Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşun təbii stimulyasiyası
Doğuşun təbii stimulyasiyası
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 14
Baxılıb: 1693
Səs ver:
Bəzən hamiləliyin hətta 40-cı həftəsi tamam olur, lakin körpə doğulmağa "tələsmir".

Bu halda qadınların əksəriyyəti narahat olmağa başlayır, qorxur, ki uşaq həlak olacaq, xəstə doğulacaq və s. Əksər hallarda belə narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Bəzən körpənin "gecikməsinin" səbəbi hamiləliyin müddətinin düzgün hesablanmamasında olur, bəzən körpə hələ doğulmaq üçün tam hazır olmur (axı bütün uşaqlar eyni inkişaf etmir!) və s. İrsiyyət də buna böyük təsir edir. Əgər sizin yaxın qohumlarınız (ana, nənə, bibi, xala) hamiləliyin 40-ci həftəsindən sonra uşaqlarını dünyaya gətirirdilərsə, çox güman ki, sizdə də bu mümkündür.

Əgər hamiləliyin 40-cı həftəsi tamam olubsa, lakin doğuş başlamırsa, mütləq həkimə müraciət edin. Həkim sizi müayinə edəcək (uşaqlıq boynunun vəziyyəti, uşağın ürək döyünməsi və s.), USM-nə göndərəcək. USM zamanı uşağın inkişafını və həmçinin ciftin yetkinləşmə dərəcəsini görmək mümkündür. Sizin və körpənizin vəziyyətindən asılı olaraq həkim sizə doğum evində qalmaq və ya evə qayıdıb bir qədər də gözləmək tövsiyə edəcək.

Ev şəraitində doğuşu təbii stimulyasiya etmək olar. Lakin bunu etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Doğuşun təbii stimulyasiyası o zaman tətbiq oluna bilər ki, doğuşun bu yaxınlarda başlanmasının əlamətləri artıq meydana çıxıb, lakin doğuş sancıları bu və ya digər səbəblərə görə başlamır.

Bu əlamətlərin arasında:

- uşaqlıq boynunun yetişməsi (bunu həkim müayinə zamanı təyin edir),

- uşağın başının kiçik çanağa düşməsi (bu zaman qarın da aşağı düşür, qadın daha rahat nəfəs almağa başlayır),

- uşaq daha passiv olur, daha az hərəkət edir,

- uşaqlıq boynundan selikli tıxacın çıxması (hamiləlik zamanı bu tıxac uşaqlığı infeksiyaların düşməsindən qoruyur, doğuşa yaxın isə çölə çıxır),

- ananın bədən çəkisin 0,5-1 kq azalması,

- tezləşmiş sidik ifrazı,

- beldə dartıcı ağrıların əmələ gəlməsi.

Yuxarıda sadaladığımız vəziyyətlər doğuşun yaxınlaşmasına işarə edir. Bu halda həkimin icazəsi ilə doğuşun təbii stimulyasiya üsullarından istifadə etmək olar. Bu üsulların arasında:

- Fiziki yükləmələr (təbii ki, həddən artıq olmamalıdır). Evdə təmizlik işləri aparmaq, uzun müddət ərzində açıq havada gəzmək, pilləkənlə qalxmaq, hamilə qadınlar üçün olan xüsusi bədən tərbiyyəsi ilə məşğul olmaq, rəqs etmək və s. kimi fiziki aktivlik doğuşu tezləşdirə bilər. Nənələrimizdən məsləhət - döşəməni şvabrasız, əyilmiş vəziyyətdə əllə silmək. Ağır əşyaları qaldırmaq və daşımaq olmaz - bu ciftin qopmasına və güclü qanaxmaya səbəb ola bilər!

- Döş gilələrinin massajı qadın orqanizmində oksitosin hormonun ifrazını stimullaşdırır. Bu hormon isə öz növbəsində uşaqlığın yığılmasını və doğuşun başlanmasını təmin edir.

- Hamiləliyin bəzi dövrlərində həkimlər cinsi əlaqələrin məhdudlaşdırmağı və ya onlardan tam imtina etməyi tövsiyə edir. Lakin doğuş gecikirsə, cinsi əlaqə doğuşun tezləşməsinə kömək edə bilər. Məsələ burasındadır ki, kişilərin spermasında xüsusi maddələr "prostaqlandinlər" var ki, onlar uşaqlıq boynunu yumşaldır. Digər tərəfdən bu zaman qadının orqanizmində oksitosin hormonu ifraz olunur, kiçik çanaqda qan dövranı güclənir. Bütün bunlar isə doğuşu stimullaşdırır.

- Bağırsaqların fəaliyyətinin artması da uşaqlığa da təsir edir ki, uşaqlıq yığılmağa başlayır. Tərəvəz salatların (kələm, çuğundur, göyərti və s.), təzə meyvələrin qəbulu bağırsaqların fəaliyyətini stimullaşdırır.

- Kontrast duş (isti və soyuq suyun növbələşməsi) qan dövranı sürətləndirir və uşaqlığın yığılmasına təkan verə bilər.

- Psixoloqlar analara belə bir məsləhət verirlər. Əgər uşaq doğulmağa "tələsmirsə", ana körpə ilə daha tez-tez "danışmalıdır" ("biz səni çox istəyirik, sənin bu dünyaya gəlməyini səbirsizliklə gözləyirik" və s.), qarnını sığallamalıdır


Şərhlər: 14
Baxılıb: 1693
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
menimde qizim vaxdindan 15 gun tez olub gozlemediyim bir anda doqus aqrili olsada kesikadan yaxsidi
31 yanvar 2015 09:35
# 14
arzum-aysum
İki qızım da vaxtından tez olub. Arzu düz bir ay tez olub. Heç gözləmədiyim anda. Aysu da 10 gün tez olub. İkisində də doğuşa getməmişdən nəyi var işləmişəm. Rahat doğuş ücun hamilelikde hərəkətli olmaq lazımdı. Yeyib yatmaq piylenmeye səbəb olur ki bu da doğuşu cetinlesdirir
30 yanvar 2015 00:10
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ŞehZam
Mən bir dəfə qeysəriyə əməliyatı izlədim internetdə və inanın ağlamaqdan özümü saxlaya bilmədim hətta düz əməlli belə baxa bilmədim dəhşət idi.. Düzdü, əməliyat olan şəxs bunu görüb hiss etməsədə nəhayətində bu sənin canındır.. İnşAllah Allah izn verərəsə gələcəkdə təbii doğuşa üstünlük verərəm.. Allahım izn versə..
29 yanvar 2015 23:59
# 12
Luna-90
Mende normal kecdi agrim olmadi tam vaxtinda oldu

Sitat: BARBI
Dogusdan cox qorxuram ona gore qeyseriyye emeliyati yaxsidir

Dogus keserden pisdi duzdu 45deqlik emeliyyatdi ancaq rahat dogusun yerini vermir rahat dogmaq ucunde hamilelikde bol oksigen almaq meyve soklari icmek birde dogum ayina kimi piyada gezmek .keserde 2ci usaq ucun 2il kecmelidi 2ci emeliyyatda 1ciden agrili olur .keserden sonra istenmeyen hamilelik olsa abort elemek olmur.
29 yanvar 2015 21:53
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ayan97
Dogusdan qorxuram amma ne olusa olsun emeliyyata girmeyecem. Ozume soz vermisem.. Allah her bir geline qismet elesun... :amin: melek
29 yanvar 2015 21:12
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nazan
hamiya kisme olsun
29 yanvar 2015 20:10
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
doguwdan cox qorxuram
29 yanvar 2015 19:56
# 8
Сладкий Ангел
men hele yasamamisam 09 ama Allax her kese qismet elesin
29 yanvar 2015 18:57
# 7
.Bir gülüşüm var Sizlərə ömür...
Tomris Müslümova
aha menim bacimda 2 gun gec olmusdu bele seyler olur maraqlidi tesekkurler
29 yanvar 2015 18:56
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
esitdiyim qederi ile coooxxx agrili prossesdi cox qorxuram men(
29 yanvar 2015 18:30
# 5
Qlamurr
Deyilənə görə doğuş çox çətin prosesdi....ona görə də qorxuram,ancaq gözlərim zəif olduğu üçün təbii ki,məndə gələcəkdə əməliyyatla olacaq...tşk..
29 yanvar 2015 18:24
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
Allah komekliyi ile ikisini dunyaya getirmiwem tebii yolla agrili olsada sonu cox gozel hissdi
29 yanvar 2015 18:22
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
medine yusif
ayyya aman.doguw zamanim gozumun qabagina gelende dehwete gelirem birde Allaha wukur ediremki ne yaxwi ki agridan olmemiwem.ama deyer butun acilara.nehayetinde qucaginda toxunmaga bele ehtiyat etdiyin balan caninin parcasi olur.Allah butun qizlarimiza bu xowbext gunu yawadsin.AMIN angel_mini quc
29 yanvar 2015 18:09
# 2
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
BARBI
Dogusdan cox qorxuram ona gore qeyseriyye emeliyati yaxsidir
29 yanvar 2015 18:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz