Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuş qorxusu
Doğuş qorxusu
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 20
Baxılıb: 3399
Səs ver:
Qadınların şüuraltında olan doğum qorxusu - tokofobiya qadının yaşadığı cəmiyyətin, ətrafının təsiri ilə yaranan və "bəslənən" bir psixoloji narahatlıqdır. Qadının yaşadığı ölkənin ictimai və mədəni quruluşu, anadan qızına keçən doğuş qorxusu vasitəsilə tokofobiya nəsildən nəsilə ötürülür.

"Tokos" sözü yunan dilindən tərcümədə "doğuş" deməkdir, "fobiya" isə bildiyimiz kimi qorxu.

Tokofobiyası olan qadınlar doğuş zamanı çox acı çəkməkdən, ölməkdən qorxurlar. Həmçinin həkimə, özlərinə güvənmirlər və daim körpəyə pis bir şey olacaq qorxusu ilə yaşayırlar.

Dünyaya gətirəcəkləri körpəyə baxa bilməməkdən, bu məsuliyyəti daşıya bilməməkdən daim qorxurlar. Hətta bu qorxu qadınları abort etməyə, uşağı tələf etməyə, narkotik və spirtli içki qəbuluna qədər apara bilər.

Uşaqkən cinsi zorakılığa məruz qalmış qadınların əksəriyyəti tokofobiyadan əziyyət çəkir.

Tokofobiyası olan qadınlar normal doğuş həyata keçirsələr də illər keçdikdən sonra belə o anları unutmurlar, o günləri düşündükcə panik atak krizləri keçirirlər.

Tokofobiya üç səviyyədə özünü göstərir:

Birinci səviyyə; Qadın hələ hamilə qalmadan tokofobiyadan əziyyət çəkir. Bu səviyyə adətən uşaqlıq və yeniyetməlik dövrü arasında yaranır və inkişaf edir.

İkinci səviyyə; Artıq bir dəfə ana olan qadın çox çətin və uzun müddətli doğum prosesi yaşayıbsa və ya uşağı ölü doğulubsa, hamiləlik dönəmi çətin keçibsə ikinci hamiləlikdə tokofobiya yarana bilər.

Tokofobiya, doğuş sonrası depressiyaya da səbəb olub eyni zamanda ciddi yuxu pozğunluqları da yarada bilir.

Üçüncü səviyyə; Depresiv xəstəliklərin zəminində inkişaf edən doğum qorxusudur.

Tokofobiyadan əziyyət çəkən hamilə qadınlar heç bir zərurət yoxkən yalnız qorxduqları üçün əməliyyatla doğum etməyi seçirlər. Əlbəttə, içlərindəki o qorxunu müalicə etmədikləri müddətcə də bu addımı atmağa davam edəcəklər. Əks halda daha ağır və travmatik hallar yaşana bilər.

Bəs nə etməliyik?

Qorxularımızın qarşısını necə ala bilərik?


1- Hamiləliyin necə inkişaf etməsi, fiziologiyası, psixologiyası barəsində anaları məlumatlandırmalıyıq. Bəzi ölkələrdə olan "doğuşa hazırlıq kursları" məhz bu məqsədə xidmət edir.

2- Əyani psixoloji yardım ala bilərsiniz.. Psixoloqa getməkdən utanmayın, ailənizdən kimsəyə söyləmək məcburiyyətində də deyilsiniz. Psixoterapevt qorxularınızı müalicə edə bilər.

3-Eft və hipnoz texnikalarında usta olan mütəxəssislərə müraciət edə bilərsiniz. Şüuraltı qorxuları bu üsullarla müalicə etmək mümkündür.

4-Pozitiv olun. Pis şeyləri düşünməkdən imtina edin. Körpənizin qarınınızda sağlam bir şəkildə böyüdüyünü və sağlam bir şəkildə dünyaya gələcəyini düşünün.

5-Müəyyən idman hərəkətləri sixi daxilən rahatlaşdıracaq.. Rahatlaşmış bir bədən sizi rahatlaşmış bir ruha qovuşduracaq.

6-Adətən hamilə qadın görən digər qadınlar öz doğum hekayələrini əsgərlik xatirələri kimi ən acı şəkildə danışmağa başlayırlar. Qulaq asmayın. Hər qadının doğuşu özünə xasdır, unutmayın.

7-Doğuş zamanı yanınızda güəndiyiniz və sizə ürək-dirək verəcək insanlar olsun.

8-Hər şeydən öncə özünüzə, bədəninizə, körpənizə güvənin. Doğuş prosesi bədəninizin təbii bir funksiyasıdır, bunu heç bir zaman unutmayın.

9-Hamiləlik zamanı tez-tez yaşanan sancılar və digər çətinliklər, sonu olmayan bir müddət deyil. Bunları körpənizi qucağınıza almağınıza kömək edəcək bir vasitə kimi başa düşməyə çalışın.


Şərhlər: 20
Baxılıb: 3399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
onu hamile qadinlardan sorusmaq lazimdi
8 mart 2015 22:53
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gulu-Qezi
Sitat: sona
Duzu agri cehetden dozumum yoxdu. am her wdye dozerem teki rebbim o sevinci yawatsin mene

cox duzdu bacim eynen mende ele duwunurem
5 yanvar 2015 09:41
# 19
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Omrumun Ureyi
Tebiiki herbir qiz kimi mende qorxuram.Ama fikirlewendeki bir insan dunyaya getirirsen hemde canindan ,qanindan olan bir korpeni,sevdiyin insandan olan balani dunyaya getireceksen onda deyer o agrilara 128
5 yanvar 2015 02:16
# 18
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
Chalikushu
evli deyilem yenice emimqizi ana olub dogusdan ele danisdi ki qorxdum
5 yanvar 2015 01:34
# 17
men ne vaxt boyudum ki qelbler qirdim(
sona
Duzu agri cehetden dozumum yoxdu. am her wdye dozerem teki rebbim o sevinci yawatsin mene
5 yanvar 2015 00:47
# 16
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
NERGIZ LOVE
Mende cox qorxurum oqlum doqlanda yadma dusende heledi pis his kecrirem
5 yanvar 2015 00:27
# 15
SENI EBEDI QELBIME YAZDIM///
ece uslu
mende qorxuram allah her bir qadina nesib etsin bu hisleri
4 yanvar 2015 23:54
# 14
Nisa
kesir olacam amma dusundukce qorxuram
4 yanvar 2015 21:01
# 13
BARBI
Dogusdan qorxuram ama ovladimizi qucagimuza aldiqda o qorxuda agrida kecir
4 yanvar 2015 20:54
# 12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Сладкий Ангел
Allax butun qadinlara komey olsun dua
4 yanvar 2015 19:50
# 11
.Bir gülüşüm var Sizlərə ömür...
canr
Duzdu qorxurdum men de,ama balami qucagima alanda dunyalar menim idi.Yeni eziyyetine deyer.
4 yanvar 2015 19:24
# 10
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
aRzuM209
oglum cox çətin olub bir qızım olsun çox isteyirem.helekki sevdiyin birindən olmagnı düşnəndə xoşbəxt oluram çox.ama pisxoloji olaraq çox cetinlik cekirem.sevdiyime qovuşum inşALLAH ilk isteyim ZEHRAMİ QUCAGMA almagdir.xeyali bele cox gozəldi əli və zəhramcun canımda qurban

oglum cox çətin olub bir qızım olsun çox isteyirem.helekki sevdiyin birindən olmagnı düşnəndə xoşbəxt oluram çox.ama pisxoloji olaraq çox cetinlik cekirem.sevdiyime qovuşum inşALLAH ilk isteyim ZEHRAMİ QUCAGMA almagdir.xeyali bele cox gozəldi əli və zəhramcun canımda qurban
4 yanvar 2015 19:18
# 9
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
talis balasi
Allah hamiya komek olsun butun hamile qadinlarimizin imdadina xanim Zeyneb(e)catsin insallah
4 yanvar 2015 19:13
# 8
Luna-90
Mende cox qorxurdum nu yaxsi oldu
4 yanvar 2015 19:13
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
my_angel
Geleceye aiddi ve qorxuram 26
4 yanvar 2015 18:50
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
emis
mendede var biraz qorxu
4 yanvar 2015 18:48
# 5
tatyana
Men iki ay onceden radilnide yatdigim ucun hergun dogusu nece defeden gorduyum ucun qorxmurdum,qorxmaga deymez amma qadinin olumle heyat arasinda qaldigi andi dogus ani
4 yanvar 2015 18:32
# 4
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Menim balam
Men birinci oğlumda çox qorxurdum, 11 saat ağrım oldu. İkinçı oğlumda ise 1 saat ağrım oldu. Çox rahat oldu. Qorxmaq lazım deyil.
4 yanvar 2015 18:13
# 3
Aysel Tatli
QORXMAQ LAZIM DEYIL ALLAH SEBR VE DOZUM VERIR
4 yanvar 2015 18:08
# 2
Fialka
Məndə qorxuram ama ifrat dərəcədəki kimi yox
4 yanvar 2015 18:03
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz