Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin İzlənməsi.
Hamiləliyin İzlənməsi.
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2151
Səs ver:

 

 

Hamiləlikdə həkim nəzarətinin məqsədi nədən ibarətdir?

Hamiləlik əslində bir xəstəlik deyil, fizioloji haldır. Amma bir sıra riskləri özündə daşıyan haldır. Həmin risklər həm ananın, həm də uşağın həyatı üçün təhlükəli ola bilər. Beləliklə, bizim hamiləliyin gedişini izləyib nəzarət altında saxlamaqda məqsədimiz bu rsikləri, təhlükələri vaxtında aşkar edib, patoloji hal meydana çıxmadan onun qarşısını almaqdan ibarətdir. Hamiləliyin gedişini izlərkən məqsədimiz: sağlam ana və sağlam uşaq.

Bəs hamilə qadın hamiləlik müddətində neçə dəfə həkimə getməlidir?

Əslində bu sualın konkret cavabı yoxdur. Hamilə qadın hamiləliyin müəyyən dövrlərində müəyyən məqsədlərlə müayinə edilməlidir ki, bu da individual olaraq fərqli ola bilər. 


Hamilə qadın ilk dəfə nə vaxt həkimə müraciət etməlidir?

Əsində ən ideal variant bir qadının hamilə qalmadan, ana olmağı planlaşdırdıqda həkimə müraciət etməsidir. Bir nüansı qeyd edək ki, bəzi qadınlarımız həyatı boyunca ilk dəfə hamilə qaldıqda həkimə gedirlər. Beləliklə, ola biləcək gizli xəstəliklər və ya riskli vəziyyətlər də məhz bu vaxt aşkara çıxır. Hamiləlikdən əvvəl həkimə müraciət etməklə bu rsikli vəziyyətlərin həm ananın sağlamlığına, həm də gələcək hamiləliyin gedişinə mənfi təsirini önləmiş olarıq. Məsələn, normal halda heç bir şikayətə səbəb olmayan bir ürək xəstəliyi hamilə qaldıqdan sonra ananın həyatını ciddi təhlükə ilə qarşı-qarşıya qoya bilər. Ya da gizli keçən bir qalxanabənzər vəzi çatışmazlığı və ya şəkərli diabet dölün inkişaflna öz mənfi təsirini göstərə bilər. Digər tərəfdən, döldə sinir borusu defekti dediyimiz anomaliyaların profilaktikası üçün təyin etdiyimiz Fol turşusu adlı vitamini də hamilə qalmamışdan 3 aydan əvvəl qəbul etməyə başlamaq lazımdır ki, bunu da yaxın 3 ayda hamilə qalma ehtimalı olan gənc qız və qadınlarımızın nəzəzrinə xüsusilə çatdırmaq istərdim.


Hamilə qaldıqdan sonra ilk müayinə nə vaxt olmalıdır?

Hamilə qalmanın ilk əlaməti gözlənilən menstruasiyanın olmamasıdır. Əgər menstruasiyada 1 həftəlik bir gecikmə varsa, həkimə müraciət etmək lazımdır. Bizim qadınlarımız çox vaxt artıq hamiləlik testini bu vaxta qədər etmiş olurlar və bizə müraciət etdikdə "həkim, məndə menstruasiya gecikməsi var” şikayəri ilə yox, "həkim, mən deyəsən hamiləyəm, test etdim, bir qırmızı, bir çəhrayı zolaq çıxdı, nə etməliyəm?” sualı ilə müraciət edirlər. Hər iki halda da bizim ilk işimiz həmin qadını müayinə edib hamiləlik diaqnozunu təsdiq və ya inkar etməkdən ibarət olur. Bu məqsədlə ginekoloji müayinə etdikdən sonra bizə ultrasəs müayinəsi əvəzedilməz kömək göstərir. Belə ki, müasir dövrdə ginekoloji müayinəni, xüsusilə də hamiləliyin əzlənməsini ultrasəssiz təsəvvür etmək mümkün deyil. Menstruasiya gecikməsi olan bir qadında, ultrasəs müayinəsi, hamiləlik varsa, onu təsdiq edir, normal uşaqlıq daxili bir hamiləlik olduğunu göstərir. Hamiləliyin ilk günlərində ultrasəs müayinsəi uşaqlıq daxilində hamiləlik kisəsini göstərməyə bilər, belə halda biz qanda hamiləlik hormonunun təyin edilməsinə əl atırıq. Bu hormon müsbət çıxarsa, yəni hamiləlik olduğunu göstərərsə, hormonun səviyyəsinə görə 2-3 gün və ya bir həftə sonra ultrasəs müayinəsini təkrarlamaqla hamiləliyin normal uşaqlıq daxilində olduğunu təsdiq edirik. Hamiləlik hormonunun təyini və ultrasəs müayinəsinin tibbdə tətbiqi sayəsində hamiləliyin erkən diaqnostikası və uşaqlıqdankənar hamiləlik kimi bir təhlükəli xəstəliyin vaxtında aşkar edilməsi, izlənməsi və müalicəsi günümüzdə asanlaşmışdır.

Hamiləliyi təsdiq etdikdən sonrakı addımımız nə olmalıdır?

Hamiləlik diaqnozunu qoyduqdan sonra hamilə qadının sonrakı müayinələrini və verəcəyi analizləri həm özümüz üçün planlaşdırmalı, həm də bunları hamilənin özü ilə bölüşməliyik. Ultrasəsdə hamiləlik kisəsini gördükdən sonra, canlı rüşeymi də görməliyik ki, bu da hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün olur ki, bir sonrakı ultrasəs müayinəmiz də həmin vaxtdan sonra həyata keçirilməlidir. O vaxta qədər isə hamilə qadın qan qrupu, qanın ümumi analizi və bətndaxili infeksiyalara görə analizləri də verməlidir. Bunlara qanda şəkər testini, böyrək, qaraciyər, qalxanabənzər vəzi funksiyasını əks etdirən analizləri də əlavə etmək olar. Laborator və instrumental müayinə metodlarının köməyindən istifadə edərkən klassik müayinə metodlarımızı da unutmamalı, hamilə qadının tibbi keçmişini sorğulamalı, ümumi baxışı həyata keçirməli, orqan və sistemləri müayinə etməliyik. Boyunu, çəkisini, arterial təzyiqini, qarın perimetrini ölçüb qeyd etməliyik. Belə ki, hamilə qadının daha əvvəl keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar, allergik vəziyyəti, keçirdiyi əməliyyatlar, əvvəlki hamiləliklərin gedişi və nəticəsi çox əhəmiyyətli informasiyadır.

Hamilə qadın yeməyində, istirahətində, gündəlik fəaliyyətində nələrə diqqət etməlidir.

Heç bir şikayəti olmayan, normal hamiləlik keçirən qadın fiziki aktivliyini məhdudlaşdırmamalıdır. Ağırlıq qaldırmaq istisna olmaqla, yerimək və üzmək kimi yüngül idmanla məşğul ola bilər. Tez-tez və az-az yemək, bol meyvə-tərəvəz yeyib, karbohidratlı qidalardan uzaqlaşmaq məsləhətdir. Bitki mənşəli qidalara üstünlük verib, şirniyyatdan və ağ çörəkdən imtina etmək, un məmulatlarını, xəmir xörəklərini minimuma endirmək lazımdır. Maye qəbulunu unutmamalı, ən ideal variant isə, çoxlu su içilməlidir. Hamiləliyin ilk 3 ayında ürək bulanma və qusma şikayətləri çox olur ki, bu hissi azaltmaq üçün daha çox quru və soyuq yeməklər yemək, yağlı və isti yeməklərdən qaçmaq lazımdır.


Hamiləliyin təsdiqindən və ilk analizlər verildikdən sonra nə vaxt müayinə təkrarlanmalıdır?

Sonrakı müayinədə məqsəd canlı rüşeymi görməkdən ibarətdir. Bu da, yuxarda dediyimiz kimi, hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün olur ki, çox vaxt ilk müayinədən 10 – 15 gün sonraya uyğun gəlir. Canlı rüşeymi gördükdən sonra, normal gedişli bir hamiləlikdə sonrakı müayinənin məqsədi dölün xromosom anomaliyaları baxımından qiymətləndirilmsindən ibarətdir. Bu məqsədlə 11 – 14-cü hamiləlik həftələri arasında ultrasəs müayinəsi ilə dölün uzunluğunu qeyd edib, ənsə dərisinin qalınlığını ölçürük və ikili test dediyimiz qan analizini də əlavə edərək xüsusi hesablama sistemi ilə Daun sindromu başda olmaqla xromosom anomaliyası ehtimalını hesablayırıq.


Bəs dölün cinsiyyətini nə vaxt təyin etmək mümkündür?

Dölün demək olar ki bütün orqan və sistemləri 12-ci həftədə öz inkişafını tamamlayır. Yəni, nəzəri olaraq dölün cinsiyyətini 12-ci həftədə ultrasəs müayinəsi ilə görmək mümkündür. Amma praktikada bu hər zaman mümkün olmur, döl nə qədər kiçik olarsa cinsiyyətini görmək o qədər çatin olur və yanılma ehtimalı da o qədər yüksək olur. İstər cinsiyyət, istərsə də digər orqanları qimətləndirmək üçün ən ideal vaxt 18 – 24-cü həftələr arasındakı dövrdür ki, sonrakı müayinəmiz də məhz bu vaxta düşür. Bu dövrdə həyata keçirdiyimiz ultrasəs müayinəsi ilə ola biləcək anomaliyaları aşkara çıxarmağa çalışırıq.

Belə çıxır ki, hamiləlikdə müayinələr kor-koranə ayda bir dəfə olacaq şəkildə həyata keçirilmir, hər müayinənin öz məqsədi və vaxtı var. Bəs sonrakı


Müayinənin məqsədi nədir və nə vaxt olmalıdır?

Söhbətimizin əvvəlində qeyd etdik ki, hamiləlik müəyyən riskləri özündə daşıyan bir vəziyyətdir. Bu rsiklərdən biri də şəkrli diabetdir. Hamiləlik diabetə meylli bir vəziyyətdir. Diabetin özü isə hamiləliyin gedişində və döldə müəyyən patologiyalara səbəb olur. Buna görə də gizli formada olan şəkərli diabeti vaxtında üzə çıxarmaq və müalicə etmək lazımdır. Bu məqsədlə hamiləliyin 24 – 28-ci həftələri arasında şəkər yükləmə testi həyata keçirilir.

Hamiləliyin son 3 ayında müayinələr necə olmalıdır?

28 – 32-ci həftələr arasında dölün inkişafını qiymətləndirmək məqsədi ilə ultrasəs müayinəsi həyata keçirilir. Bundan sonrakı müayinələr getdikcə daha qısa fasilələrlə olur. Bu müayinələrdə dölyanı mayenin həcmi, və dölün ürək vurğularının kardiotokoqraf adlı cihazla qeydiyyatı əhəmiyyət daşıyır. Her müayinədə ananın çəkisi, arterial təzyiqi mütləq qeyd edilməlidir.


Hamilə qadın hansı dərmanları qəbul etməlidir?

Hamilə qadın xıstı deyil, heç bir dərman qəbul etməsə də olar. Amma hamiləlikdə dəmir defisiti tez-tez qarşımıza çıxan problemlərdən olduğundan dəmir preparatlarının qəbulu bütün hamiləlik dövründə məsləhətdir.

Çox hamilə qadınlarla rastlaşırıq ki, dölyanı mayenin bulanıqlığı, tonus, infeksiya kimi diaqnozlar qoyulur. Elə təsəvvür yaranır ki, problemsiz hamilə yoxdur.


Doğrudan da belədirmi?

Əlbəttə ki belə deyil. Tək-tək dediyiniz mövzular haqqında bir-iki cümlə qeyd etmək istərdim. Tonus uşaqlığın yığılmasına deyilir. Uşaqlıq əzələvi orqandır, əlbəttə ki müəyyən tonusu olmalıdır və bu bir patoloji hal deyil. Digər tərəfdən uşaqlığın tonusu ultrasəslə görünən bir hal deyil və ultrasəslə belə bir diaqnoz qoyulması tibb elminə ziddir. Amnion mayesinin bulanıqlığı da ultrasəslə görünən bir hal deyil. Belə ki ultrasəs səs dalğalarının müxtəlif sıxlıqdakı toxumalardan müxtəlif dərəcədə əks olunması prinsipinə əsaslanır. Toxuma və mayelərin sıxlığını əks etdirə bilər, amma rəngini əks etdirə bilməz. Yəni mayenin bulanıq olub-olmadığını göstərə bilməz. O ki qaldı infeksiyalara, əlbəttə ki, bətndaxili infeksiyalar müəyyən anomaliyaların əmələ gəlməsində rol oynayır və hamiləliyin erkən dövründə aşkara çıxarılmalıdır. Amma bu diaqnostik metodları düzgün həyata keçirib düzgün şərh vermək lazımdır. Belə ki, hamımızın keçirmiş olduğumuz məxmərək, sitomeqalovirus, toksoplazma kimi infeksiyalara qarşı uşaqlıq dövründə əmələ gəlmiş köhnə anticisimləri göstərməklə bətndaxili infeksiya diaqnozu qoymaq olmaz. Yuxarıda toxunduğumuz bu tip yanlış diaqnozlarala hamilələri qorxutmaq bir yana, digər yandan, lazımsız müalicələr təyin etmək daha da xoşagəlməz bir vəziyyətdir. 

Əslində bu və digər patoloji hallar və ya şübhələr hər biri ayrı bir söhbətin mövzusudur. Bu gün biz normal hamiləlik və onun izlənməsi haqqında danışmaq istədik. Arzu etsəniz gələcəkdə ayrı ayrı hamiləlik patologiyaları haqqında da söhbət edərik.

Rəşad Sultan



Şərhlər:
Baxılıb: 2151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz