Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin son aylarında yaranan fiziki narahatlıqlar
Hamiləliyin son aylarında yaranan fiziki narahatlıqlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1618
Səs ver:
Hamiləliyin son ayları emosional dəyişgənliklə yanaşı, həmçinin bir sıra fiziki narahatlıqlarla da müşayət olunur. Bizim üçün kiçik narahatlıqlar olan bu hallar hamilə qadın üçün əziyyətə cevrilir.
Onu bel nahiyyəsində ağrılar, həzmin və yuxunun pozulması narahat edir. Bel ağrıları bəzən elə kəskin olur ki, onun kənar köməyə ehtiyacı olur. Həzmin pozulması qəbul edilmiş qidadan asılı olmayaraq baş verir. Yuxunun pozulması əsasən çarpayıda rahat vəziyyətin alınmaması ilə də əlaqədardır. Təbii ki, gələcək körpənizin də təpikləri Sizi rahat buraxmır. Siz bütün yastıqları belə ətrafınıza yerləşdirsəniz, rahatlıq tapa bilmirsiniz. Nəticədə həyat yoldaşınız yastıqsız qalır. Artıq yuxusuzluq Sizin adi halınıza çevrilmişdir!
Daha az müzakirə olunan, lakin müəyyən narahatlıq yaradan problemlərdən biri də meteorizmdir (köp). Bəzən köpün xaric olması qeyri-iradi baş verərək, hamilə qadını pis vəziyyətə qoya bilər. Qəbizliyin qarşısını almaq məqsədi ilə yediyiniz gara gavalı qurusu köpün əmələ gəlməsinə səbəb ola bilər.
Hamiləliyin son aylarında çanaq əzələlərini idarə etmək çətin olduğu üçün, bəzən asqırma və ya öskürmə zamanı təzyiq nəticəsində ola bilər ki, az miqdarda sidik ifraz olunsun. Bunun nəticəsində hamilə qadın bir müddət islaq alt paltarında qaldığı üçün diskomfort hissi keçirir.
Belə "nəm” narahatlıqları hamiləliyin son aylarında daha da güclənən uşaqlıq ifrazatı da yarada bilər.
Son həftələrdə dizlərinizin üstənə heç nə qoya bilmirsiniz, hətta evdə olan ilk uşağınızı belə qucağənəzda oturda bilmirsiniz və bu Sizi narahat edir. Nədənsə, məhz bu dövrdə dizləriniz Sizə çox gərəkirmiş kimi gəlir.
Hətta, sadəcə olaraq oturmaq belə Sizə üçün çətin olur. Bəzən dizlərinizi tərpədə bilmirsiniz, bir ayağınızı o birinin üzərinə qoymağa cəhd etməyin, alınmayacaq. Ümumiyyətlə, bunu bütün hamiləlik boyunca etməsəniz, daha yaxşı olar, çünki bu , venaların varikoz genəlməsinə səbəb ola bilər. Oturuşunuzun estetik baxımdan gözəl olmaması, qoy Sizi narahat etməsin. Bütün bunlar hamısı gələcək balanın naminədir.
Son dövrlərdə sükan arxasına keçmək gün-gündən çətinləşir, avtomobili idarə etmək isə mümkün olmur. Hətta avtomobilə minmək və ondan düşmək belə ağılagəlməz çətinliklərlə bağlı olur.
Sizin qarnınız demək olar ki, hər gün söhbət üçün bir mövzuya çevrilir. Adama elə gəlir ki, hər bir kəsin diqqəti məhz buna cəlb olunub. Həmçinin, məkan daxilində hərəkət koordinasiyası da pozulur. Bəzən Sizə hərəkət etmək üçün lazım olan ərazini düzgün hesablaya bilmədiyiniz hallarda, toqquşmalar baş verir və yenə də Sizin qarnınızın ölçülərini müzakirə etmək üçün bir səbəb yaranır.
Ayaq barmaqlarınızın ucları əlçatmaz olur, corab, ayaqqabı geyinmək, ayaq dırnaqlarını kəsmək böyük bir problemə çevrilir. Hər bir, hətta kiçik fiziki gərginlik belə təngnəfəsliklə müsayət olunur.
Vəziyyətinizi dəyişmək üçün mütləq kənardan kömək istəməli olursunuz. Bəzən heç kəs olmadıqda özünüz də gözləmədiyiniz manevrlərlə yerinizi dəyişməyə cəhd edirsiniz. Çünki, məcbursunuz. Bu məcburiyyət ayaq yoluna getmək istəyinə görə yaranır. Bu qədər əziyyətlərdən sonra ayağa durub ayaq yoluna çatdığınızda çox təəccüblənəcəksiniz, çünki, ifraz etdiyiniz sidiyin miqarı gözlədiyinizdən çox az olacaq. Amma Sizə elə gəlirdi ki, bu dəqiqə sidik kisəniz partlayacaq?!
Butun bunlar dölün cəkisinin artması və bu çəkinin daxili orqanlara göstərdiyi təzyiqin nəticələridir. Bundan başqa, qasıq nahiyyəsində küt ağrılar, damarların sıxılması nəticəsində varikoz və hemarroidal genəlmələr də bu səbəbdən meydana çıxır.
Çalışın bütün bu narahatlıqları zarafatyana qəbul edin. Çünki, bir azdan bütün geridə buraxdığınız acılı – ağrılı gunlər, əziyyətlər, narahatlıqlar birləşərək, hər bir əziyyəti yoxa endirən ən sevincli bir hissə - körpəni dünyaya gətirmək istəyinə çevriləcək.


Şərhlər:
Baxılıb: 1618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz