Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı döşlərdə süd olmur?
Hansı döşlərdə süd olmur?
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1844
Səs ver:
Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.

İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir. Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.

Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək kifayət qədər mümkündür.

Bir sözlə fiziki görünüşündən asılı olmayaraq dünyada yaşayan 98% qadınlar süd istehsal etmək qabiliyyətindədirlər.

Bütün nikbin statistikaya rəğmən həqiqətən də bəzi qadınlar döşlərində olan patologiya ilə əlaqədar ana südü istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Hipoplaziya – faktiki olaraq yalnız areoladan və gilədən ibarət olan, ifrat dərəcədə kiçik döşlərə malik olan qadınlar hətta düzgün təşkil olunmuş əmizdirmə zamanı südün azlığından əziyyət çəkirlər. Hipoplaziya dedikdə, qadınlarda döş vəzlərinin natamam inkişafı nəzərdə tutulur. Hipoplaziya diaqnozunu əminliklə ultra səs müayinəsi zamanı təyin etmək olar. Həmçinin qadınlarda döşlərin bir-birindən kəskin şəkildə uzaq olması da hipoplaziyanın əlamətlərindən biri ola bilər.
 Kəskin assimmetriya – Qadınlar arasında bir döşün digərinə nisbətən daha böyük və ya balaca olmasına rast gəlmək normal haldır. Lakin bəzi qadınlarda bu ölçü fərqi kəskin şəkildədir. Nisbətdə kiçik olan döş adətən kifayət qədər süd vəzlərinə malik deyil və bu səbəbdən həmin döşlərdə daha az süd istehsalı müşahidə olunur. Lakin hətta bu halda analar hər iki döşlə əmizdirməyi davam edə bilərlər.

Bəzən daha sağlam olan döş hər iki döşün vəzifəsini öz üzərinə götürərək kifayət edəcək miqdarda süd istehsal edir. Eyni prinsip döş xərçəngi nəticəsində bir döşündən məhrum olmuş qadınlara da özünü göstərir. Bu o deməkdir ki, "tələb və təklif”dən asılı olaraq, bədən bir döşün vasitəsilə körpənin ana südünə olan bütün ehtiyaclarını təmin etməyə çalışır.
 
Müəllif: Səltənət Zülfüqarova

Əmizdirmə məsləhətçis


Şərhlər: 9
Baxılıb: 1844
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
AAAAYYY INSALLAH HER SEY YAXSI OLAR
1 mart 2015 14:51
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
lili)
hec bir problemim olmayib keflede yeyibler
24 fevral 2015 09:07
# 8
ece uslu
faydali xeberdi bu haqda melumatim yoxdu
24 fevral 2015 01:32
# 7
Qlamurr
Maraqlı məlumatlardı,bəzilərini bilmirdim,məsələn süd vəzlərinin ölçülərinin fərqli olmasını....bütün hallarda ana südü uşaq üçün çox faydalıdı....
23 fevral 2015 23:30
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Gulu-Qezi
INSALLAH BU HISSI YAWAYARAM
23 fevral 2015 21:35
# 5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Sucan
Herkese qismet saglam olsun saglam buyusun korpelerimiz
23 fevral 2015 20:29
# 4
BARBI
Ana sudu usaqlar ucun cox faydalidir en azi 6 ay verilmelidir
23 fevral 2015 19:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Ana olan xanımlarımız üçün lazımılı məlumatdır..ama bir çox xanımlarımız görkəmlərini formada saxlamaq üçün övladlarına süd verməkdən imtina edirlər..ana südünü heçnə əvəz edə bilməz.tşk.
23 fevral 2015 19:03
# 2
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Luna-90
Mende he bir problem yoxdu ancaq 2 ay sud verdim sudumu dermanla kesdim .
23 fevral 2015 18:06
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz