ISI
mende az miqdarda sitomeqalovirus cixmiwdi mualice aldim yaxwi oldu netice her kese saglam hamilelik arzulayiram
12 mart 2015 18:30
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Baharim ol
Helelik subayam.ama mende mexmerek var.mualice olunmusam.ama hekimler deyir gelecekde usaga kece biler.buna gore narahatam
12 mart 2015 18:03
# 1
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz