Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik və hamiləlikdən sonra çatışmazlıq hissi
Hamiləlik və hamiləlikdən sonra çatışmazlıq hissi
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1169
Səs ver:
Şübhəsiz hər qadının, ana olmaqla əlaqədar bəzi təməl instinktləri vardır. Bunlar sayəsində ana, təbii olaraq, hamiləlik müddətinin öhdəsindən gəlmə və doğumdan sonra balasına lazım olduğu kimi baxma bacarığına malikdir. Ancaq bir tərəfdən dünyaya bir uşaq gətirəcək olmanın həyəcanı, bir tərəfdən hamiləlikdə yaşanan hormonal dəyişikliklər və fizyoloji çətinliklər, digər tərəfdən isə gələcəklə əlaqədar qayğılar və müasir həyatın səbəb olduğu "ən yaxşı olma təzyiqi" qadının təbii bacarıqlarına təsir edə bilər. Bu səbəblə bir çox qadının, hamiləliklə birlikdə başlayan və analığın ilk ayları boyunca davam edən çatışmazlıq duyğuları yaşadıqları bilinməkdədir.

Bu narahatlıqlar doğum edən qadınların təxminən15%-də görülməkdədir. Hamiləlik sonuna doğru çox yüksəlmiş olan progesteron və böbrəküstü bezi hormonlarının doğumdan sonra birdən-birə sürətlə azalması bu çətinliklərin əhəmiyyətli səbəblərindəndir. Ümumiyyətlə hamiləliyin sonuna doğru və ya loğusalığın ilk həftəsində başlar və hüznlü, çətinlikli, ağlamaya uyğun ruh halı şəklində görünərlər. Analar; əldən düşmüşlük, qəmginlik, enerjisizlik, istəksizlik, həyatdan zövq ala bilməmə və maraqsızlıq kimi şikayətlənmələr yaşayarlar. Bununla yanaşı, körpənin baxımı üçün lazım olan  səyi göstərməyə çalışarkən vəziyyət daha da ağırlaşar.

Doğum sonrası hüznü və ya depresiyası yaşayan anaların əhəmiyyətli bir qisiminin, körpələrinə lazım olduğu kimi baxmaqla əlaqədar çatışmazlıq duyğuları və öz fərdi həyatlarının artıq sona çatdığına dair depresiv düşüncələr yaşadıqları bilinməkdədir.

Çatışmazlıq duyğusu yaşayanlar nələr etməlidir?
Ananın uzun müddət üzərindən təyin etmədiyi çatışmazlıq duyğusuyla baş etmək üçün prsxoloji kömək alması çox faydalı olacaq. Psixoloji kömək müddətində əvvəlcə ananın özüylə əlaqədar həqiqi gözləmələr meydana gətirməsi təmin edilməyə çalışılar. O da bir insandır; tək qalma, istirahət, dostları ilə olma, əylənmə kimi fərdi ehtiyacları vardır və bu ehtiyaclar qarşılanmalıdır. Bu dünyagörüşünü qazana bilməyən ana, çatışmazlıq duyğusundan da xilas ola bilməyəcək.
Yeni doğulan körpəsini gündə bir saat belə buraxa bilməyən, başqasına güvənə bilməyən, körpəsinə asılı analar üçün risk çoxdur. Yaşadığı çatışmazlıq duyğusundan xilas olmaq üçün; ictimai həyata ola bildiyincə tez qarışmaq, gündə heç olmasa bir neçə saatı körpəsindən ayrı keçirmək, körpədən əvvəlki həyatına aid bəzi sahələri qoruya bilmək, özünü yaxşı hiss etdiyi fəaliyyətləri və əlaqələri davam etdirə bilmək lazımlıdır. Sağlamlıqsız şəkildə körpəsinə asılı olmaq, yetərlik duyğusunu artıran deyil tam tərsi ona pis təsir edən bir vəziyyətdir.

Analara həm də:
- Rəfiqələri, tanışları  ilə görüşməli
- Çöldə tək zaman keçirməli
- Baxımlarına zaman ayırmalı
- Evdə də tək zaman keçirməlı
- Körpənin məsuliyyətini həyat yoldaşı və digər yaxınlarıyla paylaşmalı
- Məşq, idman etməli
- Keçmişdə xoşlandıqları bir neçə şeyi davam etdirməli
- Əskik etdiklərinə cəmlənməli
- Özlərini başqalarıyla müqayisə etməməli
- Gülə biləcəkləri fəaliyyətlər reallaşdırmalı

Cütlüklərə təkliflər:
Yaxşı bir ünsiyyətə sahib olmaq: Yaxşı bir ünsiyyət, açıqlığı və qarşıdurmalarla baş etməyi ehtiva etməlidir. Yaxşı bir ünsiyyət, bir çox çətinlik dolu vəziyyətdə olduğu kimi hamiləlik və yeni körpə sahibi olunan vəziyyətdə də, cütlüyün ən əhəmiyyətli problemlərini həll etmə alətidir.

Həyat yoldaşlar arası əmək bölgüsü, vəzifə və məsuliyyət hazırlığı etmək (ədalət duyğusunu təmin etmək): Xüsusilə ilk körpədən sonra bir çox cütlüyün əlaqəsinə mənfi təsirlənir. Bu hədənin fərqində olan və əvvəldən tədbir alan cütlüklər; ya heç çətinlik yaşamır ya da qısa müddətdə əlaqələrini normanllaşdırırlar. Xüsusilə ev işləri, körpənin məsuliyyətləri çoxu qadına qaldığında cütlüyün arasındakı məsafə açılır, qadında ədalətsizlik duyğusu inkişaf edir. Bu da bir əlaqə üçün əhəmiyyətli bir maneədir.

Analıq və atalıq duyğusunun fərqli müddətlərdə yetişkinləşdiyinin fərqində olmaq: Ata olma duyğusu analıq duyğusundan çox sonra yetişkinləşər. Çünki ana namizədi 9 ay körpəni qarınında daşıyarkən analıq duyğusunu sıx şəkildə yaşamaqda və körpə dünyaya gəldikdən sonra da istər süd verərək, istərsə də onunla çox daha vaxt keçirərək analığı çox əvvəl mənimsəyir. Ata isə, yeni doğulan körpə ilə məhdud bir birlikdəliklə başlayan əlaqəsini körpə böyüdükcə inkişaf etdirə bilir. Bu gerçəyin hər iki valideynlər tərəfindən bilinməsi, ana və atanın bir-birini anlamasını asanlaşdıracaq.


Şərhlər:
Baxılıb: 1169
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz