Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuş zamanı ağrısızlaşdırma
Doğuş zamanı ağrısızlaşdırma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1570
Səs ver:
Bu mövzuda söhbət çox vacibdir, beləki, müzakirə olunacaq məsələlər həm Sizin həm də körpənizin sağlamlığı üçün cox vacibdir.
Hər bir qadın doğuşun ağrılı bir proses olduğunu bilir. Bunu yeniyetmə qız uşağı da ədəbiyyatdan, televiziyadan, ətrafdakıların danışdıqlarından bilir. Lakin fərq ondadır ki, bu informasiya bir qorxuya çevrilib onun qabıqaltı şüurunda yuva salır. Sonralar böyüdükdə, dünyaya uşaq gətirmək məqamı çatdıqda, həmin qorxu hissi iki qat güclənmiş şəkildə yenidən baş qaldırır.
Yəqin ki, Siz də bilirsiniz ki, qorxu subyektiv bir hissdir. O ancaq bizim şüurumuzda mövcuddur. Ona görə də bu hissə qalib gəlmək lazımdır.
Lakin orqanizmin fiziki və psixi imkanları bu ağrının öhdəsindən gələ bilmir. Belə hallarda müasir tibb elmi hamilə qadının köməyinə gəlir. Təbabətin arsenalında analgeziya (ağrısızlaşdırma) və anesteziya (hissiyyatın azaldılması) effekti yaradan bir sıra preparatlar var. Bu maddəlrə narkotik qrup maddələr, spazmolitiklər, neyroleptiklər, trankvilizatorlar, anestetiklər və s. daxildir. Bu maddələri yerli, venadaxili, əzələdaxili, ağız boşluğu vasitəsilə, şam şəklində və inhalyasiya kimi tənəffüs yollarına boru vasitəsilə daxil etmək olar.
Bu maddələrin qadına və dölə təsiri hərtərəfli öyrənilmişdir. Arzu olunmaz kənar effektləri və bunların aradan qaldırılması üsulları da məlumdur.
Bu maddələrin təyin olunması göstəriş üzrə və fərdi xüsusiyyətlər nəzərə alınmaqla təyin olunur. Bu təyinatlar ixtisaslı həkim-anestezioloqun nəzarəti altında aparılır.
Buna görə narahatlıq üçün heç bir səbəb yoxdur. Həkimlər həm Sizin həm də körpənizin sağlamlığı üçün tam məhsuliyyət daşıyır, bütün peşəkar bacarığını istifadə etməklə, Sizin maraqlarınızı güdür.
Bir neçə kəlmə ağrı ilə mübarizə vasitələrindən biri olan, xarici ölkələrdə geniş tətbiq olunan peridural anesteziya barədə danışmaq istərdik.
Bu üsulda anestetik maddə (lidokain, bupivakain və s.) bel fəqərələri arasındakı epidural boşluğa yeridilir. Anestetik iri sinirlərin köklərini blokada edir və nəticədə uzun müddətli və möhkəm aşrısızlaşdırma effekti əldə olunur.
Peridural anesteziyanın effektini öz gözü ilə görmüş bəzi mama – ginekoloqlar yaxşı mənada şoka düşmüşdülər. Tutmaların ən kulminasiya dövründə qadın heç bir şey yoxmuş kimi kitab oxuyurdu. Bundan başqa peridural anesteziyanın bir sıra müsbət cəhətləri də var. Bu üsul dölün maddələr mübadiləsinə müsbət təsir göstərir. Ağırlaşmaların baş verməsi də istisna olunmur, bu barədə həkiminizlə söhbət etməniz məsləhət görülür.
Sonda, bir neçə  kəlmə də qeyri-medikamentoz anesteziya haqqında da demək istərdik. Bəzən elektroalgeziya adlanan xüsusi qayda ilə modullaşdırılmış ən zəif cərəyandan istifadə etməklə ağrıkəsici təsir göstərilir. Bundan başqa akupunktur ağrısızlaşdırma – müvafiq bioloci nöqtələrin iynələnməsi də istifadə olunur. Həyat yoldaşının doğuşda iştirak etməsi də doğan qadına müsbət təsir göstərir. Bu fakt qadını həyat yoldaşının qarşısında zəifliyini göstərməmək üçün öz qüvvə və bacarığını mobilizə etməyə vadar edir. Həmçinin fiziki və mənəvi dəstək kimi həyat yoldaşı ən yaxşı nümayəndədir.
Beləliklə, yadda saxlayın ki, doğuşu Analıq Bayramına çevirmək Sizin öz əlinizdədir.


Şərhlər:
Baxılıb: 1570
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz