Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşu hansı yolla asanlaşdırmaq olar?
Doğuşu hansı yolla asanlaşdırmaq olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8052
Səs ver:
Əsasən kişilər və ətrafdakı qohum-əqrəba hamilə qadınları çox iş görməyə qoymur, onların istirahəti üçün əlindən gələni edir. Hamilə qadınlara hətta ən xırda ev işlərini etməyi belə qadağan edirlər. Halbuki hamiləlik normal prosesdir, onları oturaq həyata öyrəşdirmək olmaz. Çoxları elə bilir ki, hamilə qadınlar idman edə bilməz. Amma bu, belə deyil, idman hamiləlikdə çox faydalıdır. Əlbəttə ki, idmanla kor-koranə məşğul olmaq düzgün deyil, bəzi qaydalara xüsusi fikir vermək lazımdır.
Hamiləlik zamanı hansı idman növü ilə məşğul ola biləcəyinizi müəyyənləşdirmək üçün həkim məsləhəti lazımdır. İdmana həkimin tövsiyələri əsasında başlanmalıdır. Bu məşqlər anada çəkinın artmasını əngəlləyir,  bədən müqavimətinin artmasına, doğumun asan şəkildə reallaşmasını təmin edir. Məşq edən hamilə qadınlarda bel ağrıları, qasıq ağrıları az olur, oksigen ehtiyatı isə artır. Aparılan məşqlər hamilə qadınlarda olan ürək xəstəliyinə, təzyiqə, metabolizma xəstəliklərinin müalicəsinə də kömək edir. Həmçinin tənəffüsü nizamlamağa da faydalıdır. Lakin idmana başlamadan əvvəl yuxu saatlarına və istirahətinizə ciddi fikir verməlisiniz.
Düzgün qidalanma və kifayət qədər su içmək də olduqca vacibdir. Məşqlərə başlamadan əvvəl isinmə hərəkətləri etmək faydalıdır. İdmana başlayan zaman əvvəl qarın, kürək, sinə kimi böyük əzələ qruplarını, sonra isə kiçik əzələ qruplarını işlətmək lazımdır. Məşq prosesində motivasiya əhəmiyyətli mövzulardan biridir.
Hamiləlik məşqlərində nəfəsi doğru alıb, doğru vermək də önəmlidir. Məşqlər arasında ən az 1 dəqiqə istirahət edin. Fasilə müddəti əzələlərin istirahət etməsinə və boşalmasına səbəb olacaq. Əgər əzələləri istirahət etdirmədən hərəkətə məcbur etsəniz, yalnız yorğunluq meydana gələr, inkişaf olmaz. Çünki əzələlər istirahət dövründə daha yaxşı olur.
Həftədə 3-4 gün məşq edin, digər günlər də isə yüngül idman hərəkətləri etmək məsləhətdir. Sağlam hamiləlik və doğuş üçün lazımi digər cəhətlər kimi hamiləlik məşqlərini də yubatmaq olmaz. Bu məşqlərə vaxtında əməl olunarsa, sonradan meydana gələcək problemlərin qarşısı alınmış olar, həm də doğuş prosesi asanlaşar.


Şərhlər:
Baxılıb: 8052
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz