Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Neçə Müddətə Hamilə Qala Bilərəm?
Neçə Müddətə Hamilə Qala Bilərəm?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 31751
Səs ver:
Demək olar ki, bütün cütlüklər övlad sahibi olmaq üçün sınaq keçirməyə başladıqdan sonra nə qədər müddətdə hamilə qalacağını bilmək istəyir. Hamiləlik gözlədikləri qədər qısa müddət içərisində əldə edilmədikdə, digər hər kəsin bir neçə ay içərisində hamilə qaldığını gördükdə  özlərində hər hansı bir problemin  olduğunu düşünürlər. İndi isə gəlin baxaq görək hamiləlik normal halda neçə müddətə əldə edilə bilər.

Almaniyada hamilə qalmağı qərarlaşdıran 346 qadın üzərində müşahidə aparılmış  və 5 il sonra nəticələr toplanmışdır. Hamiləlik müddəti ilə əlaqədar aparılan bu araşdırmanın nəticələri çox maraqlıdır.

  1. Bir aylıq sınaq nəticəsində 38% qadın uğurla hamilə qalmışdır.
  2. 3 aylıq sınaq sonunda 68% qadın hamilə qalmışdır.
  3. 6 aylıq sınaq sonunda tam 81% qadın hamilə qala bilmişdir.
  4. 12 aylıq sınaq sonunda isə hamiləlik faizi tam olaraq 92% olmuşdur.
  5. 346 qadının 310-u sağlam şəkildə hamilə qalmağı bacarmışdır.
  6. Bu sınaqlar nəticəsində yalnız 36 qadın hamilə qala bilməmişdir.
  7. Araşdırmanın nəticəsi onu göstərmişdir ki, bir illik sınaq nəticəsində hamilə qala bilmə nisbəti 92%-dir  və bu da yüksək göstəricidir. Bununla belə, digər hamilə qala bilməyən 36 şəxsdən ibarət qrup təxminən 36 ay içərisində hamilə qalmağı bacarmışdır.

Yuxarıda qeyd edildiyi kimi, ətrafımızdakı insanların bir neçə ay içərisində hamilə qala bildiyini düşünmək əslində doğrudur, lakin bütün hamiləlik müddətləri eyni deyildir. 6 aydır sınaqdan keçirirsiniz, lakin nəticə əldə edə bilmirsinizsə qətiyyən ümidsizliyə qapılmayın, özünüzü və həyat yoldaşınızı üzməyin və sınaqlara davam edin. əgər yaşınız 35-dən yuxarıdırsa və 6 aylıq sınaq müddətində hamilə qala bilməmisinizsə mütəxəssis həkimə müraciət  edin. Aşkar bir probleminiz və ya keçirdiyiniz mühüm xəstəlik varsa bu müddəti gözləmədən mütəxəssis həkimə müraciət  edin.

Bir sıra cütlük uzun müddət ümidlərini kəsməyərək gözləyir. Lakin, unutmamaq lazımdır ki, sonsuzluğun müalicəsi gənc yaşlarda daha uğurlu nəticələr verir. Yuxarı yaşlarda aparılan sonsuzluq müalicəsinin uğur nisbəti çox yüksək olmur.



Şərhlər:
Baxılıb: 31751
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz