Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bronxial astma və hamiləlik
Bronxial astma və hamiləlik
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 830
Səs ver:
Əvvəllər belə hesab olunurdu ki, hamiləlik astmadan əziyyət çəkən qadın üçün ciddi risk faktorudur.
Astma xəstəliyi olan qadınlara (xüsusilə xəstəliyin ağır formalarında) ümumillikdə hamilə qalmaq tövsiyə edilmirdi.
Müasir tibbdə astma xəstəliyi haqqında olan təsəvvür və onun müalicə prinsipləri xeyli dəyişilib. Hal hazırda belə hesab olunur ki, astma xəstəliyi olan hamilə qadının problemləri xəstəliyin mövcudluğu ilə deyil, bu xəstəliyə düzgün olmayan və ya kifayət etməyən nəzarətlə bağlıdır.
Döl üçün əsas risk faktorlardan biri hipoksiya (qanda oksigenin kifayət olmaması) sayılır. Hipoksiya dölün inkişafının pozulmalarına səbəb ola bilər. Astma xəstəliyinə düzgün nəzarət olunmadıqda hamilə qadında boğulma tutmaları inkişaf edir. Bu zaman bronxların kəskin spazmına görə qadının nəfəsalması pozulur. Nəticədə həm hamilə qadın, həm də döl əziyyət çəkir. Təbii ki, belə boğulmaların sayı artdıqca hamiləliyin proqnozu da pisləşir, yəni hamiləliyin normal gedişatı pozula bilər (ağır toksikoz, hamiləliyin pozulmasının təhlükəsi və s.), uşaqda inkişaf pozulmalarının riski artır. Bu xüsusilə hamiləliyin əvvəlində təhlükəlidir ki, bu dövrdə uşağın əsas orqan və sistemlərin təməli qoyulur.
Lakin əgər hamiləlik zamanı astma xəstəliyinin kəskinləşməsi olmazsa, hamiləlik və döl üçün heç bir təhlükə olmayacaq. Bu səbəbdən sağlam körpə həyata gətirmək istəyən astma xəstəliyi olan qadın həm hamiləlikdən əvvəl, həm hamiləlik zamanı mütləq lazım olan müalicə almalıdır.
İlk növbədə astma xəstəliyi olan qadın gələcək hamiləliyini planlaşdırmalıdır. Planlaşdırma mərhələsində qadın bütün lazım olan müayinə və analizlərdən keçməlidir və xüsusilə pulmonoloq həkimi tərəfindən diqqətlə müayinə edilməlidir.
Hamiləlik zamanı bronxial asma xəstəliyinin gedişatı bəzən dəyişilir. Belə hesab olunur ki, hamiləlik zamanı xəstəliyin gedişatı müəyyən faiz qadınlarda yaxşılaşır, digərlərində dəyişilməz olaraq qalır, bəzilərində isə əksinə pisləşir.
Astma xəstəliyi olan hamilə qadın hamiləliyin ilk günündən doğuşa kimi həm ginekoloqun, həm də pulmonoloqun ciddi nəzarəti altında olmalıdır. Müalicə həkimi ilə məsləhətləşmədən heç bir dərman preparatları (hətta vitaminlər) qəbul etmək olmaz.
Hamilə qadınlar adətən dərmanlar qəbul etməkdən qorxur. Lakin bəzən (o cümlədən, astma xəstəliyi zamanı) məhz düzgün seçilmiş müalicə hamiləliyin uğurla başa çatmasına imkan yaradır.
Hamiləlik zamanı astma xəstəliyi olan qadın daim müalicə almalıdır. Adətən həkimlər inhalyasiya preparatları təyin edir. Bu preparatlar bronxlarda maksimum təsir edir, qana isə cüzi miqdarlarda düşür.
Hamiləlik zamanı xəstəliyin kəskinləşməsinə mümkün qədər yol verilməməlidir. Əgər qadında hamiləlik zamanı boğulma tutmaları inkişaf edirsə, onlara qəti şəkildə dözmək olmaz. Bu çox təhlükəlidir. Dərhal pulmonoloqa müraciət edin ki, sizə daha effektli  müalicə təyin olunsun. Kəskinləşmə dövrlərində hormonal müalicə tətbiq oluna bilər.
Adətən astma xəstəliyi olan hamilə qadın üçün təbii doğuş əks-göstəriş sayılmır. Lakin hər bir halda bu məsələ fərdi şəkildə qadının vəziyyətindən və hamiləliyin gedişatından asılı olaraq həll olunur.


Şərhlər: 9
Baxılıb: 830
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ALlah qorusun komek olsun insallah
9 mart 2015 00:22
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
ALLAH QORUSUN.....
1 mart 2015 14:45
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
Astma agir xestelikdi allah qorusun
27 fevral 2015 01:26
# 7
sona
Astma normal insana da pis tesir edir. Agir xestelikdi. Allah wefa veesin bu xeatelikden eziyyet cekenlere
27 fevral 2015 01:13
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Bronxial xestelikdir cox cetindir allah qorusun hamilelikde olumle neticelene biler
26 fevral 2015 21:00
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
Allah uzaq elesin cox pis xestelikde hele hamileler ucun kap pisdi
26 fevral 2015 18:47
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Astma ağır xəstəlikdi dərmansız keçinmək mümkün deyil Allah əziyyət çəkənlərə kömək olsun
26 fevral 2015 18:28
# 3
Tomris Müslümova
oyyy en qoxduxum xestelikdi hele qaldi hamilelerde...maraqli xeberdi
26 fevral 2015 18:23
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aynur2002
Astma tekce hamilelere deyil normal insanlara da pis tesir edir.
26 fevral 2015 18:05
# 1
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz