Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diqqət! Döl yumurtasının qopması
Diqqət! Döl yumurtasının qopması
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2164
Səs ver:
Dölsalmaların əksəriyyəti hamiləliyin ilk həftələrinə təsadüf edilir.

Bu səbəbdən hamiləliyin əvvəlində qadın öz vəziyyətinə qarşı daha diqqətli olmalıdır.

Hamiləliyin əvvəlində özü-özündən dölsalmanın səbəbi döl yumurtasının uşaqlığın divarından qopması ola bilər. Qopmuş yerdə yara əmələ gəlir və orada qan yığılır. Mama-ginekoloqlar bunu "retroxorial hematoma" adlandırırlar. Hematoma böyüyə bilər ki, bu qopmanın daha da artmasına səbəb ola bilər. Nəticədə döl uşaqlığın divarından tam aralanaraq həlak ola bilər.

Əgər vaxtında lazım olan tədbirlər görülməzsə, hamiləlik əksər hallarda pozulur. Lakin vaxtında təyin olunmuş lazım olan müalicə bu prosesi dayandıra bilər və hamiləlik saxlanılacaq.

Döl yumurtasının qopması diaqnozu USM vasitəsilə dəqiqləşdirilir. USM zamanı həkim monitorda retroxorial hematomanı izləyə bilir.

Döl yumurtasının qopmasının səbəbləri:

- hormonal pozulmalar (xüsusilə progesteron hormonun çatışmazlığı);

- güclü streslər;

- güclü fiziki gərginliklər;

- uşaqlığın patologiyaları (ikibuynuzlu uşaqlıq, uşaqlığın infantilizmi - natamam inkişafı və s.);

- ginekoloji xəstəliklər (uşaqlığın polipləri, miomalar, şişlər, uşaqlığın iltihabları və s.);

- infeksion və virus xəstəliklər;

- dölün inkişafının qüsurları;

- keçmişdə keçirilmiş abortlar;

- digər mənfi faktorlar (məişət, istehsalat, ekoloji);

- bəzi hallarda dölün qopmasının səbəbini dəqiq təyin etmək mümkün olmur.

Dölün qopmasını qabaqcadan bilmək mümkün deyil. Təəssüf ki, bu ağırlaşmadan heç bir hamilə qadın sığortalanmayıb. Bu səbəbdən hər bir hamilə qadın özünə qarşı çox diqqətli olmalı və şübhəli simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etməlidir.

Döl yumurtasının qopmasının əlamətləri:

- qarının aşağı hissəsində olan dartıcı ağrılar. Ağrılar belə yayıla bilər (aybaşı vaxtı olduğu kimi).

- ifrazatlar. Dölün qopması zamanı bu ifrazatlar qanlı və ya qəhvəyi rəngdə ola bilər.

Döl yumurtasının qopmasının müalicəsi xəstəxana şəraitində aparılmalıdır. Lakin bir çox qadınlar ev şəraitində müalicəyə üstünlük verir. Müəyyən şərtlərə əmələ etməklə bu da mümkündür.

Döl yumurtasının qopması zamanı ən əsas şərt ciddi yataq rejimidir. Qadın nəinki heç bir fiziki iş görməməli, hətta ayaq üstə durmamalıdır və gəzməməlidir. Qarın böşluğunun  divarı tam sərbəst və dinc vəziyyətdə olmalıdır. Bu isə yalnız uzanaq vəziyyətdə mümkündür. Hər bir hərəkət zamanı qarın boşluğunun divarı az da olsa gərginləşir. Yerimə zamanı isə üstəlik vibrasiya yaranır. Bütün bunların nəticəsində uşaqlığın tonusu artır və qopma daha da sürətlənə bilər.

Həkim qadının sarğı nahiyəsinin altına yastıq qoymağı məsləhət edə bilər.

Bağırsaqların həddən artıq hərəkətliliyi də bu vəziyyətdə əks göstərişdir. Bu səbəbdən qadın müəyyən pəhriz saxlamalıdır - paxlalılar (noxud, lobya və s.), süd, qadında köpməyə, qəbizliyə və ya ishala səbəb olan digər qidalar qidalanmadan şıxarılmalıdır, qəhvə və çay qəbul etmək olmaz.

Cinsi əlaqələr, streslər qəti şəkildə əks-göstərişdir

Həkim qadına müəyyən müalicə də təyin edə bilər. Bu qanaxmanı dayandıran, spazmolitik (no-şpa, papaverin, Maqne B6), sakitləşdirici (pişikotu ekstraktı və s.) preparatlar, vitaminlər (əsasən fol turşusu və E vitamini), hormonal preparatlar (dyufaston, utrojestan) və s. ola bilər. Dərmanları yalnız həkim təyin etməlidir.

Müalicənin müddəti hər bir konkret halda müxtəlif ola bilər. Lakin adətən müalicə və yataq rejim 2 həftədən az olmamalıdır.

Həkimlərin müşahidələrinə görə, ciftin tam formalaşmasına kimi (təxminən 16-cı  həftəsinə kimi) dölün təkrar qopması təhlükəsi yüksək olur və bu səbəbdən qadın özünü mümkün qədər qorumalı, daim həkimin nəzarətində olmalı və müəyyən fasilələrlə USM-dən keçməlidir.


Şərhlər:
Baxılıb: 2164
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz