Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı hər eşitdiyinzə inanmayın!
Hamiləlik zamanı hər eşitdiyinzə inanmayın!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1809
Səs ver:
Təbriklər! Artıq ana olmağa namizədsiniz. 9 ay davam edəcək olan bu dövrdə körpənizin sağlamlığı qədər sizin sağlamlığınız da böyük əhəmiyyət daşıyır. Hamiləlikdə qarşılaşa biləcəyiniz narahatlıqlar və həll yolları ilə bağlı məlumatları bu bölməmizdə tapacaqsınız.

Hamiləlikdə hər eşitdiyinizə inanmayın

Hamiləlik dövründə bir çox insan ağız və diş sağlamlığı haqqında eşitdiyi səhv məlumatlara əsaslanaraq dental müalicələrdən yayınır.

Hər hamiləlikdə bir diş itirilir: SƏHV

Xalq arasında hamiləlik əsnasında körpənin özü üçün lazımlı olan kalsiumu ananın dişlərindən alaraq anasının dişlərinin tez çürüməsinə gətirib çıxardığı, bu səbəbdən ana namizədlərinin diş itkisinə məruz qaldığı kimi düşüncə tərzi reallığı əks etdirmir.

Hamiləlikdə dişlərdə kalsium çatışmazlığı olur: DOĞRU

Hamiləlik dövründə körpənin və ananın sümüklərinin sağlam ola bilməsi üçün ana namizədi, gündəlik olaraq 1200 ilə 1500 mq kalsium qəbul etməlidir. Ana namizədi əgər kalsium ehtiyacını qidalardan ala bilməzsə, körpənin inkişafı üçün lazım olan kalsium ananın sümüklərindən alınacaq. Ancaq ana namizədi hamiləlik dövründə yaxşı bəslənsə, ağız-diş baxımı normalarına əməl etsə hamiləlik dövründə diş problemləri ilə qarşılaşmaz.

Hamiləykən dişlər daha az fırçalanmalıdır: SƏHV

Hamiləlik hormonlarının təsiri ilə diş ətləri daha tez qanayan ana namizədi, dişlərini fırçalamaqdan yayınır. Ancaq ana namizədləri, hamiləlik dövründə diş sağlamlığına daha çox diqqət göstərməlidir. Səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl dişlər diqqətli bir şəkildə fırçalanmalıdır.

Hamiləlikdən əvvəl diş çürüyü müalicə edilməlidir: DOĞRU

Dişlərdə çürük varsa hamiləlik qabağı onlar müalicə edilməlidir. Hamiləlikdə çürük dişlər erkən doğuma, körpənin aşağı çəkili doğulmasına yol aça bilər.

Qusduqdan dərhal sonra dişlər fırçalanmalıdır: SƏHV

Qusduqdan dərhal sonra diş fırçalanmamalı, ağız bol su ilə yaxalanmalıdır. Əks halda mədə turşusu ilə birləşən diş fırçalama prosesi, dişlərin quruluşunda aşınmalara səbəb ola bilər.

Hamiləlik vaxtı şirin qidalar yeyilsə uşaq qız, turş qidalar yeyilsə oğlan olur: SƏHV

Hamiləlik əsnasında bəslənmə, həm ananın həm də körpənin ümumi sağlamlığı və ağız-diş sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Ancaq istehsal edilən qidaların körpənin cinsiyyətini təyin edilməsində heç bir təsiri yoxdur. Əksinə, ana namizədləri xüsusilə yemək aralarında şəkərdən mümkün qədər uzaq olmalıdırlar. Qurudulmuş meyvə və karamel kimi yapışqan şəkərli yeməklərdən çox az istifadə etməlidirlər.

Hamiləlik zamanı diş daşlarını təmizlətdirmək olmaz: SƏHV

Ana namizədləri, hamiləlik dövründə ağız və diş sağlamlığına normal dövrdən daha çox diqqət göstərməlidir. Hamiləlik əsnasında baş verən hormon artımı, ağız boşluğunu xarici faktorlara qarşı xüsusilə bakteriyalara qarşı daha həssas edir. Bu səbəblə hamiləlik dövründə üç-dörd aydan bir diş daşı təmizliyi etdirmək, çətinləşən ağız gigiyenasını qorumaq üçün ideal bir yoldur.

Hamiləlikdə dental müalicədən yayınmaq lazımdır: DOĞRU

Körpənin orqan inkişaf mərhələsi olan hamiləliyin ilk 3 ayında, təsirli dental müalicələrdən uzaq olmaq lazımdır.

Təcili Müdaxilə lazım olan vəziyyətlərdə belə müalicədən yayınmaq lazımdır: SƏHV

Diş ya da diş əti iltihabı kimi təcili vəziyyətlərdə, mövcud infeksiyanın körpənin inkişafına dental müalicənin mənfiliklərindən daha çox təsir edə biləcəyi düşüncəsi ön plana çəkilməli və bir ginekoloqun nəzarəti altında dental müalicə edilməlidir.

Hamiləlikdə ağız qarqarası edilməməlidir: SƏHV

Hamiləlik dövründə ağız qarqarası ya da ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini rahatlaşdırar və diş əti həssaslığını azaldır.


Şərhlər:
Baxılıb: 1809
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz