Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin üçüncü həftəsi
Hamiləliyin üçüncü həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4745
Səs ver:
Qadın
Bu həftə əsas məsələ həll olunacaq – hamiləlik baş tutacaqmı, yoxsa, yox? Sizdə ovulyasiya baş vermişdir və uşaqlıq borusunda yumurta hüceyrəsi mayalanmaya hazırdır. Ən cəld spermatozoidlə rastlaşmanın tam zamanıdır. Bu görüş uğurlu olsa, özünüzü təbrik edə bilərsiniz. Həftənin sonunda mayalanmış yumurta uşaqlığınızın divarına yerləşəcək (implantasiya). Bəzi qadınlarda bu mikroqanaxma ilə müşayiət olunur ki, narahatçılığa dəyməz. İmmun sisteminizdə ilk dəyişikliklər təzahür edir – hamiləliyin ilkin faktorları (ingiliscə–EPF) hazırlanır. Bu cism orqanizminizi «aldatmaqda» mayalı yumurtaya yardım edir (məsələ burasındadır ki, gələcək körpənizin genlərinin yarısı atasından alınmışdır və demək, dölün zülalları sizin orqanizminiz üçün yaddır). Sizin immun hüceyrələrinizlə dölün hüceyrələri arasında toqquşmanın baş verməməsi üçün EPF lazımdır. Birinci həftənin tövsiyələri qüvvəsində qalır.

Gələcək uşaq
Yumurta hüceyrələri və spermatozoid uşaqlıq borusunda görüşdü. Onların qovuşmasından ziqota – gələcək uşağınızın ilk və ən önəmli toxuması yarandı. Orqanizmin yerdə qalan 100000000000000 hüceyrəsi ziqotanın yetirməsidir. Ziqota uşaqlıq borusundan uşaqlığınıza doğru irəliləyərək bölünməyə başlayır. Mayalanmadan üç gün sonra rüşeym 32 hüceyrədən ibarət olur və tut (giləmeyvə) formasını alır. Bu həftənin sonunda hüceyrələrin sayı 250 ə çatır və 0,1  0,2 mm ölçüdə dairəni xatırladır. İndi alimlər gələcək uşağınızı blastosista adlandırardılar.

Blastosista sanki kiçik bir yuva düzəldərək uşaqlığın kiçik sahələrinin selikli qişasını və digər toxumaları dağıdır və burada yerini rahatlayır. Bu zaman «yuvanın» ətrafında mikroskopik qanaxmalar baş verir ki, bu barədə az əvvəl danışıldı. Yerləşmə proesesi implantasiya adlanır. İmplantasiya uğurlu alınmışsa, rüşeymin inkişafı yeni mərhələyə qədəm qoyur – indi onun təchizatını yumurta hüceyrəsinin kasad qida maddəli ambarı deyil, sizin orqan və sistemləriniz təmin edir.

Mayalanmadan implantasiyayaqədərki dövrdə müxtəlif ziyanlı təsirlər hər şeyi dağıda bilər və ya heç bir fəsad törətməz. Birinci halda rüşeym tələf olur, ikinci halda zədələri aradan qaldırmaq üçün ehtiyat hissələri tapır (gələcəkdə xoşəgəlməz hallar baş verməzsə, zədələrdən heç bir iz qalmayacaq).
Spermatozoidlər yumurta hüceyrəsinə hücum edir. Fantastik görünüşdür. Spermalar eyni vaxtda quyruqları ilə döyəcləyərək yumurta hüceyrəsini saat əqrəbi istiqamətində fırlanmağa məcbur edir. İçəriyə isə yalnız biri daxil olacaq.
Ziqota-spermatozoidin DNK-sı artıq yumurta hüceyrəsinin daxilindədir. Tezliklə ata və ana taylarının genetik proqramlarının qovuşması baş verəcək və hüceyrənin ilkin bölünməsi başlayacaq.
Mayalanmanın ilk günü. Yumurta hüceyrəsi ikiyə bölünüb.
Mayalanmanın ikinci günü. Bölünmə davam edir.

Mayalanmanın ikinci –üçüncü gününün başlanğıcı. Blostomerlərin sayı səkkizə çatıb. Süni mayalanmada («sınaq şüşəsindən» çıxan uşaq) qadının uşaqlığına məhz bu rüşeymdən yerləşdirilir.
Bu, blastosistadır. Tut giləmeyvəsinə bənzəyirmi?
Sxem. Blastosista uşaqlıq divarına yaxınlaşır.
Sxem. Blastosista selikli qişaya yerləşməyə (implantasiya) başlayır.
Sxem. İmplantasiya, demək olar ki, tamamlanmışdır. Rüşeymin ətrafında, adətən, qansızma sahələri olur ki, bu da mikroqanaxmalara gətirib çıxara bilər.


Şərhlər:
Baxılıb: 4745
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz