Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın cinsi
Uşağın cinsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11919
Səs ver:
Bütün dövrlər ərzində valideynlər adətən uşağın doğulmasına qədər cinsini bilmək istəyirlər. Bu günə qədər doğulacaq uşağın cinsini göstərən çoxlu sayda əlamətlər toplanıb, lakin onlar çox da inandırıcı deyil.
İndiki dövrümüzdə hamiləliyin 16-cı həftəsində (4-cü ayında) aparılan ultrasəs müayinəsi və tibbi-genetik məsləhətxanada xüsusi müayinə aparmaqla uşağın cinsini müəyyən etmək olur.
Ailədə uşağın cinsi ilə əlaqədar olan irsi xəstəliklər olduqda, belə müayinənin aparılması xüsusi olaraq vacib hesab olunur. Belə xəstəliklərə hemofiliya (qanın zəif laxtalanması), Düşen miopatiyası (əzələ zəifliyi), ağıl və görmənin zəifləməsi ilə müşayiət olunan ifliclər və s. aiddir. Əksər hallarda patoloji gen qadın orqanizmində olsa da, bu xəstəliklərə oğlan uşaqları düçar olurlar.
Uşağın cinsinin planlaşdırılması
Bu haqda el-arası məsləhətçilərdən tutmuş tibbi dəlillərə əsaslanan bir çox müasir fikirlər mövcuddur.

"Yeni qan”...
Hazırda daha çox "dəbdə” olan "qanın yeniləşməsi” prinsipinə əsaslanan üsuldur.
Hesab olunur ki, kişilərdə qan hər 4 ildən bir, qadınlarda isə har 3 ildən bir yeniləşir. Əgər insan bütün həyatı boyu hər hansı bir səbəbdən qan itirmişsə (qəza, ağır travma, cərrahi əməliyyatlar və s.) hesablama onun anadan olduğu tarixdən yox, son qanitirmə tarixindən başlanır. Beləliklə, yaş ( və ya son qanitirmə tarixindən sonrakı illər) kişilərdə 4-ə, qadınlarda3-ə bölünür (qanı rezus-mənfi olan qadınlarda isə əksinə olaraq 4-ə, kişilərdə 3-ə bölünür). Kimdə qalıq az olarsa ( ata və ya ana ), onun qanı daha təmiz, daha cavan, daha güclü hesab edilərək gələcək körpənin cinsini müəyyən etməyə imkan verir.
Nəzərinizə çatdıraq ki, bu üsul hələ ki, elmi cəhətdən heç bir ədəbiyyatda öz təstiqini tapmamışdır.
Ovulyasiya dövrünə görə cinsin planlaşdırılması
Qadınların (yumurta hüceyrələr) və kişilərin (spermatozoidlər) cinsi hüceyrələrinin hər biri bir cinsi xromosom və 22 qeyri-cinsi xromosom (hər insan orqanizmində olan bütün irsi xüsusiyyətlər haqqında məlumat) daşıyır. Beləliklə, spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur. Bu hüceyrələrin mayalanması-birləşməsi nəticəsində uşağın xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46 XX və ya 46 XY şəklində ola bilər. Dölün cinsi iki cinsi xromosom dəstindən asılı olur. XX cinsi xromosom dəsti qadın cinsini, XY cinsi xromosom dəsti isə kişi cinsini müəyyən edir.
Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil! ) olur. Kişi spermatozoidi isə ya X, ya da Y xromosomlarına malik olur. Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (XY) doğulacaq.
Buna görə də kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan "narazılığının və iddiasının” heç bir əsası yoxdur. Bu səbəbdən də körpənin cinsinin təyin edilməsi üzrə olan bütün hesablamalar əsassızdır. Məhz eyni səbəbdən körpənin cinsinin planlaşdırılması üzrə anaya – onun yaşına, doğum tarixinə, pəhrizinə və s. xüsusiyyətlərinə aid olan hesablamalar da əsassız hesab edilməlidir.
Dölün cinsinin ovulyasiya vaxtına görə hesablanma metodu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır.
X-xromosom ölçülərinə və ağırlığına görə Y-xromosomdan dəfələrlə artıq olur. Ona görə də X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər. Spermatozoidlə mayalanma yalnız yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından sonra (ovulyasiya) baş verə bilər. Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 2-3 gün saxlayır.
Əgər cinsi akt ovulyasiyadan bir neçə gün qabaq olmuşsa, çox ehtimal ki, qız uşağı doğulacaq. Çünki bu zaman qadının cinsi yollarında yalnız daha uzun ömürlü, davamlı və güclü olan X-spermatozoidləri qalmış olur. Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə və ovulyasiyaya qədərki 1 həftə ərzində onlar cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər. Çünki daha yüngül və daha hərəkətli olan Y-spermatozoidlər yumurta hüceyrəsinə daha tez çataraq (daha ağır və ləng olan X-spermatozoidləri qabaqlayaraq) onu mayalandırır.
Bu metod 100% dəqiq olmasa da, daha məntiqli və effektli sayıla bilər. Dölün cinsini planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü dəqiq hesablamaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, keçirilən streslərin təsirindən, antibiotiklərin qəbulundan, iqlim dəyişməsi nəticəsində menstruasiya tsikli (ovulyasiya günü) bəzi hallarda dəyişə bilər.
Uşağın cinsinin valideynlərin cinsi aktivliyindən asılı olması
Yüksək cinsi aktivlik zamanı (gündəlik və ya günaşırı cinsi əlaqə) daha çox oğlan uşaqları doğulmuş olur. Çünki bu zaman yumurta hüceyrəsinin daha cəld hərəkət edən Y-spermatozoidləri tərəfindən mayalanma ehtimalı daha çox olur.
Zəif cinsi aktivlik zamanı isə, əksinə, qız uşaqları doğulması ehtimalı xeyli artmış olur.
X-spermatozoidlər qadının cinsi yollarında qalaraq ovulyasiya gününü " gözləyirlər”. Onlar cinsi aktdan sonra 4-5 gün ərzində həyat qabiliyyətli olurlar.

Ovulyasiya gününü necə hesablamaq lazımdır?
Bunun üçün bir neçə ovulyasiya tsikli ərzində düz bağırsaqda hərarətin ölçülməsi cədvəli əsasında ovulyasiya gününü müəyyən etmək lazımdır. Normal menstruasiya tsikli zamanı ovulyasiyaya qədər olan günlərdə düz bağırsaqda hərarət 370C-dən aşağı olur. Ovulyasiyaya az qalmış düz bağırsaqda hərarət təxminən 0.1- 0.40C aşağı enərək ovulyasiya günündən sonra 370C-dək (və daha çox) artır.
Ovulyasiya gününü düzgün müəyyən edilməsi üçün daha bir üsul – USM üsuludur.
Menstruasiya tsiklinin 10-cu günündən başlayaraq yumurta hüceyrəsi yumurtalıqdan çıxan günədək hər gün USM aparmaqla, ovulyasiya gününü dəqiq təyin etmək olar.
USM zamanı içərisində yetişmiş yumurta hüceyrəsi olan follikulu aydın görmək olur. Ovulyasiyadan sonra follikul itir və onun yerində sarı cisim əmələ gəlir ki, onu da USM-də aydın görmək olur.
Bəzi qadınlar subyektiv olaraq ovulyasiyanı hiss edirlər : məsələn, bu zaman qarının aşağı hissəsində ağrı, ürəkbulanma hiss olunur. Ovulyasiya günü cinsi yollardan qatı selikli ifrazatın xaric olunmasını qeyd edirlər.

Xüsusi yolla spermatozoidlərin X və Y –növlərinin ayırd edilməsi...
Lazer texnologiyasının köməkliyi ilə elektrik sahəsində spermotozoidləri X və Y- növlərinə ayırırlar. Sonradan şüşə boruda ayrılmış X və ya Y- spermatozoid yumurta hüceyrəsini mayalandırır. Sonra arzu edilən oğlan və ya qız rüşeymini əldə edərək onu qadının uşaqlıq boşluğuna daxil edirlər. Bu üsul EKM- ekstrakorporal mayalanma adlanır.
Qeyd edək ki, adı çəkilmiş üsulların heç biri arzu edilən nəticənin əldə edilməsinə 100% təminat vermir. Bundan başqa yadda saxlamaq lazımdır ki, cinsindən asılı olmayaraq ailədə sağlam uşağın doğulması ən əhəmiyyətli və xoşbəxt hadisədir.


Şərhlər:
Baxılıb: 11919
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz