Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik və Yaş
Hamiləlik və Yaş
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2852
Səs ver:

Günümüzdə yaşdan asılı olan sonsuzluq getdikcə artmışdır. Qadınların ən rahat hamilə qalma müddəti 20-30 yaş arasıdır. 30 yaşdan yuxarı, xüsusilə 35 yaşdan yuxarı qadınlarda yumurtaların inkişaf prosesinin pozulması ilə hamilə qalma şansı azalır, 40 yaşdan yuxarı isə hamilə qalmaq şansı nəzərə çarpacaq dərəcədə azalır. Övlad sahibi olmağı təxirə salmaq ən mühüm sonsuzluq səbəblərindən biridir. Yuxarı yaşlarda bir sıra müalicələr uğursuz nəticələnir.

 Sonsuzluğa qarşı müalicə zamanı yaş faktoru hamilə qalma qabiliyyətinə təsir göstərir. 35 yaşdan yuxarı qadınlarda doğuş qabiliyyəti artıq azalmağa başlayır. Nə qədər sağlam olmanıza və nə qədər özünüzə diqqət etmənizə baxmayaraq bu azalma dəyişmir.

Yaş ötdükcə yaşlanma ilə bağlı olaraq yumurtalıqlarda da dəyişikliklər baş verir. Kişi orqanizmi bütün həyatı boyunca sperma hazırlayır. Lakin, qadınlarda bu vəziyyət tamam başqadır. Qadınlar yumurtalıqlarında sahib olduğu bütün yumurtalar ilə birlikdə dünyaya gəlir. Anadan olarkən yumurtalarınızın sayı nə qədər olarsa olsun, yeniyetmə yaşlarında bu say aşağı düşür. Məsələn, anadan olarkən milyondan artıq yumurtanız var idisə, yeniyetmə yaşınızda bu rəqəm 300.000-ə düşür. Bu yumurtalardan yalnız 300-ü dünyaya uşaq gətirmə prosesində lazım olur, yerdə qalanı isə atreziyaya məruz qalır. Atreziya bu və ya digər səbəbdən asılı olmayaraq degenerasiya prosesidir. Siqaret çəkmək bu prosesi xüsusilə sürətləndirir.

Şübhəsiz, hamilə qalmaq şansınız yalnız yaşınızdan asılı deyildir. Doğuş qabiliyyətinə təsir edən bir sıra faktorlar vardır. Gündəlik həyatınızda bir sıra davranış və ya həyat tərzi doğuş qabiliyyətinə təsir edir. Bunlardan bəziləri aşağıda qeyd olunmuşdur:

  • Siqaret çəkmək;
  • Spirtli içki qəbul etmək;
  • Artıq çəki (piylənmə);
  • Həddindən artıq arıqlıq;
  • Stressli həyat;
  • Kofein;
  • Əzələlərin inkişaf etdirilməsi zamanı istifadə edilən stereoidlər;
  • Cinsi yolla keçən xəstəliklər;
  • Ginekoloji xəstəliklər;
  • Səhhət problemləri.

və s. bir sıra faktorlar hamiləlik prosesini və şansınızı azaldır.

Kişilərdə yuxarı yaş və nəsil artırma qabiliyyəti

Kişilərdə də yuxarı yaşla bağlı cinsi funksiyalarda dəyişikliklər baş verir. Hər  nə qədər dəyişiklik olursa olsun kişilərdə ata olmağın yaşı olmur. Günümüzdə 60 yaşlarında, 70 yaşlarında və hətta 80 yaşlarında belə kişilər partnyorları ilə asanlıqla övlad sahibi ola bilər. yuxarı yaşlarda kişilərin sperma hərəkətliliyi aşağı düşür və şəkli dəyişir. Yuxarı yaşlarda xayalar kiçilir və yumşalır. Sağlam həyat tərzi keçirən kişilərdə mühüm dəyişikliklər baş vermir.

Müalicə üsulları

Sonsuzluq bir sıra yollarla müalicə edilə bilər. Həkiminiz analizlərinizin nəticəsindən asılı olaraq həyata keçirəcəyi müalicə üsulunu sizə izah edəcəkdir. Əlbəttə bu müalicələr 100% uğurlu keçməyə bilər. xüsusilə də, yuxarı yaşlarda hamiləlik şansı daha aşağı düşür. Sonsuzluq həm maddi cəhətdən, həm də mənəvi cəhətdən çətin müalicədir. Bir  sıra ailə bu yüklərin altına girməyərək övladsız həyatı seçirlər və ya övladlığa uşaq götürürlər.

Daşıyıcı analıq

əgər yumurtalarınız hamiləlik üçün kifayət dərəcədə keyfiyyətli deyilsə və ya yoxdursa, daşıyıcı analıq seçimi edə bilərsiniz. Daşıyıcı analıq seçimi səhhət problemləri səbəbi ilə hamilə qalması qadağan olan və ya uşaqlığın götürülməsi əməliyyatı keçirilmiş (histetoktomiya), lakin hələ də yumurtaları mövcud olan qadınlar üçün seçim yoludur. Daşıyıcı analığın mərhələləri aşağıdakılardır: partnyorunuzdan götürülən sperma ilə sizdən götürülən yumurtalar mayalandırılaraq daşıyıcının uşaqlığında yerləşdirilir. Daşıyıcı analıqda siz yalnız körpəni bətninizdə daşımırsınız, lakin dünyaya gələcək körpənin valideynləri sizsiniz.

Yumurta bağışlanması

Yumurta bağışlanması üsulu başqa qadının bağışladığı yumurtalardan istifadə edərək hamilə qalma üsuludur. Əgər yumurtalarınız sağlam şəkildə əmələ gəlmirsə, yumurta bağışlanması üsulundan istifadə edə bilərsiniz. Yaşınız yuxarıdırsa, xüsusilə yaşınız 40-dan yuxarıdırsa və sonsuzluq üçün aldığınız müalicələr uğursuz keçibsə, və ya erkən menopauza (klimaks) keçirmişsinizsə, bu zaman müalicə seçimləriniz çox deyildir. Donor yumurtalarla hamilə qalmaq şansı çox yüksəkdir və müalicə üsulu süni mayalanma üsulu ilə eynidir.

Unutmayın ki, hamiləlik şansı yumurtaların keyfiyyətindən asılıdır. Yuxarı yaşlı qadınlarda hamiləliyə təsir edən ən mühüm faktor yumurtanın keyfiyyətidir. Yumurta bağışlanması üsulu ilə yuxarı yaşlarda olsanız belə sizə keyfiyyətli yumurta  köçürüləcəyi üçün hamiləlik şansı yüksək olur.

Övladlığa uşaq götürmək

Bir çox yollara əl atmısınız və müalicələr uğursuz keçibsə və ya sonsuzluğun müalicəsini düşünməyibsinizsə, övladlığa uşaq götürmək yolunu seçə bilərsiniz.



Şərhlər:
Baxılıb: 2852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz