Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı qrip
Hamiləlik zamanı qrip
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 2676
Səs ver:
Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Bu, fizioloji prosesdir.
Məsələ burasındadır ki, insanın immun sistemi orqanizmi yad hüceyrələrdən qoruyur və bu hüceyrələri məhv edir. Qadının orqanizmində inkişaf edən döl də onun immun sistemi  üçün "yaddır" (axı onun hüceyrələrinin yarısı atanındır). Məhz bu səbəbdən hamiləlik zamanı qadının immun sistemi zəifləyir ki, dölə ziyan vurmasın.

Lakin bu zəifləmə qadına ucuz başa gəlmir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərinə tutulur. Hamilə qadınları daha tez-tez herpes narahat edir (dodalqrın üstündə, ağız boşluğunda kiçik xoralar əmələ gəlir), göbələk infeksiyası "baş qaldırır" (cinsi yollarından ağ kəsmiyə bənzər ifrazatlar çoxalır).

Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri qripdir. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, döldə müxtəlif patologiyaların inkişafı və s.

Qrip yüksək hərarət (40-40,5 C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünün çox zəif, yorğun hiss edir. Dodaqlarda herpes çıxa bilər (ağrılı kiçik xoralar), qadında qarın ağrısı və hətta ishal ola bilər. Belə vəziyyət 7 gün ərzində davam edə bilər.

Qrip virusu immun sisteminin daha da zəiflənməsinə səbəb olur ki, bunun nəticəsində qadında müxtəlif ağırlaşmalar inkişaf edə bilər - pnevmoniya, haymorit, ürəkdə və böyrəklərdə pozulmalar və s. Həmçinin qadında olan bəzi xroniki xəstəliklər (bronxial astma, xroniki bronxit, böyrək və ürək xəstəlikləri) kəskinləşə bilər. Bu səbəbdən hamilə qadına "qripp" diaqnozu qoyulubsa, qadın daim terapevtin ciddi nəzarətində olmalıdır ki, mümkün olan ağırlaşmaların qarşısı alınsın.

Qripin dəqiq diaqnozunu yalnız həkim qoya bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında qorxuya düşməyin (bu adi soyuqdəymə də ola bilər) və dərhal evə terapevti dəvət edin
Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan bəzi preparatlar istifadə olunmur. Həkimlər təbii vasitələrə üstünlük verməyə çalışırlar. Belə ki, bir qədər turş bol maye intoksikasiya ilə çox yaxşı mübarizə aparır. İtburnu dəmləməsi, limonlu çay balla, moruqlu, zoğallı çay və s. istifadə etmək olar.  Lazım olduqda həkim ot tərkibli öskürək əleyhinə dərmanlar və s. təyin edə bilər. Müalicəvi bitkilərlə olan inhalyasiyalar da (sürvə otu, evkalipt, nanə, çobanyastığı ilə) yaxşı kömək edir.

Yüksək hərarətlə mübarizədə tərkibində parasetamol olan vasitələr istifadə olunur. Parasetamol bütün dünyada hamilə qadınlar üçün ən ziyansız hərarətsalan vasitə hesab edilir.

Qripp virus infeksiyasıdır və bu səbəbdən bu xəstəliyin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər yalnız qripin fonunda bakterial infeksiyalar inkişaf etdikdə istifadə oluna bilər (pnevmoniya, haymorit və s. zamanı).

Qripp hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qripp infeksiyası hamiləliyə mənfi təsir etdikdə, hamiləlik bir çox hallarda özü-özündən pozulur. Lakin əgər hamiləlik qripdən sonra normal inkişaf edirsə (analizlər, USM normadadır), bu o deməkdir ki, ciddi narahatçılıq üçün səbəb yoxdur.

12-ci həftəsindən sonra qrippin hamiləliyə mənfi təsiri daha az olur.


Şərhlər: 13
Baxılıb: 2676
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamilelik vaxti calismaq lazimdiki xestelenmeyesen
8 mart 2015 23:08
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
Allah uzaq etsin men hamile deylem ama bu ay umid vardi qalmaqa ama soyu deydi heleki bilmirem ne e olacaq
15 yanvar 2015 19:59
# 12
Wappuw
Allah butun hamile bacilarimizi qorusun olmayanlarada nesip etsin amin inwallah
14 yanvar 2015 03:38
# 11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
emis
bu haqda bilirdim hamileleikde qrip olmaq olmaz birde oskurmek
13 yanvar 2015 22:45
# 10
Gülanə
MENDE hamileliyimde qrip olmusam allaha sukur indi yaxsiyam ALLAH butun hamileleri qorusun
13 yanvar 2015 21:57
# 9
Gulu-Qezi
ALLAHIM her kesi qorusun
13 yanvar 2015 20:27
# 8
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Aysel Tatli
allah butun ana olanlara komek olssun amin
13 yanvar 2015 20:07
# 7
arzum-aysum
Iki hamileliyimde de hamile qalan ilk gunden taaa sona qeder qrip olmusam. Hele ilk hamileliyimde qaymorit de olmusdum
13 yanvar 2015 19:35
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Melissa
sukur men hamilelik zamani qrip olmadim
13 yanvar 2015 19:12
# 5
Сладкий Ангел
bu haqqda bilmirdim cox saq olun
13 yanvar 2015 18:52
# 4
.Bir gülüşüm var Sizlərə ömür...
Fialka
Bu haqda bilirdim ama 12-ci aydan sonra ziyanın az oldugunu bilmirdim
13 yanvar 2015 18:38
# 3
Tomris Müslümova
mmm maraqlidi
13 yanvar 2015 18:13
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Hamilelik zamani qrip hetta usagin itirilmesine getirib cixarda biler
13 yanvar 2015 18:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz