Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq sahibi olmaq istəyənlər üçün
Uşaq sahibi olmaq istəyənlər üçün
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1744
Səs ver:
Beləliklə, siz uşaq sahibi olmaq qərarına gəlmisiniz. Bir çox ailə cütlükləri buna mümkün qədər tez nail olmaq istəyir.

Bu mümkündürmü? Bəli, mümkündür. Sadəcə həkimlərin bəzi məsləhətlərinə riayət etmək lazımdır.

1. Gələcək ana və ata mütləq düzgün və faydalı qidalanmalıdırlar. Hamiləliyə hazırlıq dövründə arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdən imtina etmək lazımdır. Rasionunuzda daim təzə meyvə-tərəvəz, göyərti, ət, balıq, paxlalılar, dənli bitkilər, süd məhsulları olmalıdır. Ət, qoz-fındıq, balıq spermanın göstəricilərinə yaxşı təsir edir.

2. Kifayyət qədər yatın və dincəlin, havada olun. Bu çox vacibdir.

3. Stress vəziyyətlərindən uzaq olun. Əgər qadın daim stress vəziyyətlərində olursa, bu halda onda menstrual dövr pozula bilər (menstruasiyalar geyri-müntəzəm olur, ovulyasiya baş vermir). Kişilərdə isə uzunmüddətli streslər nəticəsində hətta impotensiya inkişaf edə bilər.

Əgər hətta bütün lazım olan müayinə və analizlərdən keçdikdən, bir neçə kurs müalicə aldıqdan sonra arzuladığınız hamiləlik baş tutmursa, ruhdan düşməyin, hamiləlik haqqında fikirləri özününüzdən uzaqlaşdırın, həyatınızı davam edin. Bir çox ailə cütlükləri təsdiq edə bilərlər ki, hamiləlik məhz bu haqda artıq fikirləşmədikdə, sonsuzluqla tam barışdıqda baş tutub.

4. Həkimlər qadınlara cinsi əlaqədən sonra 10-15 dəqiqə ərzində uzanmaq və 2-3 saat ərzində duş qəbul etməmək və uşaqlıq yolunu yumamaq məsləhət görürlər. Bu halda spermatozoidlərin daha çox hissəsi uşaqlığın boşluğuna çata bilər ki, bunun nəticəsində hamiləliyin ehtimalı da artır.

Cinsi əlaqədən sonra uşaqlıq yolunu "sprinsovka", duş və s. vasitələrlə dərin yumaq olmaz. Bu halda cinsi əlaqə zamanı vaginaya düşən spermatozoidlər mexaniki olaraq buradan yuyulur və nəticədə qadının hamilə qalmaq şansı da azalır. Üstəlik belə dərin yuyunmalar nəticəsində uşaqlığın normal mikroflorası da pozulur ki, bu müxtəlif qadın cinsiyyət sistemi xəstəlikləri və pozulmaları üçün çox "əlverişli" şərait yaradır. Uşaqlıq yolu özü özünü təmizləyən bir orqandır. Əlavə "təmizkarlıq" burada artıqdır və hətta ziyanlıdır.

5. Qadın yalnız ovulyasiyadan (yumurtalıqdan yumurta hüceyrəsi çıxdığı anı) sonra hamilə qala bilər. Yumurta hüceyrəsi ovulyasiyadan sonra təxminən 24 saat ərzində yaşaya bilər. Spermatozoidlər isə qadın cinsiyyət yollarında 3 (hətta 5) günə kimi öz mayalanma qabiliyyətini itirmədən qala bilirlər. Beləliklə, ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksək olur. Ovulyasiyanı dəqiq təyin etmək üçün müxtəlif üsullar var - xüsusi ovulyasiya testləri, bazal hərarətinin ölçülməsi, USM (follikulometriya).

Lakin ovulyasiya gününü dəqiq təyin edə bilməyən qadınlara həkimlər belə məsləhət verir - menstrual dövrünün təxminən 9-cu günündən 18-ci gününə qədər (menstruasiyanın 1-ci günündən sayılır) bir gündənbir cinsi əlaqədə olmaq.

6. Həkimlər kişilərə isti və soyuq prosedurlardan (məsələn, soyuq suda şimmək, saunaya getmək, isti vanna qəbul etmək və s.) çəkinmək, ağır fiziki yükləmələrdən (idman və s.) uzaq olmaq məsləhət görürlər ki, bu kişilərdə spermanın göstəricilərinə mənfi təsir edir.


Şərhlər: 14
Baxılıb: 1744
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
insallah
5 mart 2015 16:13
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
GELECEK DE INSALLAH.....
1 mart 2015 14:45
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Ask Doktoru
Butun arzusunda olan ailelere qismet korpeler bizim heyatimiz di
25 fevral 2015 23:41
# 12
Aliye
emis
Insallah ovlad hesreti cekenlerin hamsi arzularina catar
25 fevral 2015 14:57
# 11
Bestoş
meslehete gore tewekkurler bilmirdim
25 fevral 2015 13:37
# 10
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
gulunnn
Allah hec kimi ovlad hesretinde qoymasin amin
25 fevral 2015 01:30
# 9
ece uslu
faydali meslehetlerdi bu haqda bilmirdim
25 fevral 2015 00:55
# 8
aynur2002
Allah her kese bu nemetden daddirsin.
24 fevral 2015 21:32
# 7
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
Faydalı məsləhətlərdi,şəxsən mən çox şey öyrəndim...tşk canım...
24 fevral 2015 20:01
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Sucan
Saglam korpe herkese qismet olsun
24 fevral 2015 19:49
# 5
qanadli melek
Isteyen her kese qismet olsun
24 fevral 2015 19:27
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Faydalı məsləhətlərdi Allah övlad həsrəti çəkən bütün xanımları sevindirsin inşAllah
24 fevral 2015 19:20
# 3
BARBI
Arzusunda olan her kese qismet olsun
24 fevral 2015 19:10
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
tewekkurler Allah hec kesi uwaq saridan sinaga cekmesin
24 fevral 2015 19:04
# 1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz