Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik dövründə hansı musiqilərin faydası var
Hamiləlik dövründə hansı musiqilərin faydası var
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 822
Səs ver:
Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.

Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının - nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.

Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.

Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir - sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.

Ana bətnində olan uşaq səsləri eşidir və bu səslərə müxtəlif reaksiya verir. Alimlərin fikirinə görə, musiqi ana bətnində olan körpənin inkişafına (xüsusilə onun beyninin inkişafına) çox müsbət təsir edir, hətta gələcəkdə onun zövgünün formalaşmasında böyük rol oynayır.

Araşdırmalar nəticəsində məlum olub ki, Mosart və Vivaldi kimi dahi bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinin xoşuna gəlir, onları sakitləşdirir.

Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına üstünlük verin. Hər hansı melodiya körpənin xoşuna gəlməyə bilər (siz bunu körpənin "davranışından" başa düşəcəksiniz).

Klassik melodiyaları arasında mütəxəssislər bu melodiyaları tövsiyə edirlər:

- Mosart "Simfoniya N40"

- Betxoven "Sonata N14"

- Şubert "Ave Mariya"

- Vivaldi "İlin fəsilləri" ("Времена года")

- Çaykovski "Şelkunçik", "Yatmış gözəl"

- Şopen "Noktürn-sol-minor"

- Qaydn "Sonatalar"

- Qlinka "Ruslan və Lyudmila"

- Bokkerini "Minuet".

Hamilə qadınlar üçün mütəxəssislər tərəfindən hazırlanmış xüsusi musiqi disklər buraxılır.

Təbii ki, zövqünüzə uyğun olan digər klassik melodiyaları seçə bilərsiniz.

Həmçinin ana körpəsinə beşik mahnıları oxuya bilər - ananın səsi körpə üçün ən yaxşı melodiyadır.

Təbiətin səsləri (yağışın, okeanın, quşların, meşənin səsi) də həm uşağa, həm də anaya müsbət təsir edir.


Şərhlər: 11
Baxılıb: 822
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
klassik music
9 mart 2015 00:11
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
mozartt
3 mart 2015 18:31
# 10
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
leyla_258
mence hamilelik dovrunde hamisi supeerdii....
1 mart 2015 15:02
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Bestoş
belke biri beyenmedi
18 fevral 2015 16:55
# 8
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Qlamurr
Düşünürəm musiqi zövqə görə seçilməlidi....
17 fevral 2015 22:55
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
men her zaman rok mahnilari dinleyirem
17 fevral 2015 19:13
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
razi deyilem cunku zovgler muxtelifdi her kes hansi musiqide rahatliyirsa ona qulaq assin. Ama caliwmaq lazimdirki kederlendiren musiqelere qulaq asmasin hamileler. en yaxwisi dini musiqilerdi
17 fevral 2015 18:57
# 5
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
Sitat: remse
Ən yaxşısı ananın uşağa beşik mahnıları oxumasıdı-ananın səsi körpə üçün ən yaxşı melodiyadır

sizinle tam raziyam
17 fevral 2015 18:47
# 4
Fialka
Klassik melodiyaları çox sevirəm qeyd olunan siyahıda düzdü yaxşı eserlerdi ancaq mənə uyğun olanlara qulaq asıram daha çox dinlədiklərim Ф.шопен-сад едема, первый снег, мечты, валс до минор7...Чайковски-щелкунчик, лебедев. Бетховен-к элизе, лунная соната...
17 fevral 2015 18:30
# 3
rəmsə
Ən yaxşısı ananın uşağa beşik mahnıları oxumasıdı-ananın səsi körpə üçün ən yaxşı melodiyadır
17 fevral 2015 18:15
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
vauuu bethoven sopen caykovski bulari dinliyende adam ozunnen gedir 07
17 fevral 2015 18:03
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz