Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikde Tonus
Hamiləlikde Tonus
Göndərən: Ayşən Əliyeva
Şərhlər:
Baxılıb: 9183
Səs ver:

 

hamilelik

Uşaqlıq həmişə rahat vəziyyətdə olmalıdır.

Bəzən uzun sürən gəzintidən sonra qarnın bərkidiyi hiss olunur. Narahat olmayın, həkimlər belə halın gün ərzində 5 – 6 dəfə təkrarlanmasını normal hesab edirlər. Çünki uşaqlıq əzələlərdən ibarətdir və onlar da bütün əzələlər kimi gərginləşib boşalırlar. Lakin bu zaman, əgər qarnın altı dayanmadan ağrıdarsa, bel nayihəsində ağırlıq hiss edilərsə, deməli, uşaqlıq hipertonusdadır. Bu simptomlar barədə öz həkiminizə məlumat verin! Belə vəziyyətdə əzələləri normal hala gətirmək çətin olmayacaq.

RAHATSIZLIQ HANSI SƏBƏBLƏRDƏN YARANIR?

Uşaqlıqda dartınma yaradan səbəblər az deyil. Bu daha çox stress, fiziki və emosional yorğunluqdan ola bilər. Hətta bəzən elə olur ki, uşaqlıq sadəcə artan ağırlığa dözmür və vaxtından tez doğuşa hazırlaşır.

Əksər hallarda isə uşaqlıq əzələlərinin dartınması hamilənin əhval – ruhiyyəsindən asılıdır. Əsəbi gərginlik və depressiya qarın əzələlərinin dartınmasına səbəb olur. Yəqin ki, fikir vermisiniz, bərk həyəcandan sonra uzanmaq və rahatlanmaq istəyirsiniz.

Uşaqlıq tonusda olarkən körpə narahatlıq hiss etmir, amma hal – hazırki şərait onun üçün zərərlidir. Bu zaman ciftdə qan dövranı pozulur, körpə daha az oksigen və qida maddələri almalı olur. Ehtimal olunur ki, bu səbəblərdən o, gec inkişaf edə bilər.

NECƏ RAHATLANMAQ OLAR?

Gərginliyi aradan qaldırmaq üçün uzanın və üz əzələlərinizin gərginliyini “boşaldın”. Sizi narahat edən bütün fikirləri kənara qoyun. Yüngülcə qarnınızı sığallayın və körpənizi xəyalınızda canlandırın. Daha yaxşı olar ki, onunla söhbət edəsiniz. O, hər şeyi eşidir və başa düşür. Yəqin bilirsiniz, sizin bütün hiss və həyəcanınız körpəyə ötürülür. Siz xoşbəxt olanda o da sevinir, siz qorxu, stress keçirəndə o da özünü pis hiss edir. Buna görə də bütün iradənizi toplayın və hamiləlik müddətində heç nəyə görə kədərlənməyin!

Gəzinti zamanı dartınma hiss etdiniz? Skamyada əyləşin, əzələlər boşalacaq və yüngülləşəcəksiniz. Spazmolitik və sakitləşdirici preparatlar – no-şpa, valeryan, pion tinkturaları da kömək edə bilərlər. Bu müalicəvi vasitələr həmişə yanınızda olsun ki, hipertonusun inkişafına əngəl törədə biləsiniz. Bunları yalnız həkimin göstərişinə əsasən qəbul edin.

Çalışın, istənilən vəziyyətdə sakit qalıb həyəcanlanmayasınız. Əgər körpə gözləyərkən belə, idman zalına getmək məcburiyyətindəsinizsə, məşğələlərdə özünüzü çox yormayın. Ümumiyyətlə, ora getməyiniz hələlik məsləhət görülmür. Və eləcə də müəyyən müddət intimdən də imtina etməlisiniz, çünki orqazm zamanı uşaqlıq dartınmaya məruz qalır.

Menyuda da dəyişikliklər etmək lazım gələcək. Rasionunuza maqnezium tərkibli məhsullar əlavə edin. O əzələlər üçün əvəzolunmazdır. Bu elementin sayəsində uşaqlıqda yarana biləcək tonusun qarşısını ala bilərsiniz. Həkimlər gələcək ananın maqneziuma olan ehtiyacının gün ərzində 450 mq olduğunu bildirirlər. O daha çox fındıq, badam, kəpəkli çörək, lobya, yaşıl tərəvəzlərdə, qarabaşaq və yulaf sıyıqlarında olur. Çalışın, süfrənizdə bu təamlar hər gün olsun!

Sadalanan üsullar yardım etməzsə, həkimin məsləhətinə qulaq asıb qorunmaq üçün xəstəxanada qalın. Orada lazım olan bütün yoxlamaları aparacaqlar ki, uşaqlığın vəziyyətini düzgün qiymətləndirsinlər (USM, qan və sidik analizi). Xəstəxanada bütün günü uzanmış vəziyyətdə qalmaq sizə müsbət təsir göstərəcək. Burada istirahət etmək üçün üsullar çoxdur. Məsələn, çoxdan oxumaq istədiyiniz kitabı, sevimli disklərinizi özünüzlə götürün. Tezliklə, ruhən və cismən tamamilə yüngülləşdiyinizi hiss edəcəksiniz.

Tərcümə etdi:Su_Perisi_

 



Şərhlər:
Baxılıb: 9183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz