Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin ikinci həftəsi
Hamiləliyin ikinci həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5893
Səs ver:
İş davam edir. Minlərlə yumurta hüceyrəsinin içində «lider»i görmək mümkündür. Bu, maye dolu xüsusi qovuğun içində yerləşmiş yeganə yumurta hüceyrəsidir. Həftə sonu qovuqcuq (onu Qraaf qovuğu adlandırırlar) o qədər böyüyəcək ki, yumurtalığın üstünə çıxacaq. Bu ovulyasiyaya (Qraaf qovuğunun yarılması prosesi və yumurta hüceyrəsinin qarın boşlüğüna çıxması belə adlanır) hazırlıqdır. Bundan sonra, adətən, yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onun spermatozoidlə görüşməsi mümkün olur: Qraaf qovuğunun yerində xüsusi  törəmə   sarı cism yaranır. Bu adı yadda  saxlayın. Sarı cism hamiləliyin hormonal dəstəyi üçün vacibdir, buna görə də önəmli rolu var. O, həmçinin, qadınlarda yetərincə tez –tez rastlanan hamiləlikdə erkən toksikozun «səbəbkarıdır».

Böyük ehtimal ilə, ovulyasiya gələn həftə baş verəcək (həftənin sonu ən az güman olunur). Bəzi qadınlar ovulyasiyanı hiss edə bilərlər (çox vaxt qarında birtərəfli  ağrılar şəklində). Mənbə temperaturunu (düz bağırsağın temperaturunu) ölçməklə də müəyyən etmək olar. Çox hallarda buna ehtiyac qalmır. Bilmək kifayətdir ki, ikinci həftənin sonu – üçüncü həftənin əvvəli – sonuncu aybaşınızın ilk günündən hesablamaqla – mayalanma üçün ən müvafiq dövrdür.

Bunun üçün bəzi məqamları dəqiqləşdirmək lazımdır:
• Bu dövrdə cinsi yaxınlığa iki –üçgünlük fasilə vermək məsləhətdir. Bu, həyat yoldaşınızın yetərincə spermatozoid «toplamasına» imkan verər. Əslində, bu, bütün cütlüklərə aid deyil.
• Hamilə qalmaq üçün nəzərdə tutulmuş cinsi əlaqə zamanı qadın cinsiyyət orqanının turşuluq tərkibini dəyişə biləcək tualet vasitələrindən istifadə edilməsi arzuolunmazdır. Xüsusən, imalə yolverilməzdir. Adi gigiyenik üsullar yetərlidir. Tədqiqatlar göstərir ki, spermatozoidlər kimyəvi tərkiblərə çox həssasdır, hətta adi tüpürcək onlara məhvedici təsir göstərir.
• Mayalanma üçün ən əlverişli vəziyyət «missioner» (kişi üstdə) və qadının diz –dirsək vəziyyəti ( kişi arxadan) sayılır. Toxum ifrazından sonra qadının arxası üstə 20 30 dəqiqə uzanması hamiləlik ehtimalını artırır. Çanaq nahiyəsini bir qədər qaldırmaq da (məsələn, belin altına yastıq qoymaq) müsbət nəticə verə bilər.
• Nəhayət, hamını maraqlandıran əsas məsələ – oğlan uşağına ( ya da qıza) necə hamilə qalmaq olar?

Əslində, bu təbitəin işidir. Ona görə də uşağın oğlan və ya qız olacağı ehtimalı 1:1 (yəni 50%) dir. Son zamanlar ana təbiəti necə «aldatmaq» barədə çoxlu sayda nəşrlər peyda olub. Xüsusi dieta, astroloji hesablamalar, magiq üsulların təsir qüvvəsindən bəhs olunur. Bəlkə də, bu üsullar ehtimalı müəyyən qədər artırıb –azalda bilər, lakin bu, bir neçə faizi keçməz.

Daha əsaslı məsləhətlərə C.Martin Yanqın «Necə oğlan doğmaq olar?» kitabında rastlamaq olar. Alim etiraf edir ki, onun təqdim etdiyi texnologiya  da yüksək nəticələrə əsas vermir. Məqsədli mayalanmada «oğlan» və «qız» spermatazoidlərinin ultramərkəzifuqalaşdırılması üsulu daha artıq şans verə bilər. Lakin bu metodu seçsəniz özünüzü təbii yolla mayalanmadan məhrum etməli olacaqsınız.

Bu problemin çözülməsi ciddiyyəti ortalığa az az çıxır (məsələn, cinsiyyətlə bağlı irsi xəstəliklər zamanı). Digər hallarda dölün cinsiyyəti o qədər də problem yaratmır. Buna görə də sizə məsləhət görülən ziyansız üsullardan istifadə edə bilərsiniz. Hər halda maraqlı görünə bilər.

İlk həftənin tövsiyələri qüvvəsində qalır.

Bu həftə həkim –genetikə müraciət etmək üçün uyğun zamandır(əvvəl müraciət etməmisinizsə).

İrsiyyətinizin və ailə anamnezinizin dəqiq analizi döl haqqında proqnozlar verməyə və onun inkişafında yarana biləcək problemlərin  diaqnostik planının vaxtında hazırlanmasını imkan verəcək.

Eyni zamanda perikonsepsional  profilaktika haqqında daha artıq məlumat almış olacaqsınız.

Gələcək uşaq
Demək olar ki!


Şərhlər:
Baxılıb: 5893
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz