Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin erkən dövründə uşaqsalma
Hamiləliyin erkən dövründə uşaqsalma
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7592
Səs ver:

1. Hamiləliyin erkən dövründə uşaqsalma dedikdə nə nəzərdə tutulur?

Ümumiyyətlə hamiləliyin 28-ci həftəyə qədər pozulmasına uşaqsalma (abort) deyilir. Abort süni və ya özbaşına baş verə bilər.
Statistika göstərirki, hamiləliklərin 15-20 %-i özbaşına uşaqsalma ilə nəticələnir. 12 həftəyə qədər baş verən uşaqsalmaya hamiləliyin erkən dövrünün uşaqsalması deyilir. Əksər hallarda qadın heç hamilə olduğunu bilmir. Çox erkən dövrlərdə olduğu üçün hamiləliyin baş verməsi və pozulması qadın tərəfindən hiss olunmadan baş verə bilər.
Qadın orqanizmi üçün uşaqsalma həm fiziki həm də psixoloji stress hesab edilir. Bu 3 ay ərzində qadın hamilə olduğunu bilibsə, artıq bətnindəki uşağa qarşı müəyyən hislər keçirməyə başlayır. Əgər bu arzuolunan hamiləlikdirsə, və hətta uzun müddətli müalicədən sonra baş veribsə, təbii ki, bu, qadın üçün ciddi bir stress faktoru olacaq.

2. Hamiləliyin erkən dövründə uşaqsalma ən çox hansı səbəblərdən olur?

Hesab olunur ki,özbaşına uşaqsalmaların böyük hissəsi,70 %-dən çoxu döldə genetik patalogiyaların nəticəsində baş verir. Söhbət irsən keçən xəstəliklərdən getmir,sadəcə valideynlərin cinsi hüceyrələrində xarici mühitin zərərli faktorlarının təsiri nəticəsində (ekaloji çirklənmə, radiasiya, viruslar və s.) müxtəlif mutasiyalar baş verir. Bu halda hamiləliyin pozulması təbii seçmənin bir növüdü yəni zəif, həyat qabiliyyəti olmayan nəsil dünyaya gəlməmiş məhv olur.

2-ci hormonal səbəblər. Qadın orqanizmində hamiləliyin əsas hormonu olan progesteronun çatışmaması erkən dövrlərdə hamiləliyin pozulmasına səbəb olan əsas faktorlardan biridir.Bu problem vaxtında aşkar olunarsa, hamiləliyi xilas etmək mümkündür, sadəcə qadına progesteron hormonu təyin olunmalıdır. Qadın orqanizmində kişi hormonu testesteron yüksək olduqda, qalxanabənzər vəz və böyrəküstü vəz hormonlarında problem olduqda da hamiləliyin pozulması baş verə bilər. Buna görə də, hamiləliyi planlaşdıranda qadın hormonal sistemini də yoxlatdırmalıdır.
3-cü yerə Rezus konflikti qoymaq olar- yəni embrion atanın müsbət rezus faktorunu daşıyırsa, mənfi rezuslu ananın orqanizmi embrionu rədd edir. Bu halda da özbaşına uşaqsalma baş verə bilər.

3. Infeksiyalar və ekstragenital xəstəliklər necə, özbaşına uşaqsalmaya səbəb olurmu?

Əlbəttə. Müasir zəmanədə cinsi yolla keçən infeksiyalar : toksoplazmos, sifilis, xlamidios, herpes, sitameqalavirus hamiləliyin pozulmasına səbəb olan faktorların arasında çox önəmli yer tutur. Patogen bakteriyalar və viruslar dölü infeksiyalaşdırır, döl toxumalarını zədələyir, nəticədə uşaqsalma baş verir. Bu baş verməsin deyə, hamiləlikdən öncə həm qadın, həm kişi müayinə olub vaxtında müalicə almalıdır.
Infeksikasiya və ya yüksək hərarətlə müşayiət olan bütün xəstəliklər uşaqsalmaya səbəb ola bilər. Qrip, məxmərək, viruslu hepatit, hətta angina hamiləliyin 4-10 həftəsində çox təhlükəli ola bilər. Pnevmaniya, piolenefrit, apendisit və digər infeksion iltihabi xəstəliklər döl üçün ciddi risk təşkil edir. Buna görə də hamilə olmağa hazırlaşan qadın tam müayinə olunmalı, xroniki infeksiya mənbələrini aşkar edib müalicə etməlidir, o cümlədən stamotoloqa gedib profilaktik olaraq dişlərini və diş əti xəstəliklərini müayinə və müalicə etməlidir.

4. Özbaşına uşaqsalmanı daha hansı faktorlar yarada bilər, həyat tərzi, qidalanma və s. nə dərəcədə önəmlidir?

Qadın əvvəllər süni olaraq hamiləliyini pozmuşsa (abort) bu da, qadın reproduktiv sağlamlığına ciddi zərər vurmuş ola bilər, və gələcəkdə arzu olunmuş hamiləliyin yarımçıq kəsilməsinə gətirib çıxardar.
Hamiləliyin birinci 3 ayında bir çox dərman preparatları hətta, bəzi otlar və ot tərkibli dərmanlar hamiləliyin pozulmasına və ya döldə qüsurların yaranmasına səbəb ola bilər. Buna görədə hamiləlik zamanı dərmanların, hətta otların qəbul olunmasında çox ehtiyyatlı olmaq lazımdır.
Güclü stress, qorxu, psixoloji gərginlik, qəfil baş vermiş pis hadisə bütün bunlar ana bətnində olan dölə çox güclü təsir edə bilər. Buna görə hamilə qadını imkan daxilində stresslərdən qorumaq, əgər belə bir şey baş veribsə o, öz həkimiylə məsləhətləşməli, lazım olarsa bitki mənşəli sedativ preparatlar qəbul etməlidir.
Hamilənin həyat tərzi, az hərəkətlilik,düzgün qidalanmama, həddən artıq kofe, spirtli içki qəbulu, siqaret çəkmə kimi zərərli vərdişlər ana bətnində dölün inkişafdan qalmasına və hamiləliyin pozulmasına səbəb ola bilər. Hamilə qadın olan otaqda kiminsə siqaret şəkməsi qəti yol verilməzdir.
Adətən hesab olunur ki fiziki iş, ağırlıq qaldırma, yıxılma hamiləliyin pozulmasına səbəb ola bilər, lakin bunu bilmək lazımdır ki, əgər döl və ana sağlamdırsa yüngül yıxılma və ya fiziki yük belə nəticəyə gətirib çıxarmamalıdır. Əksər hallarda bu hadisələr uşaqsalmaya sanki təkan verir. Əslində döldə ya genetik anomaliya, yada başqa bir problem əvvəlcədən olmuşdur.


5. Hansı əlamətlər uşaqsalma təhlükəsini göstərə bilər?

Gəlin baxaq Uşaqsalma necə başlanır, yəni ilk əlamətləri hansılardır :
Qadın qarnının aşağı hissəsində ağrı (tutma şəkilli), yada beldə ağrı hiss edir. Qanlı ifrazat və ya qanaxma baş verir. Belə əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət edilməlidir və ya həkim çağırılmalıdır. Vaxtında görülən tədbirlər hamiləliyi saxlaya bilər. Əgər qanaxma zamanı qan toxuma hissələriylə birlikdə xaric olunarsa demək uşaqsalma artıq baş verib.

6. Hamiləlik planlaşdıran xanımlara nə məsləhət görərdiz?

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir. Bunun üçün hamiləliyi planlaşdıra həm qadın həm kişi tam müayinə olunmalı, lazım olarsa müalicə olunmalıdır, hamiləliyin ilk günündən həkim nəzarətindən kənarda qalmamalıdır. Xatırlatmaq istəyirəm ki, yuxarıda danışdığınız uşaqsalmaya səbəb olan faktorlar, 20% hallarda uşaqsalmaya gətirib çıxarırsa, qalan hallarda du və ya digər dərəcədə zəif, xəstə, qüsurlu uşaqların dünyaya gəlməsi ilə nəticələnir.

 

Həkim mama ginekoloq: Afaq Məcidova



Şərhlər:
Baxılıb: 7592
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz