Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yüksək hərarət uşaqsalma riskini artırır
Yüksək hərarət uşaqsalma riskini artırır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1836
Səs ver:
Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Ədli Şadı Karaman hamiləlikdə yüksək hərarətin nəticələri haqqında məlumatlar verdi.
"Normal bədən istiliyi 36-37 dərəcə arasında olur. 37 dərəcədən yuxarı isə artıq hərarət hesab olunur. Hərarətin  yüksəlməsi orqanizmin hansısa prosesə qarşı müqaviməti və mübarizəsidir. Hamilə qadınlarda normal bədən istiliyi hamilə olmayanlarla eynidir. Tək fərq yüksək hormon səviyyələri və bədən müqavimətindəki aşağılıq səbəbidir. Hamilə qadınlarda yüksək hərarətin daha asan ortaya çıxması və təsirlərinin də çox ciddi  olmasına diqqət yetirmək lazımdır."

Hamiləlikdə yüksək hərarətin səbəblərini açıqlayan Karaman, "Yüksək hərarət iki qrupa ayrılır. Birincisi infeksiya səbəbi ilə ortaya çıxan yüksək hərarətdir. Hamiləlikdə ən çox rast gəlinən infeksiyalar, qrip infeksiyaları,  üst tənəffüs yolu infeksiyaları və sidik yolları infeksiyalarıdır. İkincisi isə infeksiya xarici səbəblərlə ortaya çıxan yüksək hərarətdir. Bu qrupda isə yüksək istiliyə uzun müddət məruz qalmaq (hamam, sauna, gün vurması), allergik reaksiyalar və qida zəhərlənmələri sayıla bilər." - şəklində açıqladı.

Yüksək hərarətin hamiləlikdəki zərərli təsirlərindən bəhs edən Karaman, "Hərarət  meydana gəldiyində hamiləliyin hansı dövrü, hərarətin yüksəklik dərəcəsi və müddətinə fikir vermək çox önəmlidir. Yüksək hərarətin zərərli təsirləri çox zaman   39 dərəcədə özünü göstərir. İlk üç ay yüksək hərarətinin hamiləlikdə ən təhlükəli olduğu və ən çox ziyan meydana gətirdiyi dövrdür. Bu dövrdə döldə orqanlar meydana gəldiyindən   hərarətin mənfi təsirləri daha çoxdur. Başlıca mənfi təsir,  düşük riskinin artması, başgəlişi anomaliyaları, ürək qapaq anomaliyaları, qol və qıç anomaliyaları və  zəka geriliyi" - deyə ifadə etdi.

Bu mənfi təsirlərdən müalicə və qorunma üsullarını da izah edən Karaman, bunları təklif etdi: - "Hamiləlikdəki yüksək hərarətin müalicəsində əsl məqsəd onun salınması ilə birlikdə hərarətə  səbəb olan faktorun ortadan qaldırılmasıdır. Hərarətin salınması üçün ilıq duşlar, soyuq kompreslər ve parasetamol qruplu hərarət  salıcı dərmanlar istifadə edilə bilər. Hərarətə səbəb infeksiya xarici faktorları aradan qaldrmaq üçün  isə bunları aradan qaldırmaq, yəni isti mühitlərdən uzaqlaşmaq, allergik yeməklər qəbul etməmək kifayətdir.

Qorunma tədbirlərinin başında hamilələrin infeksiya riskindən qaçınmaları çox vacibdir. Bədən müqavimətini artırmaq üçün hamilələrin balanslı bəslənmələri, lazım olduğunda multivitamin istifadə etmələri son dərəcə əhəmiyyətlidir. Hamilələrin ayrıca isti hamam, sauna, isti ləyən və duş kimi mühitlərdən qaçınmaları və günəşdə çox qalmamaları lazımdır. İsti günlərdə və mühitlərdə hamilələr çox su içməlidirlər."


Şərhlər:
Baxılıb: 1836
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz