Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin otuz altıncı həftəsi
Hamiləliyin otuz altıncı həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7495
Səs ver:
Qadın
İndi siz həkiminizlə hər gün görüşəcəksiniz.

Bu müddətdə körpələrin çoxu uşaqlıqda başıaşağı vəziyyət alırlar. Lakin yançağı aşağı (orta hesabla – 100 –dən dördü) yerləşən körpələr də olur. Bu, yançaq və çanaq vəziyyəti adlanır.

Bu doğuş zamanı bir çox problemlər yarada bilər, lakin problemsiz də ötüşə bilər. Mama həkimlər gələcək anaları dəfələrlə xəbərdar edirlər ki, doğuşun kesar əməliyyatı ilə aparılmasına real variantlardan biri kimi baxılmalıdır.

Vəziyyəti dəyişmək üçün bir neçə üçul mövcuddur. İndi onların tətbiqi zamanıdır.

1-ci üsul – «İnandırma»
«Qeyri –elmi» görünsə də, bu metod çox vaxt müsbət nəticə verir!

Anlamı budur: bu metodu bilən mütəxəssis əllərini qadının qarnında gəzdirərək sanki «düşüncələri ilə inandıraraq» uşağı əl hərəkəti istqamətində hərəkət etməyə məcbur edir. Ən əsası –uşaqlıq və qarın boşluğunun ön divarı əzələlərinin müqavimət göstərməməsidir.

2 –ci  üsul – «Məcburetmə»
Adı xoş təsir bağışlamasa da, dölün bu metodla yerdəyişməsinin icrasında qorxulu heç nə yoxdur. Yalnız gələcək ana bir neçə dəqiqə xüsusi vəziyyətdə – belinin altına yastıq qoyub ayaqlarını divara dayayaraq arxası üstə uzanmalıdır. Beləliklə, həftədə iki dəfə olmaqla yarım  ay ərzində bu davam etməlidir. Körpə bu vəziyyətdə narahatlıq hiss edir və bəzən müstəqil olaraq 180 dərəcəyə dönür.

3-cü üsul – Refleksoterapiya
Xüsusi müalicəvi yovşan siqareti  ilə uşaqlığın bəzi funksiyalarına nəzarət edən bioloji aktiv nöqtəyə təsir göstərilir. Ənənəvi Şərq təbabətindən qaynaqlanmış bu üsulla dölü döndərmək mümkündür.

4-cü üsul - Xarici mama (həkim müdaxiləsi)
Bu üsul yalnız stasionarda tətbiq olunur. Öncə ultrasonoqrafik yoxlama aparılaraq dölün vəziyyəti öyrənilir. Sonra vaxtındanqabaq  doğuş sancılarının qarşısını alan dərmanlar yeridilir. Dönüşü həkim əli ilə aparır, dölü  çanaq boşluğundan astaca qaldırıb eyni zamanda körpənin baş və ya yançaq hissəsinə müxtəlif istiqamətli təzyiq göstərir. Bu manipulyasiyalar hər hansı bir fəsaddan sığortalanmamışdır, ağrılaşmalar baş verərsə dərhal kesar əməliyyat aparılır.

Yuxarıda sadalanan üsullar demək olar ki, əlli faiz effekt verir. Dölün çönməsi üçün bu üsullar işə yaramasa, yenə ruhdan düşmək lazım deyil. İl ərzində min uşaq çanaq ilə doğulur və böyük əksəriyyəti ağırlaşmasız ötüşür.

Gələcək uşaq
Körpə, adəti üzrə, böyüməkdə davam edir. Çəkisi təxminən 2 kq 400 qram, uzunluğu 45 santimetrdir.

Deyildiyi kimi, bu müddətdə uşağın çəkisi nəzərəçarpacaq dərəcədə dəyişə bilər (irsi və xarici səbəblərdən). Adətən, həkim hamilənin qarnını diqqətlə əlləyərək bəzi ölçülər aparır, sonra sadə forma üzrə güman olunan çəkini hesablayır. Bilməlisiniz ki, bu, təxmini hesablamalardır, lakin çox hallar olub ki, yeni doğulmuş uşağın real çəkisi təxmini çəki ilə eyni olub.


Şərhlər:
Baxılıb: 7495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz