Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdə yüksək temperatura diqqət edin!
Hamiləlikdə yüksək temperatura  diqqət edin!
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 13842
Səs ver:

 

Tibbdə yüksək atəş ya da hipertermi olaraq bilinən vəziyyət, bədən istiliyinin normal dəyərlər üzərinə çıxmasını ifadə edir. Normal bədən istiliyi 36-37 dərəcə arasında dəyişər. 37 dərəcənin üzəri vəziyyətlər yüksək atəş olaraq qəbul edilir. temperatur yüksəlməsi bədəndə ibarət olan normal xarici bir vəziyyətin ilk əlaməti olub, bədən müdafiə etmə mexanizmlərinin fəaliyyətə keçdiyini bizə bildirir. Hamilə qadınlarda normal bədən istiliyi hamilə olmayanlarla eynidir. Tək fərq yüksək hormon səviyyələri və bədən müqavimətindəki aşağılıq səbəbi ilə hamilə qadınlarda yüksək temperatur daha asan ortaya çıxması və təsirlərinin də çox əhəmiyyətli olmasıdır.

Hamiləlikdə yüksək temperaturun səbəbləri
1) İnfeksiya səbəbi ilə ortaya çıxan temperatur
Hamiləlikdə ən sıx görülən infeksiyalar, gribal infeksiyalar, akut üst tənəffüs yolu infeksiyaları və sidik yolları infeksiyalarıdır.
2) İnfeksiya xarici səbəblərlə ortaya çıxan yüksək temperatur:
Bu qrupda da yüksək istiliyə uzun müddət məruz qalmaq (hamam, sauna, günəş vurması) və alergik reaksiyalar və qida zəhərlənmələri sayıla bilər.
Yüksək temperaturun hamiləlikdə zərərli təsirləri
Yüksək temperaturun hamiləlikdəki mənfi təsirləri, temperatur meydana gəldiyindəki hamiləlik yaşı və temperaturun yüksəklik dərəcəsi və müddəti ilə əlaqədardır. Yüksək atəşin zərərli təsirlərinin ümumiyyətlə 39. dərəcənin üzərində ortaya çıxdığı bilinir.
1) İlk üç aydakı zərərli təsirlər: İlk üç ay yüksək temperatur hamiləlikdə ən təhlükəli olduğu və ən çox ziyan meydana gətirdiyi dövrdür. Bu dövrdə orqan meydana gəlmələri davam etməkdə olduğundan temperaturun mənfi təsirləri çoxdur. Başlıca mənfi təsirlər
a) Aşağı riskinin artması.
b) Nöral balon defektleri deyilən sinir sistemi meydana gəlmə qüsurları: Sinir sisteminin meydana gəlməsi 3-8 həftələr arasında tamamlanır. Bu müddət içində yüksək temperatura məruz qalan hamilələrdə sinir sisteminin açıq qalması və mərkəzi sinir sistemi qüsurları 3 qat daha çox meydana gəlir.
c) Baş inkişafı anormallıqları(Mikrosefali).
d) Göz, damaq, çənə anormallıqları
e) Ürək qapaq anomaliləri, sol ürəyin inkişaf geriliyi.
f) Qol və qıç anormallıqları
g) Ağıl geriliyi.
2) İkinci üç aydakı zərərli təsirlər: Yüksək temperaturun ən az zərər verdiyi hamiləlik dövrüdür. Az sayda erkən doğum və su kisəsinin erkən açılması hesabat edilir.
3) Son üç aydakı zərərli təsirlər: Bu dövrdə yüksək temperaturun ənçox səbəb olduğu problemsu kisəsi erkən açılması və bəzi infeksiyaların gətirib çıxardığı Korioamnionitis deyilən amnion suyunun iltihablanması vəziyyətidir. Bu vəziyyət həm ana həm də körpə həyatını hədələyən son dərəcə ciddi bir xəstəlikdir. Yüksək temperatur doğum ağrılarının erkən başlamasına da səbəb ola bilər.
Əvvəlcə yüksək temperatura səbəb olan faktoru ortadan qaldırmaq lazımdır
Hamilələrin infeksiya riskindən qaçıması şərtdir!
Qorunma tədbirlərinin başında hamilələrin infeksiya riskindən qaçımaları gəlir. Xüsusilə xəstə olan mühitlərə girməmələri, sıxlıq yerlərdə maska taxmaları lazımdır.
Bədən müqavimətini artırmaq üçün hamilələrin balanslı qidalanmalı lazım olduğunda multivitamin istifadə etmələri son dərəcə əhəmiyyətlidir.
Hamilələrin ayrıca isti hamam, sauna, isti duş kimi mühitlərdən qaçımaları və günəşdə çox qalmamaları lazımdır. İsti günlərdə və mühitlərdə hamilələrin çox su içməsi şərtdir.

 

TƏRCÜMƏ ETDİ VƏ HAZIRLADI: N E L L I
Redakte etdi: PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 13842
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz