Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən riskli hamiləliklər
Ən riskli hamiləliklər
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2124
Səs ver:
Hansı hamiləliklər risklidir, ana və körpəsni hansı təhlükələr gözləyər? 

İrəli yaş hamiləlikləri (35 yaş üzəri), əkiz və üçüz kimi çoxluq hamiləliklər, daha əvvəlki hamiləliklərdə körpə və ananı maraqlandıran və ciddi sağlamlıq riski daşıyan problemlər (fetal inkişaf geriliyi, erkən doğum, doğumdan sonra və doğum əsnasında körpə ölümləri və s.), anada hipertansiyon, ürək və böyrək xəstəlikləri, doğum əvvəli qanama, aşağı təhlükəsi, preeklampsi (hamiləlik zəhərlənməsi), tiroit xəstəliyi, hamiləlikdə suyun erkən gəlməsi riskli hamiləliyi özü ilə gətirər. Riskli hamiləlik vəziyyətlərində, körpəni ana qarınında və ya doğumda itirmə, doğum anomalisi kimi təhlükələr gözləyərkən, anada isə zəhərlənmə, rəhm içi infeksiyaları, psixoloji zədə kimi əhəmiyyətli vəziyyətlər baş göstərə bilər. 

Riskli hamiləliyi olan analar yaz aylarında nələrə diqqət etməli? 

Hamiləlikdə istiyə qarşı kifayət qədər həssas olan analar, isti və nəmli havalarda daha da çətin vəziyyətdə qala bilər. Bu səbəblə, hamiləlikdə təklif edilən gedişlərin səhər və axşamüstü saatlarında edilməsinə diqqət edilməlidir. 

Riskli hamiləliyi olan analar; uzun müddət günəş altında qalmaqdan, baş gicəllənməsi riskinə qarşı çox fiziki fəaliyyətdən, uzun müddət ayaqda dayanmaqdan qaçınmalıdır. 

Bədən istiliyini salmaq və huşunu itirmə hissini azaltmaq üçün baş və boyun bölgələrinə yaş bez ilə soyuq kompres tətbiq oluna bilər. 

Hamiləlikdə D vitamini qəbulu  ana və körpə sağlamlığı baxımından əhəmiyyətlidir. Ancaq, günəşdən ən yaxşı şəkildə faydalanmaq üçün, günəşin ən dik gəldiyi 11 ilə 16 saatları arasında günəşdən uzaq dayanılmalıdır. 

Hamiləlik müddətində bədəndəki pigment hormonu yüksək olduğundan, günəş şüalarının dəridə ləkələrə səbəb olma riski yüksəkdir. Bu səbəblə anaların, hamiləlik müddətində yüksək faktorlu günəş qoruma kremlərini istifadə etmələri lazımdır. 

Hovuzlarda gigiyena baxımından daha böyük risklər olduğundan, sərinləmək üçün hovuz yerinə dəniz seçilməlidir. 

Anaların hamiləlikdə yanlarında xüsusilə də yaz aylarında ani maye itkiləri və qan şəkəri aşağılığına qarşı, su və az kalorili quru yemiş saxlamaları lazımdır. 

Yaz aylarında daha sıx görülə bilən şişlərə qarşı, ayaqları və qıçları tez-tez yüksəkdə tutmaq əhəmiyyətlidir. Bu mənada, duzu azaltmaq və ayağın altına yastıq və bənzəri yüksəklik qoyaraq yatmaq da faydalı olacaq. 

Xüsusilə də riskli hamiləliyi olan analar, son 3 ayda uzun davamlı səfərə çıxmaqdan qaçınmalıdır. 

Yaz hamiləliklərində bol maye qəbulu qəbizlik, sidik yolu infeksiyası, düşmə kimi bir çox problemi önləməyə köməkçi olacağından əhəmiyyətlidir.
 
/Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2124
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz