Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonrakı depresiyanı aradan qaldırmanın yolları
Doğuşdan sonrakı depresiyanı aradan qaldırmanın yolları
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 823
Səs ver:
Artıq ANA olmusunuz, amma sanki nə isə çatışmır, hər şeyə narahat olur, acıqlanır, hər dəqiqə ağlamaq və özünə güvənsizlik hissi yaranır. Hətta elə anlar olur ki, dünyaya min bir əziyyətlə gətirdiyin uşağı günahlandırmağa başlayırsınız ki, hər şeyin günahkarı heç bir günahı olmayan balaca körpənizdir. Bu doğuşdan sonrakı depressiyadır. Bunu demək olar ki, ana olan qadınların çoxu yaşayır, lakin cəmiyyətimizdə qınanılacağından qorxaraq əksəriyyət qadınlar bunu özü-özünə belə etiraf etməyə çəkinir. Əslində yeni ana olmuş qadını hər cürə mənəvi dəstəkləmək əvəzinə qınamağa başlayırlar, amma bu 9 ay gözlədiyi körpəsinin dünyaya gəlməyini hamıdan çox istəyir və ona canla-başla baxır, lakin artıq aylardır yüklənmiş bədən və üstəlik doğuş zamanı keçirdiyi stress ananın uşağa istədiyi kimi baxmağa mane olur, yuxusuz gecələr, uşağın ağlamağı onu bu stress vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Evdə də ananın bu vəziyyətini başa düşülmürsə, qadın daha da özünə güvənini itirir, axı aylardır çəkdiyi əziyyət onu da yormuş və onun da qayğıya ehtiyacı vardır.

         Əsasən doğuşdan sonrakı depressiyanın 3 tipi vardır:

  1. Doğuş qurtarandan sonra bir neçə sutka ərzində olur. Bu zaman qadın özünü güvənsiz, aciz hiss edir, davamlı olaraq qadını ağlamaq və qorxu hisləri bürüyür.
  2. Yüngül formalı depressiya – bu bir neçə gündən bir həftəyə qədər  davam edə bilər, tənhalıq, köməksizlik və qorxu hissləri ilə müşahidə olunur.
  3. Xroniki depressiya – bu doğuşdan sonrakı ilk 3 aydan 1 ilə qədər, hətta ağır hallarda 3-4 ilə qədər davam edə bilər. Bu zaman ən adi işlərin görülməsi mümkünsüz və dözülməz olur, qadın davamlı olaraq həyəcan və qorxu içində yaşayır.

  Bəs nə etməliyik ki bu vəziyyətdən tez bir zamanda qurtulaq və uşağa lazımınca diqqət yetirək:

1. Deməli, ana olduğunuz andan başlayaraq siz əvvəllər öyrəşdiyiniz həyat tərzindən çox uzaqlaşırsınız, heç nə əvvəlki kimi olmur, məsələn ən sevdiyiniz filmi və yaxud verilişi izləyə bilmirsiniz, buna nə imkanınız, nə də vaxtınız çatır. Ən yaxşı iş görə-görə radionu açın və musiqiyə qulaq asın, xəbərləri dinləyin. Bu yolla ən azından dünyada baş verən hadisələrdən xəbərdar olarsınız. Həm musiqi dinlədikcə əsəbləriniz sakitləşər, eyni zamanda gördüyünüz işlər də əyləncəli olar.

2. Çalışın sizin üçün ən vacib olan işləri görəsiniz, çünki evinizdə əvvəlki ideal təmizliyinizi saxlamağa sizin sadəcə olaraq gücünüz çatmayacaq. Düşünün ki, evin bu vəziyyəti müvəqqətidir, indi siz bütün enerjinizi və gücünüzü uşaq üçün sərf etməlisiniz, çünki onun daha çox sizə ehtiyacı var, bunu unutmayın.

3. Unutmayın ki, hərdən siz də özünüzə vaxt ayırmalı, salona getməli, üzünüzə saçınıza qulluq etməli, mağazaları gəzib alış-veriş etməyə ehtiyacınız var. Bunun üçün yaxınlarınızın birindən kömək istəməkdən heç də çəkinməyin, onlar böyük məmnuniyyətlə 1-2 saatlıq körpəyə baxmaqdan zövq alacaqlar.

4. Sizin üçün ən vacibi həm də dincəlməkdir. Çalışın özünüz üçün yuxu saatları müəyyən edin, yaxşısı budur bu gündüz vaxtlarına təsadüf etsin. Körpə yatmışkən siz də yatın. Sadəcə olaraq gözünüzü yumun və heç kimlə söhbət etməməyə çalışın, dincəlin. Kofeyin tərkibli içkiləri içməyin bu əsəbililiyi artırır.

5. Uşaq yatmışikən kitab oxuyun, bu ananın fikrini yayındırıb və əsəbi vəziyyətdən çıxarmağa kömək edəcək.

6. Vanna qəbul edin, telefonu söndürün, gimnastikayla məşğul olun. Bu sizin hamiləlik və doğuşdan sonra korlanmış bədən formanızın yenidən bərpa olunmasına kömək edəcək.

7. Uşaqla gəzintiyə çıxan zaman yaxşı geyinin, saçlarınızı düzəldin, kosmetikadan istifadə edin. Bu sizə əvvəlki güvəninizi qaytarmağa kömək edəcək. Yolda dost-tanışlarla rastlaşdınız zaman sizi yaxşı vəziyyətdə görüb doğuşdan sonra gözəlləşdiyinizi söylədikləri zaman özünüzə güvəniniz yenidən bərpa olunmağa başlayacaq…

 

UNUTMAYİN!!!

ÖZÜNÜZÜ YAXŞI ƏHVAL-RUHİYYƏDƏ KÖKLƏYİN.
DÜŞÜNÜRSÜZ Kİ, UŞAQLARI OLMAYAN YAXINLARINIZIN HƏYATLARI ÇOX ASANDIR? AMMA ONLAR BAŞLARINI NE ILƏ QATACAQLARINI BİLMİRLƏR, AMMA SİZ BALACA KÖRPƏNİZLƏ HEÇ DARIXMIRSIZ. KÖRPƏNİZ SİZİN MÖCÜZƏNİZDİR, BUNU UNUTMAYIN VƏ ONUNLA ÖZÜNÜZÜ XOŞBƏXT HİSS ETMƏYƏ ÇALIŞIN VƏ BU SİZDƏ ALINACAQ GÖRƏCƏKSİNİZ!!!



Şərhlər:
Baxılıb: 823
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz