Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rahat doğuşun sirri
Rahat doğuşun sirri
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1965
Səs ver:
Doğuş 3 mərhələdən ibarətdir.
Yeni doğulan körpəDoğuşun birinci mərhələsi ən uzun və ağrılı mərhələdir. Birinci mərhələdə qadının bədəninin, uşaqlıq yollarının doğuşa hazırlıq prosesi gedir. Dözümlü və səbrli olun, bilin ki, siz gücünüzü ikinci mərhələyə–sizdən fiziki güc tələb edən mərhələyə saxlamalısınız. Fikrinizi cəmləyin, fantaziyanızı işə salın, təsəvvür edin ki, hər sancı gələndə siz balanıza kömək edirsiniz.
Ağrını azaltmaq üçün qarnınızı sığallayın, əlinizi ortadan yanlara doğru çəkin.
Dərindən, bir az daha sürətlə nəfəs alın. Sancı başlayanda dərindən nəfəs alın və sayın: bir, iki, üç—ağrı artır, dörd, beş—dözülməz olur, altı, yeddi-nəfəsinizi verin, ağrı azalır. Qəribə olsa da, bir dəqiqədən sonra əvvəlki ağrıdan əsər-əlamət qalmır və siz bu bir neçə dəqiqədən istifadə edib, dincələ bilərsiniz.
Qışqırıb səs-küy salmaqla, ya da otaqda o yan-bu yana qaçmaqla həm özünüzü, həm də tibbi heyəti yorarsınız. Həkiminizi hövsələdən çıxarmayın, siz bu həkimi seçmisinizsə, bu an hər şey bu həkimdən asılıdır, ona etibar edin. Çalışın sizə rahat olan yerdə, sizə rahat olan vəziyyətdə uzanın. Dölün hansı vəziyyətdə olduğunu həkimdən soruşun, bundan sonra ya sağ yanınız, ya sol yanınız üzərində uzana, ya da yavaş-yavaş gəzə bilərsiniz.
Doğuşun ikinci mərhələsi uşaqlığın boynu tam açılanda və yumşalanda başlayır. Ananı doğuş stoluna çıxarırlar. Stolda ayaqlarınızı rahat qoyun, narahatlıq varsa, həkimə deyin. Bu mərhələdə sancılara doğuş ağrısı əlavə olur–ana özündən asılı olmadan gücənir. Gücəndikcə siz doğuşu sürətləndirir, uşağın çıxmasını asanlaşdırırsınız.
Doğulan körpəMəhz bu mərhələdə siz bütün gücünüzdən istifadə etməlisiniz ki, balanız qarşısına çıxan "ilk maneələrin” öhdəsindən gəlsin. Yaxşı olar ki, hər sancıdan sonra 3 dəfə güc verəsiniz. Dərindən nəfəs alın, nəfəsinizi saxlayın və var qüvvənizlə gücənin. Sonra nəfəsinizi yavaş-yavaş verin. Bunu 3 dəfə edin. Sonra özünüzü boşaldın, sancı gələndə eyni şeyi təkrar edin.
Nəfəsinizi qəfildən verməyin, nəfəsi yavaş-yavaş buraxmaq üçün dodaqlarınızı bərk-bərk sıxın. Sancılar gələndə qışqırmağın xeyri yoxdur. Çox istəyirsinizsə, sancıdan sonra qışqıra bilərsiniz. Gücü verəndə diqqətli olun, üz-gözünüzə yox, qarnınızın aşağı hissəsinə güc verin.
Doğuş zamanı özünüzdən asılı olmadan altınızı batıra bilərsiniz. Utanmayın! Doğum evində siz kimsəni nə qorxudası, nə də təəccübləndirəsisiniz. Altınızı batırırsınızsa, deməli, güc verə bilirsiniz və balanızın doğulmağına lap az qalıb. İndi xüsusi bezlərdən istifadə olunur. Kiminsə sizin altınızı təmizləyəcəyi barədə düşünməyin.
Doğuş vaxtı həkim və tibb bacılarının dediklərinə əməl edin. Onlara qulaq asmaq çətin olsa da, lazımdır. Bəzən həkim tələb edir ki, bir neçə dəqiqəliyə güc verməyəsiniz. Özünüzü gücənməkdən saxlaya bilmirsinizsə, səthi–"it kimi” nəfəs alın (itin ləhləməyini xatırlayın).
ushagi doshe tez tutmaliDoğuşun üçüncü mərhələsi. Bir az da güc verəndən sonra siz bir yüngüllük hiss edirsiniz və nəhayət, ilk dəfə olaraq, balanızın səsini eşidirsiniz! Bu da zəhmətinizin bəhrəsi! Ən şirin pay!
Siz işinizi bitirmisiniz, amma həkimlərin işi qurtarmayıb. Bir dəstə həkim uşaqla, bir dəstə isə sizinlə məşğul olacaq. Onlar ciftin doğulmasını gözləməli, sonra sizin orqanlarınızı—doğuş yollarını nəzərdən keçirməlidirlər. Amma siz bunları yəqin ki, hiss etməyəcəksiniz, axı qarşınızda bapbalaca, çəhrayı rəngli, yağ kimi parıldayan çağa var.
Doğuşdan sonra ciddi probleminiz olmasa, çağanızı döşünüzə yaxın tutmalarını tələb edin! Bu, ən əvvəl sizin xeyrinizədir. Hansı hissləri keçirəcəyinizi təsvir etmək mümkün deyil. Əsas odur ki, uşağa oradaca döş verəndə süd ifrazatı yaxşılaşır, uşaqlıq aktivləşir və qanaxma azalır.
Çağa ömrünün ilk saatlarında "süd ağzını” (süddən əvvəl gələn sarı maye) dadsa, daha möhkəm və daha sağlam olar.
Xəbəriniz olsun ki, elə ilk saatlarda körpənizi peyvənd edəcəklər.
Doğandan sonra uzanmaq məsləhətdir. Siz xeyli güc sərf etmisiniz. Orqanizminizin dincəlməyə ehtiyacı var.
İndi yaxınlarınıza zəng edə, sevincinizi bölüşə bilərsiniz. Bu sevincin əvəzi yoxdur.


Şərhlər: 14
Baxılıb: 1965
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Slatkaya Miska
Aneliq her kese çok yakışıyor
3 mart 2015 16:15
# 14
leyla_258
HELE MENIIIIIIM VAXTIM DEYIIIIILLLL.........
1 mart 2015 14:30
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
lili)
cox cetin bir prosesdi ama axirdaki korpeni qucaqiva alirsam her sey yaddan cixir
28 fevral 2015 08:45
# 12
Şəbnəm Vüsal
ana olmaq ən gözəl hissdi.belə deyirlər.mən ana olmaqçün hər cür agrıya dözərəm.inşAllah mənə də qismət olar...Amin.... 128
28 fevral 2015 00:29
# 11
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Ayten666
Men bunu internetde oxumusdum hamile vaxdi dogusda yadima dusdukce emel edirdim cox komek olmusdu hamiya qismet kas dogus ani olmaya dehsetdi ama birde o hissleri yasamaq isderdim
27 fevral 2015 23:32
# 10
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
qanadli melek
Qismet olsun yawayaq rahatini)))
27 fevral 2015 22:06
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
naxçıvan balası
En çoxx qorxduğum prosesdi oxuyanda bile qoquz doğurdum ,kim bilir yaşayanda insan neler çekir ,Allah bütün hamile qadınlarımıza kömek olsun
27 fevral 2015 20:09
# 8
Luna-90
insallah yene yasayaraq
27 fevral 2015 20:06
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Doğuş çox ağrılı,acılı prosesdi,ancaq sonunda uşağını qucağına almaqdan gözəl nə var ki..bu xəbərdə də hər şey ardıcıllıqla gözəl şəkildə çatdırılır...
27 fevral 2015 19:40
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
cox cetindi prosesdi heqiqetende men yaeamiwam ozude 2 defe sorasi ama mutlu sonrasi ise mutlu bitir
27 fevral 2015 19:38
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Cox agrilidi yasamamisam ama deye bileremki ovladini qucaginiza aldiqda her seyi unudursuz
27 fevral 2015 19:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ece uslu
cox agir ve qorxulu prosesdi
27 fevral 2015 18:52
# 3
ayan97
cox cetindi agrilidi amma korpeni alannan sonra qucagina her sey unudulur… Allah her kese bu hissi yasatsin, insallah…)
27 fevral 2015 18:50
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Eşitdiyim qədərilə çox ağrılı prossesdi ancaq o ağrını unutduranda elə o ağrını yaradanın özüdü...Allah arzusunda olan bütün xanımları sevindirsin ...
27 fevral 2015 18:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz