Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı hər eşitdiyinzə inanmayın!
Hamiləlik zamanı hər eşitdiyinzə inanmayın!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2608
Səs ver:

 

 

Təbriklər! Artıq  ana olmağa  namizədsiniz. 9 ay davam edəcək olan bu dövrdə körpənizin sağlamlığı qədər sizin sağlamlığınız da böyük əhəmiyyət daşıyır. Hamiləlikdə qarşılaşa biləcəyiniz narahatlıqlar və həll yolları ilə bağlı məlumatları bu bölməmizdə   tapacaqsınız.

 

Hamiləlikdə hər eşitdiyinizə inanmayın

Hamiləlik dövründə bir çox insan ağız və diş sağlamlığı haqqında eşitdiyi  səhv məlumatlara əsaslanaraq dental müalicələrdən yayınır.

Hər hamiləlikdə  bir diş itirilir: SƏHV

Xalq arasında hamiləlik əsnasında körpənin özü üçün  lazımlı olan kalsiumu ananın dişlərindən alaraq anasının dişlərinin tez çürüməsinə  gətirib çıxardığı, bu səbəbdən ana namizədlərinin diş itkisinə məruz qaldığı kimi  düşüncə tərzi reallığı əks etdirmir.

Hamiləlikdə dişlərdə  kalsium çatışmazlığı olur: DOĞRU

Hamiləlik dövründə körpənin və ananın sümüklərinin  sağlam ola bilməsi üçün ana namizədi, gündəlik olaraq 1200 ilə 1500 mq kalsium  qəbul etməlidir. Ana namizədi əgər kalsium ehtiyacını qidalardan ala  bilməzsə, körpənin inkişafı üçün lazım olan kalsium ananın sümüklərindən  alınacaq. Ancaq ana namizədi hamiləlik dövründə yaxşı bəslənsə,  ağız-diş baxımı normalarına əməl etsə hamiləlik dövründə  diş problemləri ilə qarşılaşmaz.

Hamiləykən dişlər  daha az fırçalanmalıdır: SƏHV

Hamiləlik  hormonlarının təsiri ilə diş ətləri daha tez qanayan ana namizədi, dişlərini  fırçalamaqdan yayınır. Ancaq ana namizədləri, hamiləlik dövründə  diş sağlamlığına daha çox diqqət göstərməlidir. Səhər yeməyindən sonra və axşam  yatmazdan əvvəl dişlər diqqətli bir şəkildə fırçalanmalıdır.

Hamiləlikdən əvvəl  diş çürüyü müalicə edilməlidir: DOĞRU

Dişlərdə çürük varsa hamiləlik qabağı onlar  müalicə edilməlidir. Hamiləlikdə  çürük dişlər erkən doğuma, körpənin aşağı çəkili doğulmasına yol aça bilər.

Qusduqdan  dərhal sonra dişlər  fırçalanmalıdır: SƏHV

Qusduqdan dərhal  sonra diş fırçalanmamalı, ağız bol su ilə   yaxalanmalıdır. Əks halda mədə turşusu ilə birləşən diş  fırçalama prosesi, dişlərin quruluşunda aşınmalara səbəb ola bilər.

Hamiləlik  vaxtı  şirin qidalar yeyilsə uşaq  qız, turş qidalar yeyilsə oğlan olur: SƏHV

Hamiləlik əsnasında bəslənmə, həm ananın həm də körpənin  ümumi sağlamlığı və ağız-diş sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Ancaq  istehsal  edilən qidaların körpənin  cinsiyyətini təyin edilməsində  heç bir təsiri  yoxdur. Əksinə, ana namizədləri xüsusilə yemək aralarında şəkərdən  mümkün qədər uzaq olmalıdırlar. Qurudulmuş meyvə və karamel kimi yapışqan şəkərli yeməklərdən  çox az istifadə etməlidirlər.

Hamiləlik zamanı  diş daşlarını təmizlətdirmək olmaz: SƏHV

Ana namizədləri, hamiləlik dövründə ağız və diş  sağlamlığına normal dövrdən daha çox diqqət göstərməlidir. Hamiləlik  əsnasında baş verən hormon artımı, ağız boşluğunu xarici faktorlara qarşı  xüsusilə bakteriyalara  qarşı daha həssas  edir. Bu səbəblə hamiləlik dövründə üç-dörd aydan bir diş  daşı təmizliyi etdirmək, çətinləşən ağız gigiyenasını qorumaq üçün ideal bir  yoldur.

Hamiləlikdə dental  müalicədən yayınmaq  lazımdır: DOĞRU

Körpənin  orqan inkişaf mərhələsi olan hamiləliyin ilk 3 ayında, təsirli dental müalicələrdən  uzaq olmaq lazımdır.

Təcili Müdaxilə lazım  olan vəziyyətlərdə belə müalicədən yayınmaq lazımdır: SƏHV

Diş ya da diş əti iltihabı kimi təcili vəziyyətlərdə,  mövcud infeksiyanın körpənin inkişafına dental müalicənin mənfiliklərindən daha  çox təsir edə biləcəyi düşüncəsi ön plana çəkilməli və bir ginekoloqun nəzarəti  altında dental müalicə edilməlidir.

Hamiləlikdə ağız qarqarası  edilməməlidir: SƏHV

Hamiləlik  dövründə ağız qarqarası ya da ilıq duzlu su ilə qarqara edilməlidir. Xüsusilə ilıq duzlu su diş ətlərini  rahatlaşdırar və diş əti həssaslığını azaldır.

Redaktə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 2608
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz