Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam bir hamiləlik üçün bunlara diqqət edin!
Sağlam bir hamiləlik üçün bunlara diqqət edin!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 7132
Səs ver:

Sağlam bir hamiləlik üçün bunlara diqqət edin!

 Hamiləlik bir qadın üçün ən gözəl və ən xüsusi vəziyyətlərdən biridir. İçinizdə bir canlının var olduğunu bildiyiniz gündən etibarən həyatınızda körpənizin sağlamlığını mənfi təsir edə biləcək hər cür səhvdən qaçınmağa başlarsınız. Yaşınızı, genlərinizi, xəstəlik keçmişinizi dəyişdirə bilməzsiniz amma kafi və balanslı bəslənərək və hamiləliyi mənfi təsir etdiyi bilinən bəzi risk faktorlarından (siqaret, spirt vs.) qaçınaraq sağlam körpələr dünyaya gətirə bilərsiniz. Bu səbəblə həm sizin həm də körpənizin sağlamlığı üçün kafi və balanslı bəslənmə təməldir.

Hamiləliyiniz müddətin tərəfindən diqqət yetirməniz lazım olan bəslənmə ipucları:
- Tərəvəz, meyvə, düyü, mərcimək, noxud kimi yeməkləri istifadə etmədən əvvəl çox yaxşı yuyun.
- Tərəvəzlərin və makaron, mərcimək, noxud kimi yeməklərin qaynatma sularını tökməyin.
- Yeməklərlə birlikdə C vitaminindən zəngin tərəvəzlər (cəfəri,, bibər, pomidor vs.), meyvələr ( portağal, naringi vs.) və təzə meyvə sularını istehlak edin.
- Qansızlığa səbəb olduğundan yeməklərlə birlikdə çay seçməyin. Çayı pay aralarında, yəni yemək yenildikdən 1-2 saat sonra açıq və limonlu içə bilərsiniz və ya çay yerinə cökə, nanə,  kimi bitki çayları ala bilərsiniz.
- Konserv  və hazır qidalar yerinə mövsümündə, təzə və təbii qidalar istehlak edin.
- Qida müxtəlifliyinə diqqət edin. Bu şəkildə bir çox vitamin və mineralın bədənə alınması mümkün olacaq.
- Maye alışını laqeyd yanaşmayın, gündə ən az 8-10 stəkan su için.
- Yeməklərdə yodlu duz istifadə edin.
- Siqaret və spirt istifadə etməniniz. Siqaret çəkilən mühitlərdə olmayın.
- Yemək hazırlanan, bişirilən vəyeyilən yerlərdə böcək öldürücü dərmanları saxlamayın. Bunların səhvən yemək və içkilərə qarışması və ya bulaşmasının həm sizi həm də körpənizi təsir edəcəyini unutmayın.
- Çox ağırlıq qazanımına səbəb olması baxımından həddindən artıq yağlı və şəkərli yeməklərdən qaçının. Xəmirli- şərbətli şirinlər yerinə sütlü şirinləri seçim edə bilərsiniz və ya şəkərli-kalorisi yüksək içkilər yerinə az şəkərli kompot-limonad, təzə meyvə şirəsi, ayran, süd seçim edə bilərsiniz. Yenə yağı azaltmaq üçün yağlı ətlər yerinə daha az yağlı ətlər istehlak edə bilərsiniz, qızartma yerinə qaynatma, buğlama, sobada bişirmə, qızartma kimi üsulları seçsəniz həm sağlam həm də daha az yağlı bir tecih etmiş olarsınız.
Tərcümə və Redaktə etdi: PURE LOVE




Şərhlər:
Baxılıb: 7132
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz