Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yalançı hamiləlik
Yalançı hamiləlik
Göndərən: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1694
Səs ver:
Yalançı hamiləlik (və ya psevdohamiləlik) kifayyət qədər nadir psixiki-fiziolioji vəziyyətdir.

Hamilə olmayan qadın birdən-birə özünü hamilə kimi hiss etməyə başlayır - menstruasiyalar kəsilir, süd vəziləri böyüyür, səhərlər ürəkbulanması olur, qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın tez yorulur və s. Qadının qarnı böyüməyə başlayır. Bəzi qadınlar hətta dölün tərpənməsini "hiss edirlər". Nəzərə almaq lazımdır ki, psevdohamilə qadın heç kimi aldatmır, hiylə etmir, o, həqiqətən hamiləliyi hiss edir və yaşayır.

Bu vaxta kimi tibbdə bu vəziyyətin səbəbi aşkar olunmayıb. Həkimlər bunu psixiki pozulma kimi qiymətləndirir, lakin psevdohamilə qadının orqanizmində olan fizioloji dəyişiklikləri tibb nöqteyi-nəzərdən izah edə bilmirlər.

Psevdohamiləliyi həmçinin "isteriyalı hamiləlik" adlandırırlar. Belə hamiləlik güclü emosional həyəcanlar və ya psixi sarsılmalar yaşayan çox həssas qadınlarda müşahidə olunur. Bir çox hallarda psevdohamiləlik 35 yaşından yuxarı olan sonsuz qadınlarda müşahidə olunur. Hər bir konkret halda səbəblər müxtəlif ola bilər:

- qadın inanır ki, hamiləlik onun ailəsini dağılmaqdan saxlayacaq,

- qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur,

- qadın faciəli şəkildə uşaq itirib,

- qadın menopauza dövrünə yaxınlaşır, lakin onun uşağı yoxdur,

- qadının bacısı və ya yaxın rəfiqəsi hamilədir və bu ona çox güclü emosional təsir edib.

Psevdohamiləlik həmçinin uşaq istəməyən və ya hamiləlikdən və doğuşdan dəhşətli dərəcədə qorxan qadınlarda müşahidə oluna bilər.

Lakin bəzən belə hamiləliyin səbəbi hormonal pozulmalar və ya kiçik çanaq şişləri ola bilər.

Bəzən psevdohamiləlik zamanı hamiləlik testi müsbət nəticə göstərir, əksər hallarda isə nəticə mənfi olur. Psevdohamiləliyin diaqnozu USM-i nəticəsində qoyulur - qadında hamiləliyə xas olan əlamətlər (uşaqlıqda dölün olması və s.) aşkar olunmur. Əksər hallarda bu diaqnoz qadına çox ağır təsir edir. Bir çox hallarda həkimin izahatı və yaxınların qayğısı və psixoloji köməyi qadına bu vəziyyətdən çıxmağa kömək edir. Tədricən "hamiləliyin" simptomları da yox olur. Qadına psixoterapevtin köməyi də lazım ola bilər.

Lakin bəzi qadınlar diaqnoza inanmır, həkimin dediklərini dərk etmək istəmir, ətrafdakılara qulaq asmır, özünü qeyri-normal aparır. Bu halda qadına psixiatrın köməyi lazım olur. Psixiatr qadına xüsusi müalicə təyin edir.

Bəzən psevdohamiləlik şizofreniya (psixi xəstəlik) fonunda qadınlarda və hətta kişilərdə müşahidə olunur.


Şərhlər: 13
Baxılıb: 1694
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
123456
Mende olube hele yalanci hamilelik(((
1 noyabr 2015 20:16
# 13
Catwoman666
hardasa psixoloji veziyyetle de baglidir
19 mart 2015 15:24
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
leyla_258
yalanci hamilelik ne ya,bele is olar.
16 mart 2015 16:12
# 11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
adsiz-a
qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur ciyy 15 agla duzdu duzdu hamisi duzdu....
16 mart 2015 12:21
# 10
NERGIZ LOVE
Duzu ilk defedi esidirem.
16 mart 2015 00:37
# 9
SENI EBEDI QELBIME YAZDIM///
vipbetul
insallah xanimlarimizi aldatmaz yalancui hamilelik bezende ele blirlerki hamiledirler sonradan xesteliklerde chixir bu yolla
16 mart 2015 00:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gunka13
Dogrudan bele olu.mende bele olurdu arada ele bilirdim dol terpenir,urek bulantim var idi.halsiz olurdum.men2ci uwagim aciliw oldu boyuk idi uwagim.ondan sora bele hallar baw verir mende.
16 mart 2015 00:21
# 7
Aileli.
lelos
Beli bele seyler olur meni hekim aparata saldi dedi hamilesen mende aniden hamile kimi oldum ama cox cekmedi aybasioldum ozumde hele anlaya bilmirem o nece oldu mende ALlah hamiya komek olsun
16 mart 2015 00:03
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Qlamurr
Düzü bu haqda heç bir məlumatım yoxuydu,yəqin ki,bu çox uşaq arzusunda olan anların yaşadığı psixoloji durumla bağlıdı.
15 mart 2015 20:18
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Men de esitmisem bu hadise esasen psixoloji problem yasayan xanimlarda olur
15 mart 2015 19:15
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bele seylerde var imis?
15 mart 2015 18:54
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Ayda esl menim problemim yazilib hamisi mende var tez tez de olur .ancaq ozum paranoyak olmusam erime maraqli deyil.her cur mualice aldim olmadi.ancaq uje 9aydi bos vermisem olmur olmasin.rahat heyatimi yasayiram.
15 mart 2015 18:16
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Bu haqda eşitmişdim ancaq yaranma səbəbləri haqqında bu qədər məlumatlı deyildim.
15 mart 2015 18:14
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz