Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra qadınları nə narahat edir?
Doğuşdan sonra qadınları nə narahat edir?
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 3511
Səs ver:
Doğuşdan sonra qadınları bir çox suallar narahat edir: menstrual dövrünün bərpa olunması, hamiləliyin mümkün olub-olmaması, cinsi həyatın ziyanlı olub-olmaması və s.

Bu məqalədə biz doğuşdan sonra qadınları ən çox maraqlandıran sualları cavablandırmağa çalışmışıq.

1. Doğuşdan sonra qanaxma neçə müddət ərzində davam edir?
Bu çox fərdi prosesdir. Bu proses uşaqlığın yığılma qabiliyyətindən, doğuşun necə keçməsindən (təbii doğuş və ya qeysəriyyə kəsiyi, asan və ya ağır doğuş və s.), doğuşdan sonrakı dövründən asılıdır. Adətən doğuşdan sonrakı qanaxma təxminən 6 həftə davam edir. Əvvəl qanaxma daha güclü olur, sonra tədricən azalır, qanın rəngi əvvəl qırmızı, sonra qəhvəyi, sarımtıl olur, daha sonra isə adi normal ifrazatlara qayıdır.

Əgər al-qırmızı qan 4 gündən artıq ifraz olunursa, qadın 1 saatdan bir bez dəyişməli olursa, ifrazatlar pis iylidirsə, qadın üşümə və ya istilik hiss edirsə, bu yaxşı əlamətlər sayılmır. Bu əlamətlər (və ya onlarda biri) meydana çıxdıqda qadın dərhal həkimə müraciət etməlidir.

2. Doğuşdan sonra menstruasiya nə zaman başlayır?
Bu çox fərdi prosesdir. Adətən bu laktasiyadan (əmizdirmə) asılıdır. Laktasiyanı stimullaşdıran prolaktin hormonu eyni zamanda yumurtalıqlarda gedən dövri proseslərin (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiya) tormozlamasına səbəb olur. Bunun nəticəsində qadının yumurtalıqlarında yumurta hüceyrəsi lazım olan ölçülərə kimi yetişmir, ovulyasiya baş vermir və menstruasiya başlamır. Lakin bu o zaman mümkündür ki, qadın körpəsini yalnız öz südü ilə körpənin tələbinə görə (saatla yox!) qidalandırır (gecə əmizdirmələr xüsusilə vacibdir). Belə qadınlarda menstruasiya yalnız körpə əlavə qidaları (sıyıqlar, tərəvəzlər və s.) almağa başladıqda bərpa olunur (adətən 6 aydan sonra).

Əgər ana körpəsini həm ana südü, həm də süni südlə qidalandırırsa (qarışıq qidalandırılma), menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa oluna bilər.

Süni qidalanma (körpə yalnız süni süd alır) zamanı menstruasiyalar doğuşdan təxminən 2 ay sonra bərpa olunur.

3. Menstruasiyalar başlamadıqda qadın hamilə qala bilərmi?
Bəli, bu mümkündür. Hətta menstrual dövr bərpa olunmadıqda qadın hamilə qala bilər. Bundan əvvəlki ayda qadında menstruasiya olmayıbsa, bu heç də o demək deyil ki, bu ayda ovulyasiya baş verməyəcək. Qadın ovulyasiyanın baş verməsini hiss etməyə bilər və nəticədə hamilə qala bilər.

4. Əmizdirən qadın hamilə qala bilərmi? (bax sual 3)

5. Doğuşdan neçə müddət sonra cinsi əlaqələrə icazə verilir?
Buna doğuşdan 6-8 həftədən sonra icazə verilir (cinsi yollardan olan ifrazatlar adi xarakter almalıdır - rəngsiz, iysiz). Bundan tez cinsi həyata başlayan qadında müxtəlif cinsiyyət sistemi iltihabların və xəstəliklərin riski artmış olur. Məsələ burasındadır ki, doğuşdan sonra müəyyən müddət ərzində uşaqlıq yolu və uşaqlıq boynu tədricən öz normal formasına və ölçülərinə qayıdır. Bu vaxta kimi müxtəlif infeksiyalar uşaqlıq boynuna və daha sonra isə uşaqlığa asanlıqla keçə bilir.

6. Doğuşdan neçə müddət sonra idmanla məşğul olmaq olar?
Doğuş qadının orqanizmi üçün çox ciddi sınaqdır. Bu səbəbdən qadın orqanizminin bərpa olunmasını gözləməlidir (qanlı ifrazatlar kəsilməlidir və s.). Daha sonra qadın həkimin müayinəsindən keçməli və məşğələlərin başlanması barədə həkimlə məsləhətləşməlidir.

7. Növbəti hamiləliyi nə zaman planlaşdırmaq olar?
Növbəti hamiləliyi laktasiyanın (əmizdirmə) qurtarmasından 1 il sonra planlaşdırmaq olar. Bu müddət orqanizmin hamiləlik və laktasiyadan sonra bərpa olunması və növbəti hamiləliyə hazırlaşması üçün lazımdır.

Əgər doğuş zamanı qeysəriyyə kəsiyi əməliyyatı tətbiq olunubsa, bu halda növbəti hamiləliyi 2-3 il keçdikdən sonra planlaşdırmaq olar. Əks halda uşaqlığın üzərində olan çapıq növbəti hamiləlik zamanı aralana bilər. Lakin qeysəriyyə kəsiyi əməliyyatları arasında çox uzun müddət də keçməməlidir (məsələn, 7-10 il). Bu da təhlükəli sayılır.


Şərhlər: 16
Baxılıb: 3511
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
GORESEN SAGLIQLI OLACAQMI,BOYUYEN DE ISE NECE BIRI OLACAGI,INSALLLAH BOYUYUNCE NAMUSLU- QEYRETL OLAR...
9 mart 2015 18:40
# 16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ay.dan
tewekkur)
6 mart 2015 22:29
# 15
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
talis balasi
Faydali meslehetlerdi tewekkur edirem orda sual qoyulub emziren qadin hamile qala bilermi?qala biler tanidiqim qadinda var ele
6 mart 2015 21:53
# 14
gulunnn
Lazimli xeberdi gel

Lazimli xeberdi gelecekde lazim olar twk uf bu telefon girinc etdi meni elim deyir ele yarimcik gonderir
6 mart 2015 17:18
# 13
lili)
olmuyanlara qismet olsun onlarda gorsun bu yoldan nece kecirler
6 mart 2015 08:46
# 12
ayan97
Lazimi xeberdi eger gelecekde qismet olsa qeyseri emaliiyyat qoymara etsinler ve her usag arasinda 3 Ve ya 5 il vaxt saxlayacam...
6 mart 2015 03:29
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
lazimli xeberdi gelecekde lazim olar
6 mart 2015 00:24
# 10
qanadli melek
Lazimli xeberdi tewwekurler
5 mart 2015 21:39
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
SENSİZ
bu yolu 13 il evvel kecmisem kanka
5 mart 2015 21:37
# 8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Anuka
Cox sag olun maragli ve lazimli xeberdi coxunu bilirdim.twk
5 mart 2015 21:23
# 7
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
arzum-aysum
bu yolu artiq iki dede kecmisem. Arzusunda olanlara qismet
5 mart 2015 19:58
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
KRALİCEM
Bezilerini bilirdim mence her usaq dogmaq arasinda 3-il verilse yaxsidi
5 mart 2015 19:42
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Aysel Tatli
Xeber cox maraqlidirve lazimlidir
5 mart 2015 19:21
# 4
BARBI
Dogusadan 3 il sonra ideal vaxtdir menim zennimce
5 mart 2015 19:21
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
İnsallah yene yasayariq bu hissi
5 mart 2015 18:28
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
istenilen qadina qiza lazim olacaq xeberdi tesekkur edirem
5 mart 2015 18:06
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz