Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik vaxtı həkimə baş çəkmə vaxtları
Hamiləlik vaxtı həkimə baş çəkmə vaxtları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4495
Səs ver:
İlk baş çəkmə mümkün qədər tez – hamiləliyin ilk əlamətləri (aybaşının gecikməsi, ürəkbulanma, ağız suyunun ifrazının artması, qoxulara reaksiya, yuxululuq və s.) yaranan zaman olmalıdır. Bu vacibdir, beləki, hamiləliyin 12 həftəsində artıq hamilə qadın müayinə olunmalı, onun hansı risk qrupuna aid olub-olmaması müəyyən olunmalı, gələcək müşahidə planı tərtib olunmalı və ağır somatik xəstəliklərin yer alması şəraitində hamiləliyin saxlanmasının məqsədəuyğunluğu həll olunmalıdır. Hamilə qadınların hamiləliyin fizioloci gedişi zamanı planlı həkimə baş çəkmə vaxtları:
- 20 həfətəyə qədər ayda 1 dəfə;
- 20 həfətədən sonra ayda 2 dəfə;
- 32 həftədən sonra ayda 3-4 dəfə.

Bu görüşlər zamanı qadının AT, bədən çəkisi ölçülür, aydın nəzərə çarpan və gizli ödemlər müəyyən olunur, qanın, sidiyin anlizləri qiymətləndirilir, dölün uşaqlıq daxili vəziyyəti və ürək döyüntüsü təyin olunur və s.
Hamiləliyin gedişi ağırlaşmalarla müşayət olunarsa, hamiləliyə mənfi təsir göstərən ekstragenital xəstəliklər aşkar edilərsə, həkimə baş çəkmələrin sayı və həcmi fərdi olaraq təyin olunmur.

Planlaşdırılmış baş çəkmələrdən başqa aşağıdakı hallarda mütləq (!) həkimə müraciət etmək lazımdır:
- hamiləliyin müddətindən asılı olmayaraq, qarının aşağı nahiyyəsində çəkici xarakterli ağrılar, beldə və qarında tutmaşəkilli ağrılar yaranarsa;
- cinsi yollardan qanlı ifrazatın gələrsə;
- dölyanı sular açılarsa;
- tutmalar başlayarsa;
- özünüzü pis hiss edirsinizsə: gözünüzün önündə "qara kölgələr” əmələ gəlir, baş ağrı, mədədə ağirlıq. Belə hal AT yüksəlməsi ilə əlaqədar ola bilər;
- bədən tempertur yüksələrsə;
- yuxarı və aşağı ətraflarda ödem yaranarsa;
- uzun müddətli sakitlik halından sonra, bir neçə saat ərzində döl hərəkət etməzsə.


Şərhlər:
Baxılıb: 4495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz