Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik təhlükə altındadır!
Hamiləlik təhlükə altındadır!
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1586
Səs ver:
Adətən hamiləlik zamanı qadınlar dərmanlardan "qaçmağa" çalışır.
Lakin bəzən belə də vəziyyətlər yaranır ki, bu və digər dərman preparatının qəbulu hamiləliyin normal inkişafını və hətta saxlanmasını təmin edir.
 
Bu halda belə preparatlar mütləq qəbul olunmalıdır.
Hamiləliyin pozulmasının təhlükəsi hamiləlik zamanı ən tez-tez təsadüf edilən ağırlaşmalardan biridir. Bu hal hamilə qadında qarının aşağı hissəsində və ya bel nahiyəsində dartıcı ağrılarla, uşaqlığın tonusunun kəskin artması ilə (uşaqlıq sanki "daş" kimi olur) özünü büruzə verir. Əgər bu zaman qadına lazım olan müalicə təyin olunmazsa, hamiləlik pozula bilər (hamiləliyin əvvəlində) və ya uşaq vaxtından tez doğula bilər.
Nəzərinizə çatdıraq ki, aşağıda sadaladığımız preparatları yalnız həkim lazım olan müayinələrdən sonra hamilə qadına təyin edə bilər. Özünüz özünüzü "müalicə" etməyin, bu ağır fəsadlara gətirib çıxara bilər!
Beləliklə, hamiləliyin pozulmasının təhlükəsi yarandıqda qadına bu kimi preparatlar təyin oluna bilər:
- Spazmolitik preparatlar. Bu preparatlar hamiləlik zamanı ən tez-tez təyin olunan dərmanlardan biridir. Adətən no-şpa və papaverin şamları təyin olunur. Bu preparatlar praktiki olaraq təhlükəsizdir.
Spazmoltik preparatlar əzələlərin (o cümlədən, uşağlığın) tonusunu azaldır. Bu preparatlar hamiləliyin ilk üçaylığında uşaqsalmanın təhlükəsi yarandıqda təyin olunur. Hamiləliyin axırıncı həftələrində isə bu preparatlar uşaqlıq boynunun doğuşa hazırlamaq məqsədi ilə təyin oluna bilər.
Lakin hətta bu "zərərsiz" preparatlar hər bir hamilə qadına təyin oluna bilməz. Qadının  böyrəklərin, qara ciyərin, ürəyin fəaliyyətində ağır pozulmalar olduqda və ya bu preparatlara fərdi dözülməzlik olduqda, bu preparatlar təyin olunmur.
Spazmolitik preparatların yanaşı təsirləri arasında: başgicəllənməsi, taxikardiya, arterial təzyiqinin enməsi, allergik reaksiyalar.
- Tərkibində proqesteron hormonu olan preparatlar. Bu preparatlar hamiləliyin əvvəlində hamiləliyin pozulmasına təhlükə yarandıqda və ya profilaktik məqsədi ilə (məsələn, hormonal problemləri olan qadınlara) təyin olunur. Proqesteron "hamiləliyin əsas hormonu" sayılır. Proqesteron hamiləliyin normal inkişafı üçün optimal şərait yaradır: uşaqlığın tonusunu azaldır, uşaqlığın daxili qatını (endometriumu) embrionun uğurlu implantasiyası və sonrakı inkişafı üçün hazırlayır.
Proqesteron "düfaston" və "utrojestan" kimi preparatların tərkibinə daxildir. "Utrojestan" "düfaston"dan fərqli olaraq vaginal şamlar şəklində istifadə oluna bilər. Proqestron qadının fərdi dözümsüzlük zamanı istifadə olunmur.
Preparatların yanaşı təsirləri  arasında: qara ciyərin funksiyalarının cüzi pozulması (uzun müddət ərzində və yüksək dozalarda istifadə etdikdə), dərinin qaşınması, allergik reaksiyalar.
- Magne B6. Bu preparat hamiləliyin pozulmasına təhlükə yarandıqda kompleks müalicə zamanı istifadə olunur. Onun tərkibinə maqnezium mikroelementi və B6 vitamini daxildir. Maqezium uşaqlığın tonusunu azaldır, B6 vitamini isə qadının mədə-bağırsaq sistemində maqneziumun sovrulmasını yaxşılaşdırır. Maqne B6 preparatının komponentlərinə həssaslığın artması və böyrəklərin fəaliyyətinin ciddi pozulması zamanı təyin olunmur.
Preparatın yanaşı təsirləri arasında allergik reaksiyalar və mədə-bağırsaq sisteminin pozulmaları ola bilər.
- Ginipral. Bu preparat hamiləliyin pozulmasının təhlükəsi zamanı ən effektli preparatlardan biri sayılır.
Ginipral uşaqlığın tonusunu azaldır. Hamiləliyin pozulmasının riski çox ciddi olduqda, bu dərmanı damar daxili inyeksyalar şəklində təyin edirlər, daha sonra qadına dərmanın həb forması təyin olunur.
Dərmanın dozasını, rejimini və müalicənin müddətini yalnız həkim təyin edir. Qadın daim həkimin nəzarətində olmalıdır və vəziyyətində hər hansı dəyişiklik hiss etdikdə, dərhal həkimə xəbər verməlidir. Dərmanın qəbulunu yalnız həkimin məsləhəti ilə dozanı tədricən azaldaraq dayandırmaq olar. Əks halda hamiləliyin pozulması təhlükəsi yenidən yaranacaq.
Ginipralın qəbulu astma, hipertireoz, qlaukoma xəstələri, ciddi ürək-damar sistemi, böyrək və qara ciyər pozulmaları olanlar üçün əks göstəriş sayılır.
Ginipral ciddi yanaşı təsirləri (ürəkbulanması, qusma, baş ağrısı, ürək ritminin pozulması, arterial təzyiqin kəskin enməsi və s.) verə bilər. Bunların arasında ən yayılmış yanaşı təsir - tezləşmiş ürək döyünməsi. Bu səbəbdən "ginipral" dərmanın qəbulu zamanı bu yanaşı təsiri aradan qaldıran preparat təyin olunur.
Təbii ki, bu kimi yanaşı təsirlər hər qadında inkişaf etmir. Bir çox qadınlar bu dərmanı yaxşı keçirirlər.


Şərhlər: 14
Baxılıb: 1586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Men neinki hamile olanda hetda baş ağrisi dermanini bele öz başima atan deyilem,sonraki fesadlarindan qorxuram,hem dermanla bir o qeder aramda yoxdur,teşekkür faydali meslehetlerdi.
9 iyun 2015 18:25
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
leyla_258
XEYIR...
16 fevral 2015 16:58
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ece uslu
allah butun hamilelere komek olsun
8 fevral 2015 01:59
# 12
ayan97
Aay hamile qadinlarimiz oxusun..
7 fevral 2015 01:24
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ismayilova ulker
İki hamiləlik keçurmişəm ikisidə həkim nəzarətində olub. Bir problem olmayıb sadəcə qan azlığı olduğu üçün bəzi dərmanları məsləhət görmeşdü qəbul elədim düzəldi.
6 fevral 2015 22:36
# 10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
lelos
inşallah hamile olanda lazim olar
6 fevral 2015 22:28
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Hamilelikde cox ehtiyat etmek lazimdir her sey usaga ziyandir
6 fevral 2015 22:11
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
medine yusif
Mendede tonus muwahide olundu.hekimin gosteriwi ile derman qebul edirem bir narahatciligimda olanda hekime zeng vurub melumatlandiriram oda meni istiqametlendirir.Allaha wukur her wey qaydasindadir.Rebb her bir qizimiza saglam aile hamilelik birde en wirin pay olan ovlad nesib etsin inwallah.
6 fevral 2015 22:02
# 7
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Bestoş
gelecekde lazim olar
6 fevral 2015 21:52
# 6
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Gunka13
Menim hamileliyim 13cu heftesinde mende aciliw olmuwdu wukr Allaha ki hekimler qarwisini aldilar.cox qorxmuwdum.bir muddet mualicr apardikdan sonra birce baliq yagindan bawqa hecne yazmadi hekim.Allahima min wukr Indi qizimin 1yawi var.Allah butun balalari saxlasin. AMIN!
6 fevral 2015 19:50
# 5
Aileli.
lili)
men kecmisem bu donemi Allah qizlarimiza saq salamat qucaqlarina almaq nesib etsin insallah
6 fevral 2015 19:40
# 4
Qlamurr
Hamilə qadınlar həkimin təyin etmədiyi dərmanlardan istifadə etməməlidi...
6 fevral 2015 18:25
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
allah heckimi pesman elemesin esasda ovlad gozluyenleri... dua
6 fevral 2015 18:23
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Hamilə xanımlar üçün faydalı məlumatlardı
6 fevral 2015 18:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz