Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə təzyiq
Hamiləlikdə təzyiq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16434
Səs ver:
Sizə ən uyğun doğum üsuluna, həkiminizlə məsləhətləşərək, üstünlük və mənfi yönləri nəzərdən keçirərək birlikdə qərar verməniz ən doğrusu olacaq.
Normal bir təzyiq, sağlam olmanın əhəmiyyətli əlamətlərindən biridir. Qan təzyiqinin yüksəlməsinə hipertəzyiq adı verilər.
Təzyiq dediyimiz qan təzyiqi, adamdan adama görə dəyişir. Hətta eyni adamda gün içində belə dəyişikliklər müşahidə edilə bilər. Əgər narahatlıq və ya kədər dolu olsanız və ya fiziki olaraq işlə məşğul olub yorulsanız təzyiqiniz yuksələ bilər.
İstirahət etdiyiniz təqdirdə də ümumiyyətlə düşər. Qan təzyiqindəki bu ani dəyişikliklər son dərəcə normaldır. Əgər bir insanın təzyiqi uzun zaman yüksək qalsa hipertəzyiqin varlığından soz gedəcək.
Hamiləliyin ilk 3 ayında hamiləlik hormonlarının damar sistemi üzərindəki təsiri ilə təzyiq bir miqdar düşə bilər. Bir çox hamilə qadında 120/80 m altındakı olçü normaldır. Əgər hamiləsinizsə və ən az 3 ayrı vaxtda edilən ölçümlərinizdə təzyiqiniz (böyük təzyiq) 140 və ya diyastolik təzyiqiniz (kiçik təzyiq) 90-a çıxmışdır sa bu yüksək sayılmaqdadır.
Qan təzyiqindəki irili xırdalı oynamalar səbəbiylə əgər bir ölçümünüz yüksək çıxarsa bu ölçü bir müddət sonra təkrarlanmalıdır. Beləliklə bunun normal ölçümünüz olub olmadığından əmin oluruq. Ən əhəmiyyətlisi də təzyiqiniz siz istirahət etdikdən sonra ölçülməlidir.

Diqqət: Hamiləlikdə təzyiq ölçümü şübhəsiz sağ qoldan oturar mövqedə və uyğun genişlikdə (təzyiq alətinin qola sarılan qisimi) istifadə edilərək edilməlidir, fərqli tərzlərdə məsələn yataraq sola uzanaraq edilən ölçümlər çox çaşdırıcı ola bilər.

Əgər hamilə qalmadan əvvəl hipertəzyiq varsa böyük ehtimalla bunu pəhriz və məşqlə idarə altında tutmağa çalışırsınız və ya dərman istifadə edərək vəziyyətə müdaxilə edirsiniz elə deyil? Hər nə şəkildə olursa olsun hiper təzyiqi olan bir ana namizədisinizsə hamiləlik s dovründə nələr etməniz lazım olduğunu bilirsiniz? Tam olaraq bilmədiyinizi fərz edərək bəzi məsələləri vurğulamağa çalışaq:

Hamiləliyə təsiri
Hipertəzyiq körpənizə qida və oksigen təmin edən plasentadakı qan axınını azalda bilər. Yəni digər deyişlə lazımlı oksigen və qidanın körpənizə çatmasını maneə törədə bilər. Bu da körpənizin böyüməsini yavaşladıb erkən doğum ehtimalını gücləndirə bilər. Hipertəzyiq həm də plasentanın erkən ayrılmasına səbəb ola bilər. Çox nadir də olsa ölümcül bəzi nəticələri də gətirib çixara bilər. Aman diqqətli olun. Həmdə hamiləlikdə aşağı təzyiq və huş itirmə hallarıda ola bilər.


Şərhlər:
Baxılıb: 16434
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz