Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıqdan kənar hamiləliyin ilk əlamətləri
Uşaqlıqdan kənar hamiləliyin ilk əlamətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6721
Səs ver:
Uşaqlıqdan kənar hamiləlikdən heç bir qadın sığortalanmayıb. Hətta tam sağlam qadında bu patologiyanın inkişafı mümkündür.

Lakin bəzi qadınlarda uşaqlıqdan kənar hamiləliyin riski digər qadınlarla müqayisədə daha yüksəkdir. Bu qadınların arasında:

- hormonal pozulmaları olan qadınlar,
- cinsiyyət sistemi iltihabları olan qadınlar (xüsusilə boru iltihabları),
- kiçik çanaq orqanlarında cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (o cümlədər, appendiksin xaric olunması),
- süni abortlar keçirmiş qadınlar,
- uşaqlıqdaxili kontraseptiv vasitələrdən ("spiral") istifadə edən qadınlar,
- borularda cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (bağlı boruların "açılması" və s.),
- endometriozu olan qadınlar,
- süni mayalanma nəticəsində hamilə qalmış qadınlar.

Nəzərinizə çatdıraq ki, uşaqlıqdan kənar hamiləliyin riski yaşlı qadınlarda (35 yaşdan sonra) cavanlarla müqayisədə daha çox olur.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda ilkin mərhələlərdə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər haqqında xəbəri olan qadın vaxtında həkimə müraciət etməklə özünü uşaqlıqdan kənar hamiləliyin ağır fəsadlarından xilas edə bilər.

Beləliklə, hansı əlamətlərin olması qadında uşaqlıqdan kənar hamiləliyinə şübhə yarada bilər?

- Uşaqlıqdan kənar hamiləlik də adi hamiləliyə xas olan simptomlarla müşahidə olunur: menstruasiya gecikir, süd vəziləri böyüyür, onların həssaslığı artır, qadın halsızlıq, yuxululuq hiss edir və s. Uşaqlıqdan kənar hamiləlik zamanı da hamiləlik testində 2 zolaq çıxır. Lakin bu halda bir zolaq tünd, digəri isə daha solğun çıxa bilər. Belə nəticə bir neçə dəfə təkrarlana bilər. Bunun səbəbi bundan ibarətdir ki, uşaqlıqdan kənar hamiləlik zamanı xorionik honadotropin hormonun (hamiləliyin əsas hormonu) səviyyəsi normal hamiləliklə müqayisədə daha az olur və gec artır. Bəzən də elə olur ki, ilk testdə iki eyni qalın zolaq çıxır, daha sonra isə növbəti testlərdə ikinci zolağın rəngi sanki şəffaflaşır.
- Qadında cinsiyyət yollarından qanlı ifrazatlar, bəzən hətta kiçik qanaxma ola bilər.
- Qarının aşağı hissəsində ağrılar ola bilər.
- Toksikoz daha ağır xarakter daşıyır (güclü ürəkbulanması, başgicəllənməsi, halsızlıq və s.).

Təbii ki, yuxarıda sadaladığımız əlamətlərin olması heç də 100% hallarda uşaqlıqdan kənar hamiləliyin olmasını sübut etmir. Bu adi normal hamiləlik də ola bilər. Lakin hər halda özündə bu kimi əlamətlər müşahidə etdikdə, qadın dərhal ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir (USM, xorionik honadotropin).
(Sağlam olun!)


Şərhlər:
Baxılıb: 6721
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz