Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı işləmək olarmı?
Hamiləlik zamanı işləmək olarmı?
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1065
Səs ver:
Bir çox hallarda hamiləlik zamanı işi dayandırmağa ehtiyac yoxdur. Halbuki, zəhərli maddələrlə, zərərli faktorlarla əlaqədar olan iş şəraitində hamilə qadınlar çalışmamalıdırlar. Digər hallarda isə hamilə qadının çalışması onun ancaq xeyrinə ola bilər. Əvvala, iş sizin aktivliyinizi təmin edəcək, ikincisi, hamiləlik zamanı yarana bilən eqosentrik özünəqapanma hallarının yaranmasının qarşısını alır, üçüncüsü isə ictimai sosial mənəvi dəstək almaq imkanı yaradır. Əgər hər şey qaydasında olarsa, işi tam doğuşa qədər davam etdirmək olar. Hamiləliyin ilk aylarında yaranan yorğunluq hissinə baxmayaraq, işi dayandırmaq üçün heç bir real səbəb yoxdur. Tibbi nöqteyi-nəzərdən işi davam etdirmək sağlamlıq vəziyyətindən, iş növündən və qadının bacarığından asılıdır.
 
Diqqət, qarın!
Hamiləlik zamanı əsas diqqəti qarın cəlb edir. Uşaq günü-gündən böyüyür və get-gedə rahatlıq üçün ona daha çox ərazi tələb olunur. Lakin onun üçün rahat beşik hesab olunan qarın anaya bir çox naraharlıqlar yaradır. Hamiləliyin sakit keçməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır.
Qarın nahiyyəsinin dərisində yaranan dartılmalar və ya dəri çatları köndələn və qırmızı rəngdə olur. Bir qayda olaraq, onlar hamiləliyin son aylarında yaranır. Doğuşdan sonra onlar ağ-gümüşü rəngə çalır və bir qədər qısalır.
Deyilənə görə, bu çatların qarşısını almaq üçün bir sıra metodlar mövcuddur. Lakin onların heç biri yüz faiz müsbət nəticə vermir. Bir sıra krem və losyonların tətbiqi də kömək eləmir, çünki bu çatların yaranması da hormonal dəyişikliklərlə əlaqədardır və onların yaranması genetik hesab olunur. Odur ki, bəzi adamlarda çatlar tez bir zamanda sürətlə artır, digərlərində isə çox az hiss olunur.
Bəzi həkimlər öz təcrübələrinə arxalanaraq bədən çəkisini azaltmaqla çatların əmələ gəlməsinin qarşısını almaq mümkün olduğunu iddia edirlər. Həmçinin tərkibində meyvə turşuları olan qidalandırıcı kremlərdən istifadə qadınlarda çatlar yaransa da, dəri doğuşdan sonra daha tez bərpa olunur. Belə kremləri göbəkətrafı, qasıq və bədənin yan tərəflərinə sürtmək lazındır. Yüngül masaj edərək dəriyə yeritdiyiniz krem buynuzlaşmış hüceyrələrin kənar edilməsinə, yeni hüceyrələrin daha tez yaranmasına kömək edir. Kremlər dəriyə təsir edərək, onun turqorunu yüksəldir, dərinin oksigenlə təchizatını yaxşılaşdırır, qan dövranını gücləndirir. Belə masaj hər gün 5-10 dəqiqə müddətində, xüsusi ilə son aylarda aparılmalıdır.
Hamiləlik zamanı işləmək olarmı?
Çox vaxt hamiləlik zamanı dəridə piqment ləkələri yaranır, çalışın günün altında olmayın, dərinizi xiyar və cəfəri losyonu ilə silin. Əgər qarın nahiyəsində tük örtüyü artmışdırsa, qoy bu sizi qorxutmasın. Bu ancaq sizin körpənizin böyüməsini göstərən bir əlamətdir: onun böyrəküstü vəziləri androgenlər - kişi cinsi hormonları ifraz etməyə başlamışdır. Bu tükləri kənar etmək üçün elektrodepilyasiya və mumla depilyasiya tətbiq etməyin, çünki bu, qarında ağrı və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Krem-depilyatorlardan, 3%-li hidrogen peroksiddən istifadə edə bilərsiniz.
Yaddan çıxarmayın ki, geyindiyiniz paltarlar rahat olmalıdır. İndi xüsusi dükanlarda bütün tələblərə cavab verən xüsusi geyimlər ala bilərsiniz.
Çalışın kəmər taxmayın, ətək və şalvarınız çəkməli olsun, sarafan və kombinezonlar da sizin üçün rahat olacaq. Xüsusi corablar geyinin, korsetlərdən imtina edin, 4-5 ayından başlayaraq isə bandajdan istifadə etməyə başlayın.


Şərhlər: 11
Baxılıb: 1065
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
faydali meslehetdi ALLAH herkese qismet elesin ama islemek yox hereket etmek yaxsidi mence
21 mart 2015 01:07
# 11
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
leyla_258
MENCE ISLEMEK DEN COX ISTIRAHET ETMEK LAZIMDIIIIIR...
9 mart 2015 18:37
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
vipbetul
o baxir hamileliyin nege getmesine
9 mart 2015 00:34
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ay.dan
hec bir iw gormurem yoldawimda qoymur hekimde uzanmagi meslehet gorur mende oyrewmiwem butun gunu uzanib bebiwim ucun toxuyuram pinetkalar)))
6 mart 2015 22:44
# 8
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Miss_Oxatan
Kecmiwde arvadlar qarninda biri,dalinda da biri saritdiyib gezirdiler,gezmirdilere iwleyirdiler,hardan hara su getirmek,toxa vurmaq,hele o vaxt texnika olmuyanda,okuzleri yoxuydusa kotani ozlerine de bagliyirmiwlar.Turkan Worayin kinosunda gormuwdumey.az bes neter doguflar onlar.hamisi da zirpi-zirpi.indi ha ki 9ay hamisi ozunu gudur yene de doganda gorursen celimsiz,qaw goz de noqte boyda.aye eqalogiya dediyin buduu?))))
6 mart 2015 22:18
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Melissa
men bilirdim tskrler
6 mart 2015 19:33
# 6
Fialka
Faydalı məsləhətlərdi, bildiyimə görə hərəkət etmək hamilələr üçün faydalıdır təbii əgər problem yoxdursa...
6 mart 2015 18:38
# 5
Tomris Müslümova
hamiya qismet olsun...mence hereketde olmaq daha yaxsidi
6 mart 2015 18:24
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nergizz
hmm desemki hamileliyim nece kecib,eehhh neise,ALLAH herkese bu hissi yawatsin,
6 mart 2015 18:10
# 3
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Menim balam
Mence işlemek olmaz
6 mart 2015 18:09
# 2
BARBI
Eger riskli hamilelik kecirirse islemesi meslehet deyil
6 mart 2015 18:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz