loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin otuz beşinci həftəsi
Hamiləliyin otuz beşinci həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6648
Səs ver:
Körpəniz
Keçən həftə ərzində körpənizin inkişafı ilə bağlı nələrin baş verdiyinə nəzər yetirin.

Dəmir var?
Üçüncü trimesterdə dəmiri bol olan qidalar qəbul etmək çox vacibdir. Körpəniz öz bədənində dəmir ehtiyatı saxlamaq üçün bu əhəmiyyətli mineral maddəni sizin bədəninizdən qəbul edir. Ehtiyatını daha çox qırmızı qan hüceyrələri formasında saxlayır. Bu mənimsəmənin ən çox hissəsi doğuşdan öncəki son aylarda baş verir.

Başlar yoxsa quyruqlar. "Başım yuxarı olmalıdır yoxsa aşağı?" Başı aşağı ya da verteks vəziyyəti doğuş üçün ideal vəziyyətdir. Körpənizin başı(bədənin ən böyük hissəsi) uşaqlıq yolundan birinci gəldiyi zaman, doğuş daha rahat keçir. Körpələrin təxminən 3-4 faizi 35-ci həftəyədək bu vəziyyətdə olmur. Əgər doğuş zamanı başdan başqa hansısa bir bədən üzvü birinci görünərsə, buna tərs doğuş deyilir. Uşaqlığınızın yerləşdiyi sıx şəraitə baxmayaraq, kiçik akrobatınız doğuşdan əvvəl bir neçə dəfə yerini dəyişə bilər.

Ölçülər
Körpənizin çəkisi artdıqca, əlləri və ayaqları kökəlməyə başlayır. Bu həftənin axırında, onun çəkisi 5.5 funt, uzunluğu isə 16.8-18.5 düym olacaq.

Hamiləliyiniz
Qeysəriyyə əməliyyatı haqqında bunları bilməlisiniz. Fikirləriniz və hazırlıqlarınızdan asılı olmayaraq, doğuş təxmin edilə bilinməyən bir hadisədir. Həkiminizin doğuşun siz və körpəniz üçün təhlükəli olduğunu qərara alması ehtimalı həmişə var. Belə olduğu halda, körpənizi qeysəriyyə əməliyyatı üsulu ilə dünyaya gətirəcəksiniz. Qeysəriyyə əməliyyatı, körpənizin uşaqlıqdan cərrahiyyə yolu ilə çıxarılmasıdır. ABŞ-dakı doğumların demək olar ki, üçdə-biri Qeysəriyyə əməliyyatı ilə olur. Bu əməliyyatı keçirmək ehtimalınızın olmasa da, bu haqda indi məlumat alın ki, əgər ehtiyac olsa əməliyyata hazır olasınız. Həkiminizdən hansı şərtlərdə Qeysəriyyə əməliyyatına ehtiyacın olduğunu soruşun. Körpəniz bətndə tərs vəziyyətdə olduğu halda yoxsa doğuş ləngidiyi halda əməliyyat edəcək? Əməliyyat üsulu həkimdən həkimə dəyişdiyinə görə, öz həkiminizdən əməliyyatı necə aparacağını təsvir etməsini xahiş edin.

Şərhlər:
Baxılıb: 6648
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz