Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonrakı dövrün gigiyenası
Doğuşdan sonrakı dövrün gigiyenası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2997
Səs ver:

Doğuşdan sonrakı dövr ciftin bütün qişaları, göbək ciyəsinin qalıqları ilə birlikdə uşaq doğulandan sonra uşaqlıqdan ayrılması ilə başlayır və doğuşun üçüncü dövrü sayılır və bu dövr 6-8 həftə davam edir.

Bu dövrdə yeni şəraitə uyğunlaşma, orqanizmin yenidən qurulması baş verir ki, bu da ilk 1-2-ci həftələrə təsadüf edir.

Uşaqlıq tədricən qan və seliklə birlikdə ifraz olunan nekrozlaşmış toxumalardan azad olaraq həcmcə kiçilir. Bu ifrazatlara “loxiyalar” deyilir. 1-ci gündən 5-ci günə qədər seroz-qanlı ifrazatın miqdarı çox olur, sonra azalaraq 10-cu günə rəngi açıqlaşır.

Uşaqlığın normal vəziyyətinin daha tez bərpa olunmasına səbəb olan əsas amillərdən biri körpənin ana südü ilə qidalandırılmasıdır. Körpənin fəal şəkildə süd əmdiyi zaman oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlığın yığılmasına səbəb olur. Uşaqlığın normal vəziyyətə qayıtması doğuşdan sonra 10-12-ci günə təsadüf edir.

Uşaqlıq boynu yalnız doğuşdan sonra 3-4-cü həftələrdə bağlanır. Bu səbəbdən də uşaqlıq daxilinə infeksiya keçməməsi üçün həmin dövrdə gigiyenik qaydalara xüsusi dəqiqliklə riayət etmək lazımdır.

Doğuş zamanı aralıq sahəsi zədələnməsə də belə, xeyli genişlənmə və sıxılmaya məruz qalır. Buna görə də doğuşdan sonrakı dövrdə aralıq nahiyəsində ağrıların olması təbiidir. Xüsusilə də doğuş zamanı dölün başının maneəsiz irəliləməsi üçün kəsiklər aparılmışdırsa, bu ağrılar qaçılmazdır. Hər bir yeni tikilmiş yara kimi aralıq kəsikləri və çatların sağalması 7-10 gün tələb edir.

Qadın doğum evində olarkən tibb bacısı aralığın infeksiyalaşmamasına nəzarət edir. Tək kəsik yarası yox, eləcə də bütün doğuş yollarına infeksiyanın düşməməsi üçün doğuşdan sonra gigiyena qaydalarına əməl etmək zəruridir:

- gigiyenik qadın paketlərinin təmizliyinə fikir verin, onları hər 4-6 saatdan bir dəyişin;

- gigiyenik paketləri öndən arxaya doğru hərəkət etdirərək dəyişdirin ki, arxa dəlikdən uşaqlıq yoluna mikroorqanizmlər düşməsin;

- hər bir təbii ifrazatdan sonra aralığı ilıq su və ya antiseptik maye (kalium permanqanatın zəif məhlulu) ilə yaxalayın;

- çalışın ki, yaralar sağalmamış aralığa əlinizlə toxunmayasınız.

Evə qayıtdıqdan sonra çalışın ki, 10 gün və mümkünsə, daha artıq müddətdə istirahət edəsiniz. Təbiətin qanunlarına zidd getməyə çalışmayın; orqanizm yalnız 6 həftədən sonra əvvəlki vəziyyətinə qayıdır və ən azı 2 aydan sonra gücünü tamamilə bərpa edir. Bu dövr ərzində həddən artıq yorulmaq, ağır əşyalar daşımaq qadağandır. Nahardan sonra istirahət edin, gün ərzində 7 saatdan az yatmayın!

Doğuşun səhərisi artıq duş qəbul edə bilərsiz. Doğuşdan 10-12 gün sonra vanna qəbul etmək olar. Ancaq aralıqda kəsik yaraları varsa, bunu ehtiyatla etmək lazımdır.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2997
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz