Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin ağırlaşmaları
Hamiləliyin ağırlaşmaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1270
Səs ver:
HAMİLƏLİYİN ERKƏN TOKSİKOZU

Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi  pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzlərinin funksiyasında, ürək-damar sistemi, böyrəklərdə, digər orqan və sistemlərdə, elektrolit və hormonal tərkibində nəzərə çarpacaq dəyişikliklər baş verir.
Həmçinin mədə-bağırsaq xəstəlikləri, infantilizm, süni abortlar, astenik tipli konstitusiya, qalxanabənzər vəzin xəstəliyi, qeyri-düzgün qidalanma, sinir gərginliyi toksikozun yaranmasına şərait yaradır.
Toksikozları 2 böyük qrupa bölürlər: erkən (hamiləliyin I yarısında) və gecikmiş (hamiləliyin II yarısında).
Erkən toksikozun ən geniş yayılmış forması qusmadır. Qusma gündə bir neçə dəfə təkrar olunur, adətən yeməkdən sonra baş verir və tezliklə su-duz, zülal, karbohidrat və yağ mübadiləsinin pozulmasına, turşu-qələvi və vitamin balansının, daxili sekresiya vəzilərinin funksiyasının, ilk növbədə böyrəküstü vəzilərin funksiyasının pozulmasına gətirib çıxarır.

Qusmanı ağırlığına görə 3 dərəcəyə bölürlər:
1. yüngül dərəcə - gündə 3-5 dəfə, yeməkdən sonra, ümumi vəziyyətə təsir etmir, asan müalicə olunur və 2-3 aydan sonra öz-özünə keçib gedir.
2. orta dərəcə - yemək qəbulundan asılı olmayaraq baş verir, gündə 10-12 dəfə, bədən çəkisi azalır, zəiflik, ürək döyüntüsü yaranır, dəri quru olur, ifraz olunan siddiyin miqdarı azalır.
3. ağır dərəcə - gün ərzində 20 dəfə və artıq təkrar olunur, ümumi vəziyyət kəskin ağırlaşır. Aclıq və susuzlaşma orqanizmin üzülməsinə səbəb olur, bədən çəkisi azalır, gücsüzləşmə yaranır. Dil quru olur, ağızdan aseton qoxusu gəlir. Nəbz artır, A/T azlır bədən temperaturu artır, sidikdə aseton aşkar edilir.
Bir çox qadınlarda səhərlər ac qarnına qusma baş verir, lakin bu toksikoz əlaməti hesab olunmur.
Ağız suyu ifrazının artması – həm qusmadan əvvəl baş verən bir əlamət kimi, həm də ayrıca toksikoz forması kimi yarana bilər. Gün ərzində ifraz olunan ağız suyunun miqarı 1 l-ə çata bilər. Ağız suyu ifrazının artması hamilə qadının psixologiyasına mənfi təsir göstərir, dodaq və dərini qıcıqlandırır. Ağız suyu ifrazının hədsiz artması halı hətta orqanizmin susuzlaşmasına da səbəb ola bilər.
Bu halın müalicəsi kompleks şəkildə aparılır – fizioterapiya, psixoterapiya, hipnoz. Qidalanma gün ərzində 5-6 dəfə, kiçik miqdarlarda, soyuq şəkildə və yaxşı olar ki, uzanmış vəziyyətdə olsun.
Qusma əleyhinə inyeksiya şəklində serukal, mərkəzi sinir sisteminə təsir edən preparatlarda brom, kofein istifadə oluna bilər. Susuzlaşmanı aradan qaldırmaq üçün stasionar şəraitində 5-7 gün ərzində damcı üsulu ilə insulin, 3 ml-5%-li vitamin C, 5%-li qlükoza (500-100 ml) ilə birlikdə yeridilir. Əzələdaxilinə B1 və B6  vurulur. Kompleks müalicəyə həmçinin splenin, metionin, kokarboksilaza, suprastin də daxil edilə bilər. Müalicə sidik və qan analizinə nəzarət etməklə aparılır.
Bədən çəkisinin artması, gündəlik sidik ifrazının, bədən temperaturunun, nəbzin, A/T normallaşması müalicənin effektivliyinin göstəricisi hesab olunur.


Şərhlər:
Baxılıb: 1270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz