Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra qanaxmalar hansı hallarda təhlükəlidir?
Doğuşdan sonra qanaxmalar hansı hallarda təhlükəlidir?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1487
Səs ver:
Doğuş zamanı və doğuşdan sonra bütün qadınlar qan itirir. Bu, normal fizioloji prosesdir.
Doğuş zamanı cift uşaqlığın divarından qopur, ciftin damarları yırtılır və bu, qanaxmaya səbəb olur. Hamiəlik zamanı qadın orqanizmi özünü gələcək qan itirilməsinə hazırlayır - qadın orqanizmində olan qanın miqdarı, demək olar, 2 dəfə artır. Bu səbəbdən doğuş zamanı və doğuşdan sonra qanın itirilməsi qadının sağlamlığına heç bir ciddi təsir etmir.
Lakin bəzən belə qanaxmalar fizioloji yox, patoloji xarakter daşımağa başlayır və qadının sağlamlığına, hətta həyatına ciddi təhlükə yaradır. Belə patoloji qanaxmalar erkən (dərhal doğuşdan sonra) və ya gecikmiş (doğuşdan 1, hətta 2 ay sonra) ola bilər.
Doğuşdan sonra patoloji qanaxmanın profilaktikası üçün həkim uşaqlığı massaj edir və qadına oksitosin inyeksiyasını təyin edir. Oksitosin hormonu uşaqlığın yığılmasına cavabdehlik daşıyan hormondur. Doğum evindən evə buraxıldıqdan əvvəl hər bir qadın mütləq USM-dən keçməlidir. Bu, uşaqlıq boşluğunda ciftin hissələrinin qalmamasına əmin olmaq üçün lazımdır.
Uşaqlığın normal yığılmasında və bunun nəticəsində qanaxmaların qarşını almağında əmizdirmə böyük rol oynayır. Əmizdirmə zamanı qadının orqanizmində təbii oksitosin hormonu ifraz olunur. Bu səbəbdən uşağı əmizdirməyən qadınlarda uşaqlığın yığılması prosesi daha çətin gedir.

Erkən patoloji qanaxmaların səbəbləri müxtəlif ola bilər:
- uşaqlıq boşluğunda ciftin hissələrinin qalması. Bu zaman uşaqlığın normal yığılma qabiliyyəti pozulur və nəticədə qanaxma baş verir. Doğuş zamanı cift uşaqlığın divarından hoparaq çölə çıxır. Həkim mütləq ciftin tamlığını yoxlamalıdır. Bəzən bu müayinə zamanı məlum olur ki, ciftin bir hissəsi uşaqlığın daxilində qalıb. Bu halda ciftin qalıqları əllə təmizlənməlidir. Qadına ağrısızlaşdıran maddələr yeridilir və həkim uşaqlıq boşluğunu küretin köməyi ilə təmizləyir (küret - ginekologiyada istifadə olunan xüsusi alətdir).
- uşaqlığın, uşaqlıq boynunun, uşaqlıq yolunun yırtılması. Bu zaman qadının cinsiyyət yolları diqqətlə müayinə olunur və lazım olduqda tikişlər qoyulur.
- bəzən doğuşdan sonra inkişaf edən qanaxmaların səbəbi qadının qan sistemində olan pozulmalar (laxtalanma proseslərin pozulması və s.) olur.
Erkən qanaxmalar doğuşdan dərhal sonra inkişaf edir və bu zaman qadın adətən xəstəxanada olur. Tibbi personal lazım olan müayinə və analizlərdən sonra qanaxmanın səbəbini təyin edir və onun qarşısını alır.
Çox nadir hallarda olsa da, patoloji qanaxmanı yalnız bir yolla - uşaqlığın xaric olunması ilə dayandırmaq mümkün olur.
Gecikmiş qanaxmalar qadın evə qayıtdıqdan sonra inkişaf edə bilər. Əgər qadın qanlı ifrazatların artmasını (qanaxma tədricən azalmalıdır) və öz vəziyyətində dəyişikliklər (təzyiqin düşməsi, halsızlıq və s.) müşahidə edirsə, mütləq xəstəxanaya müraciət etməlidir. Ginekoloqlar qadınları xəbərdar edir ki, əgər doğuşdan sonra qadın gün ərzində 5-6 dolu bez dəyişirsə, bu qanaxmaya şübhə yaradır. Belə patoloji qanaxmalar qadının həlak olması ilə nəticələnə bilər!

Gecikmiş qanaxmaların səbəbləri bu kimi ola bilər:
- cift polipi (ciftin kiçik hissələri uşaqlığın daxilində qalır və onlardan polip əmələ gəlir)
- uşaqlıq boşluğunun iltihabı (endometrit)
- uşaqlığın yığılma qabiliyyətinin pozulması
- qan sistemində olan pozulmalar.


Şərhlər: 8
Baxılıb: 1487
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
Menim is yoldasim var. Dogus vaxti cift qiriqlari qalib usaqliqda ona gore nece vaxtdi yaziq qanaxmadan eziyet cekir. Dogus zamani hekim gerek coxxxxxx diqqetli ola. Insan heyati ile oynamaq olmaz
8 yanvar 2015 23:01
# 8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Allah qorusun,bu hallar ananın itirilməsi ilə nəticələnə bilər......
8 yanvar 2015 22:45
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Aysel Tatli
heleki menlik deyil
8 yanvar 2015 21:54
# 6
BARBI
Ona gore dogusdan sonra helkim nezaretinde olmalidir
8 yanvar 2015 19:33
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Сладкий Ангел
hmm xebere gore twk
8 yanvar 2015 19:24
# 4
.Bir gülüşüm var Sizlərə ömür...
ece uslu
allah hamie qadinlarin komeyi olsun
8 yanvar 2015 19:14
# 3
Menim balam
Allah uzaq elesin
8 yanvar 2015 18:13
# 2
Gulu-Qezi
tewekkur ALLAHIM her kese komek olsun amin
8 yanvar 2015 18:00
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz