Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğum qorxusundan qurtulun
Doğum qorxusundan qurtulun
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3738
Səs ver:
Ana namizədlərinin yüzdə 90- nı doğum qorxusu yaşadığını bilirdiniz?
Böyük gün get-gedə yaxınlaşmaqdadır. Bəlkə də illərdir xəyalınızda canlandırdığınız, sizə bənzəyən, şirin, gözəl qızınız ya da atasına bənzəyən yaraşıqlı, cəsur oğulunuz yaxında qucağınızda olacaq, amma bu dünyaya nə şəkildə salam deməlidir? Kiçik körpənizin sağlamlığını təhlükəyə atmayacaq, sizə də çox ağrı və çətinlik yaşatmayacaq ən uyğun doğum üsulu hansıdır? İndiyə qədər onlarla ağrılı-ağrısız hekayə dinləmiş, bir o qədər də yazı oxumusunuz. Başınız o qədər qarışıb ki! Bəli, qadınlar minlərlə ildir körpə dünyaya gətirməkdədir, amma bu sizin doğumunuzdur və bu günə qədər yaşayacağınız ən əhəmiyyətli hadisədir. Yaxşı, sizi ən çox qorxudan nədir, bu qorxuya səbəb olan xüsusi səbəblər görəsən nələrdir? Kadıköy Şəfa Xəstəxanası izah edir.

Hamilələlərin çoxunda doğum qorxusu var

Hamiləlik və doğumla əlaqədar qorxular qadınların 90% - də vardır. Açıqcası bizlər həkim olaraq bir ana namizədinin bu mövzuda heç bir çətinliyi yoxdursa daha çox narahatlıqlanarıq. Ancaq bu qorxular gərəyindən çox şişirdilir və mənasız ölçülərə çatırsa buna səbəb olan faktorları araşdırmaq lazımlıdır.
İlk gəncliyimizdən etibarən, qohumlarımızın və qonşu xalaların qorxulu doğum hekayələriylə yoğrularıq. Günlərlə çəkilən sancılar, iç tikişlər, xarici tikişlər, sonrasında yaşanan çətinliklər, televiziya ekranında qorxunc doğum səhnələri, ortalıq qan rəvan, qadının sanki bədəni parçalanır, böyük bir qisimində də ölür . Və gecələri yuxunuzu qaçıran kabuslar! Sonrasında " Aaaa, nə gərək var əməliyyata, normal doğur! " Bu işdə bir çatışmamazlıq var. Normal doğum deyilən vajinal doğumun çoxumuzun başında yer etmiş etmiş bu fəlakət görünüşlərinə alternativ olan keser əməliyyatı isə başqa qorxuları özü ilə gətirməkdədir; "Ya huşunu itirib təkrar ayıla bilməzsəm ?", " Nəticədə bu bir əməliyyat və hər əməliyyatın riskləri vardır! ´´, " İdarəsini tamamilə itirəcəyəm və körpəmi hər kəsdən sonra mən görəcəyəm! " kimi. Kənar yandan yaxınlaşan qadınlar təbii yol olduğu üçün vajinal doğumu, kimiləri isə körpələrinin ad gününü xüsusi bir günə bərabər gətirmək üçün kser əməliyyatını seçim edə bilməkdədirlər.

Qorxuyla necə başa çıxılar?

Əslində insan bilmədiyi şeydən qorxar. Bu səbəblə qorxuyla başa çıxmada ilk addım kafi məlumat əldə etmə olmalıdır. Məlumatı doğru qaynaqdan əldə etmək  qədər məlumatın veriliş tərzi də əhəmiyyətlidir. Vajinal doğumla əlaqədar ən çox yaşanan qorxu və narahatlıqlar, əvvəlcə doğum əsnasında çəkiləcək ağrının şiddətinə dözə bilməmə qorxusu, xarici bir mühitdə tək və çarəsiz qalma, körpənin başına pis bir şey gəlmə riski, həkimə ya da xəstəxanaya çata bilməmə və doğum sonrası cinsi həyatın mənfi təsirlənmə ehtimalı sayıla bilər. Keserlə əlaqədar qorxular isə, ayıla bilməmə qorxusu, şüuru itirdikdən sonra idarənin tamamıyla başqalarının əlində olması, əməliyyat əsnasında və də sonrasındakı ağrılar, əməliyyat sonrası yaxşılaşma dövrünün uzun olması şəklində çərçivələnilə bilər. Ən əhəmiyyətli nöqtə adamın həkimiylə bu qorxularını paylaşa bilməsi və həkiminin xəstəsini diqqətlə dinləyib onu narahatlıqları mövzusunda işıqlandıra bilməsidir. Doğum əvvəli kursların da bu mövzudakı faydaları vardır. Bu kurslarda hamilə qadınların duyğu və narahatlıqlarını dilə gətirib paylaşa bilmələri, doğum hərəkəti haqqında məlumatlanma və nəfəs alma və boşalma məşqləri kimi üsullarla doğuma qatılma və asanlaşdırma mövzusunda köməkçi olunar. Bu kurslarla istəyə bağlı keser əməliyyatlarımada 50%  azalma olduğu ifadə olunmaqdadır.

Ağrıdan qorxma və bu qorxudan qurtulmaq

Şübhəsiz ki, nə şəkildə doğum etmiş olursa olsun, hər qadın doğum əsnasında bir miqdar ağrı çəkəcəkdir. Kimsə doğumun asan olacağını yüzdə - yüz zəmanət edə bilməz;
Ağrının mənası mədəniyyətdən mədəniyyətə dəyişər, ictimai və romantik ölçüləri vardır. Ağrı çəkmək analığa keçişin ilk qaydası kimi görülər. Amma hər qadın bu ağrını eyni səviyyədə yaşamaz. Əvvəlcə hər insanın "ağrı eşiyi" dediyimiz fizyoloji bir ağrıya söykənə bilmə sərhədi vardır. Bu kimi insanda yüksək, kimi insanda aşağıdır. Bunun yanında doğum ağrısının bir də psixoloji ölçüsü vardır və bu bir çox mövzuyla əlaqəlidir. Qadınlıq şəxsiyyəti ilə əlaqədar qarşıdurmalar, ər-arvad əlaqələri, hamiləliyin istəyə bağlı olub olmadığı, travmatize edici köhnə təcrübələr hətta ana namizədinin öz anasıyla olan əlaqələri belə bu duyğunu təsir etməkdədir. Hər qadının doğumuyla əlaqədar bir cəsarət hekayəsi vardır, ancaq şişirdilmiş hekayələrin çoxunun altında qadının özünü əhəmiyyətli bir nöqtəyə çıxarma və diqqəti üzərində toplama ehtiyacı görülər.

Psixoloji kömək də alına bilər

Yekunlaşdırmaq lazım olsa doğum qorxusuyla başa çıxmada ilk addım ana namizədinin özünü ən çox narahatlıqlandıran mövzunu yaxşı bilməsi, bunu həkimiylə ya da doğum əvvəli kurslara qatılaraq həll etməyə çalışması, səylər qeyri-kafi qaldığında fərdi bir psixoloji kömək alması olmalıdır. Doğuma həyat /yoldaşın iştirakı xüsusilə xarici bir mühitdə  tək qalma qorxusuna köməkçi olmaqdadır. Bunun yanında doğum personalının doğum sırasındakı müsbət və dəstəkləyici tutumları, ananı doğum müddətin tərəfindən məlumatlandırmaq və bir sonrakı mərhələnin nə olduğunu izah edib doğuma onun da iştirakını təmin etmək ananın idarə duyğusunu gücləndirəcək və qorxusunu azaldacaq. Qorxu azaldığında ağrı kəsici ehtiyacı da azalmaqda və doğum müddəti qısalmaqdadır.
Analıq şəxsiyyətinin yerləşməsində doğum təcrübələrinin yeri böyükdür. Həkim və mamalarla əməkdaşlıq içərisində, ağrıya ya da çaxnaşmaya məğlub olub idarəsini itirmədən reallaşan müvəffəqiyyətli bir doğum sonrasında qadının özünə güvən duyğusu artar, bu bərabərində analıq qabiliyyətləri mövzusundakı özünə inamını da artıracaq.

Nə şəkildə doğum etmiş, nə qədərağrı çəkmiş olsanız olun, ağılınızda qalacaq tək şey körpənizi qucağınıza aldığınız andakı həyəcan və xoşbəxtliyiniz olacaq.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3738
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz