Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin on beşinci həftəsi
Hamiləliyin on beşinci həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8809
Səs ver:
Qadın
Beləliklə, siz «hamiləliyin ikinci rübü» adlı ecazkar tamaşanın baş qəhrəmanı rolunu tamamilə mənimsəmisiniz. Gələcək ana fəxri adını vüqarla daşıya bilərsiniz. Ailə üzvləriniz də bunu yetərincə anlamalıdırlar. Adətən, bu dönəmdə ailədə gözlənilən artımla bağlı normal «işgüzar» münasibət yaranır. Hər kəs yardım etməyə, dəstək olmağa çalışır. Ailə üzvlərinizin hər cür iştirakını dəyərləndirin – xoşməramlı birgə çalışıb – cavablamalar ailə üvlərini yaxınlaşdırır, sanki  ailəni «sementləyir».

İçinizdəki dəyişikliyə gəldikdə isə, güzgüyə baxdıqda qarnınızın ortasında qasığdan göbəyə qədər qəhvəyi xəttin uzandığını görəcəksiniz. Bunun səbəbi «melanin» adlanan xüsusi piqment maddəsidir. Hormonların növbəti işləyidir. Naraht olmayan – doğuşdan sonra keçib gedəcək.

Gələcək uşaq
Körpənin başında tük çıxmağa başlayır. Əlbəttə, bu hələ sizin gələcəkdə həvəslə darayacağınız (bəlkə də, hörüb, ya  da, toplayacağınız saçlardan deyil). Dəri çox zərifdir, rəngi çəhrayıdan çox qırmızıya çalır. Alimlər hesablamışlar – bu dövrdə körpənin kiçik ürəyi gün ərzində 23 litr qan vurur.

Döl müntəzəm olaraq sidik kisəsini boşaldır. Sidik amniot mayesinə qarışaraq onun tərkibinin saxlanılmasına kömək edir. Lakin körpənizin sidiyi dölyanı suyun  ən başlıca komponenti deyil, hər halda hələki bu belədir. Su döl qovuğunun hüceyrələri tərəfindən hasil edilir. Dölyanı sular gün ərzində 8-10 dəfə «təzələnir». Bu, lazımi kimyəvi tərkibin (su, mineral, üzvü maddələrin qarışığı) saxlanılması üçün vacib olan sterilliyi təmin edir.

Döl qovuğunun və amnoit mayesinin körpə üçün böyük əhəmiyyəti var. Bu, həm mexaniki təsirlərdən müdafiə, həm rahat hərəkət imkanı, həm də ağciyərlərin, böyrəklərin, həzm sisteminin inkişafının əməli yardımçısıdır. Həmçinin, amniot mayesi körpənin ilk mühiti məskənidir. O, bu mühiti, fəal şəkildə öyrənir, informasiya  və kimyəvi maddələr mübadiləsi edir. Bu mühitin rahatlığı barədə ayrıca danışmaq lazımdır. Təsəvvürünüzə gətirin – dünyanızın sərt reallığından  - ümumdünya cazibə qanunundan, sənaye hay –küyünün gözqamaşdırıcı işıq  və hərcimərciliyin üstünə sığal çəkən ilıq, təmiz, demək olar ki, şəffaf su, çəkisizliyin xoş duyğusu, solğun işıq, dölyanıı suların içindən keçən hər hansı bir səsin sehrli çaları – təəccüblü deyil ki, insanların çoxu ömrülərinin ilk doqquz ayını keçirdikləri aləmə şüuraltı məhəbbətlərin həmişəlik saxlayırlar.

Yorulmaz yapon alimləri «süni uşaqlıq» - ana bətnini andıran xüsusi  kamera quraşdırmışlar.  Elastik materialdan hazırlanmış içi xüsusi maye ilə dolu çənə döl şəklində oturmuş yaşlı insan yerləşə bilər.  «Süni uşaqlıqda» olmuş  insanların dediyinə görə, belə təhlükəsizlik hissini, rahağlığı və relaksasiyanı heç bir zaman (çoxdan, desələr, daha düzgün olardı) hiss etməmişlər.

Su mühiti – dölün alışdığı və sevimli məskənidir. Məhz buna görədir ki, doğuşun suda aparılması və körpələrin üzməyə erkən alışdırılması dünyada geniş populyarlıq qazanıb. Elə buna görədir ki, müxtəlif çatışmazlıqlarla doğulmuş körpələrin reabilitasiyası üçün qabaqcıl pediatriya klinikalarında su ilə bağlı hərəkətlərdən, həmçinin «quru immersiya» texnikasından (d.d., dünyaya yenicə gəlmiş körpələrin alışdığı çəkisizliyin  modelləşdirilməsi) istifadə edilir. Bu səbəbdən, varisinizin adi çimməsini körpənizə sevinc gətirəcək sehrli ayinə çevirməlisiniz. Baxmayaraq ki, bu sizə yarım ildən sonra lazım olacaq, bunu indidən düşünməyə başlayın (intizar dolu sakit axşamlarda başqa nə etmək olar?)

Bu dövrdə körpəniz təxminən belə görünür. Baş barmağını necə sorur, bunu az sonra görəcəksiniz.


Şərhlər:
Baxılıb: 8809
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz